İstəməyin bəyənilməməsi
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنِ ابْنِ أَبِي ذِئْبٍ ، عَنْ مُحَمَّدِ بْنِ قَيْسٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ ثَوْبَانَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ يَتَقَبَّلُ لِي بِوَاحِدَةٍ وَأَتَقَبَّلُ لَهُ بِالْجَنَّةِ ؟ قُلْتُ : أَنَا ، قَالَ : لاَ تَسْأَلِ النَّاسَ شَيْئًا. قَالَ : فَكَانَ ثَوْبَانُ يَقَعُ سَوْطُهُ وَهُوَ رَاكِبٌ ، فَلاَ يَقُولُ لأَحَدٍ : نَاوِلْنِيهِ ، حَتَّى يَنْزِلَ فَيَأْخُذَهُ.
“Rəvayət edilir ki, Səvban ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənə bir mövzuda zəmanət verərsə, mən də ona Cənnəti zəmanət verərəm?” Mən də: “Mən verərəm”- dedim. Peyğəmbər ﷺ buyurdu: “İnsanlardan heç nə istəmə”. Ravi deyir: “Səvban minik üzərində olarkən qamçısı yerə düşdükdə belə, heç kimə: “Onu mənə ver”- deməz, minikdən düşərək onu özü götürərdi”.”
İstinad
İbn Məcə, 1837 (Zəkat, 55)
Sunən İbn Məcə — Zəkata aid fəsillər