İstəməyin bəyənilməməsi
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، وَعَمْرُو بْنُ عَبْدِ اللهِ الأَوْدِيُّ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لأَنْ يَأْخُذَ أَحَدُكُمْ أَحْبُلَهُ ، فَيَأْتِيَ الْجَبَلَ ، فَيَجِيءَ بِحُزْمَةِ حَطَبٍ عَلَى ظَهْرِهِ فَيَبِيعَهَا ، فَيَسْتَغْنِيَ بِثَمَنِهَا ، خَيْرٌ لَهُ مِنْ أَنْ يَسْأَلَ النَّاسَ ، أَعْطَوْهُ أَوْ مَنَعُوهُ.
“Hişam ibn Urva atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Birinizin bir ip götürüb dağa gedərək oradan odun toplaması, belində gətirib sataraq onunla dolanması onun üçün camaatdan bir şey istəməsindən daha xeyirlidir. Həm də bilmək olmaz, ona kimsə nəsə verəcək və ya verməyəcək”.”
İstinad
İbn Məcə, 1836 (Zəkat, 54)
Sunən İbn Məcə — Zəkata aid fəsillər