Qadının kişi üzərindəki haqqı
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا الْحُسَيْنُ بْنُ عَلِيٍّ ، عَنْ زَائِدَةَ ، عَنْ شَبِيبِ بْنِ غَرْقَدَةَ الْبَارِقِيِّ ، عَنْ سُلَيْمَانَ بْنِ عَمْرِو بْنِ الأَحْوَصِ , حَدَّثَنِي أَبِي ، أَنَّهُ شَهِدَ حَجَّةَ الْوَدَاعِ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَحَمِدَ اللَّهَ ، وَأَثْنَى عَلَيْهِ ، وَذَكَّرَ وَوَعَظَ ، ثُمَّ قَالَ : اسْتَوْصُوا بِالنِّسَاءِ خَيْرًا ، فَإِنَّهُنَّ عِنْدَكُمْ عَوَانٍ ، لَيْسَ تَمْلِكُونَ مِنْهُنَّ شَيْئًا غَيْرَ ذَلِكَ ، إِلاَّ أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ ، فَإِنْ فَعَلْنَ , فَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ ، وَاضْرِبُوهُنَّ ضَرْبًا غَيْرَ مُبَرِّحٍ ، فَإِنْ أَطَعْنَكُمْ فَلاَ تَبْغُوا عَلَيْهِنَّ سَبِيلاً ، إِنَّ لَكُمْ مِنْ نِسَائِكُمْ حَقًّا ، وَلِنِسَائِكُمْ عَلَيْكُمْ حَقًّا ، فَأَمَّا حَقُّكُمْ عَلَى نِسَائِكُمْ ، فَلاَ يُوَطِئْنَ فُرُشَكُمْ مَنْ تَكْرَهُونَ ، وَلاَ يَأْذَنَّ فِي بُيُوتِكُمْ لِمَنْ تَكْرَهُونَ ، أَلاَ وَحَقُّهُنَّ عَلَيْكُمْ أَنْ تُحْسِنُوا إِلَيْهِنَّ فِي كِسْوَتِهِنَّ وَطَعَامِهِنَّ.
“Süleyman ibn Amr ibn əl-Əhvas ﵀ rəvayət edir ki, atası Vida həccində Allah Elçisi ﷺ ilə birlikdə idi. Allah Elçisi ﷺ Allaha həmd-səna etdikdən sonra Allahı xatırlatdı və moizə edərək buyurdu: “Qadınlarla yaxşı davranın, onlar sizin yanınızda olan əmanətdirlər. Onlardan xeyirdə istifadə edin. Amma açıq şəkildə pis iş görsələr, onlardan yataqlarınızı ayırın. Əgər islah olmasalar, bərk olmamaq şərti ilə onları vurun. Əgər sizə itaət etsələr, onlara əziyyət verməyin. Qadınlarınızın sizin üzərinizdə olan haqqına gəlincə, gərək onlar yataqlarına başqa birini salmasınlar və xoşlamadığınız adamları evə qoymasınlar. Sizin qadınlarınız üzərində olan haqqı isə rəftar, yemək, içmək və geyinmək məsələsində onlarla yaxşı davranmağınızdır”.”
İstinad
İbn Məcə, 1851 (Nikah, 7)
Sunən İbn Məcə — Nikaha aid fəsillər