Sunən İbn MəcəNikaha aid fəsillər

Kitab 9

Nikaha aid fəsillər

أَبْوَابُ النِّكَاحِ

140

hədis

Fəsil 1

Nikahın fəziləti haqda nə rəvayət edilib?

بَابُ مَا جَاءَ فِي فَضْلِ النِّكَاحِ

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ عَامِرِ بْنِ زُرَارَةَ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ بْنِ قَيْسٍ ، قَالَ : كُنْتُ مَعَ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ بِمِنًى ، فَخَلاَ بِهِ عُثْمَانُ , فَجَلَسْتُ قَرِيبًا ، فَقَالَ لَهُ عُثْمَانُ : هَلْ لَكَ أَنْ أُزَوِّجَكَ جَارِيَةً بِكْرًا , تُذَكِّرُكَ مِنْ نَفْسِكَ بَعْضَ مَا قَدْ مَضَى ؟ فَلَمَّا رَأَى عَبْدُ اللهِ أَنَّهُ لَيْسَ لَهُ حَاجَةٌ سِوَى هَذَا ، أَشَارَ إِلَيَّ بِيَدِهِ ، فَجِئْتُ وَهُوَ يَقُولُ : لَئِنْ قُلْتَ ذَلِكَ ، لَقَدْ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَا مَعْشَرَ الشَّبَابِ ، مَنِ اسْتَطَاعَ مِنْكُمُ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ ، وَأَحْصَنُ لِلْفَرْجِ ، وَمَنْ لَمْ يَسْتَطِعْ ، فَعَلَيْهِ بِالصَّوْمِ ، فَإِنَّهُ لَهُ وِجَاءٌ.

“Rəvayət edilir ki, Alqamə ibn Qeys ﵀ demişdir: “Abdullah ibn Məsud Minada olanda mən də onunla birlikdə idim. Osman onunla görüşdükdə mən onların yaxınlığında oturmuşdum. Osman ona dedi: “Səni cavanlığını sənə xatırladacaq bakirə qızla evləndirməyimə nə deyirsən?” Abdullah Osmanın bu sözdən başqa heç nə deməyəcəyini anladıqda belə bir şeyə ehtiyac duymadığını bildirdi və mənə əli ilə işarə etdi. Mən də onların yanına yaxınlaşdım. Abdullah dedi: “Sən belə deyirsən, elə deyilmi? Amma Allah Elçisi ﷺ belə buyurmuşdu: “Ey cavanlar! Kimin evlənməyə imkanı çatırsa, evlənsin, çünki evlənmək gözü və cinsiyyət üzvünü haramdan qoruyur. Evlənməyə imkanı olmayan isə oruc tutsun, çünki oruc tutmaq şəhvət hissini söndürür”.”

Alqamə ibn Qeys
Səhihİbn Məcə, 1845 (Nikah, 1)

حَدَّثَنَا أَحْمَدُ بْنُ الأَزْهَرِ ، حَدَّثَنَا آدَمُ ، حَدَّثَنَا عِيسَى بْنُ مَيْمُونٍ ، عَنِ الْقَاسِمِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : النِّكَاحُ مِنْ سُنَّتِي ، فَمَنْ لَمْ يَعْمَلْ بِسُنَّتِي , فَلَيْسَ مِنِّي ، وَتَزَوَّجُوا ، فَإِنِّي مُكَاثِرٌ بِكُمُ الأُمَمَ ، وَمَنْ كَانَ ذَا طَوْلٍ فَلْيَنْكِحْ ، وَمَنْ لَمْ يَجِدْ فَعَلَيْهِ بِالصِّيَامِ ، فَإِنَّ الصَّوْمَ لَهُ وِجَاءٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Nikah etmək mənim sünnəmdir. Kim sünnəmdən üz çevirərsə, məndən deyil. Evlənin! Mən ümmətimin çoxluğu ilə öyünəcəyəm. Kimin evlənməyə imkanı çatırsa, evlənsin. Evlənməyə imkanı olmayan isə oruc tutsun, çünki oruc tutmaq şəhvət hissini söndürür”.”

Aişə
Həsənİbn Məcə, 1846 (Nikah, 2)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا سَعِيدُ بْنُ سُلَيْمَانَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مَيْسَرَةَ ، عَنْ طَاوُوسٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَمْ يُرَ لِلْمُتَحَابَّيْنِ مِثْل النِّكَاحِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Kişi və qadın) arasında sevgini nikah kimi artıran bir şey görmədik”.”

İbn Abbas
Səhihİbn Məcə, 1847 (Nikah, 3)

Fəsil 2

Evlənməməyin qadağan olması

بَابُ النَّهْيِ عَنِ التَّبَتُّلِ

حَدَّثَنَا أَبُو مَرْوَانَ مُحَمَّدُ بْنُ عُثْمَانَ الْعُثْمَانِيُّ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ سَعْدٍ ، قَالَ : لَقَدْ رَدَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَلَى عُثْمَانَ بْنِ مَظْعُونٍ التَّبَتُّلَ ، وَلَوْ أَذِنَ لَهُ لاَخْتَصَيْنَا.

“Rəvayət edilir ki, Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ Osman ibn Məzunun evlənməmək istəyini rədd etdi. Əgər ona izin versəydi, hamımız özümüzü axtalatdırardıq”.”

Səd
Səhihİbn Məcə, 1848 (Nikah, 4)

حَدَّثَنَا بِشْرُ بْنُ آدَمَ ، وَزَيْدُ بْنُ أَخْزَمَ ، قَالاَ : حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ ، حَدَّثَنَا أَبِي ، عَنْ قَتَادَةَ ، عَنِ الْحَسَنِ ، عَنْ سَمُرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنِ التَّبَتُّلِ. زَادَ زَيْدُ بْنُ أَخْزَمَ : وَقَرَأَ قَتَادَةُ : {وَلَقَدْ أَرْسَلْنَا رُسُلاً مِنْ قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً}.

“Səmura ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ evlənməməyi qadağan etdi. ...Qatədə bu ayəni oxudu: “Biz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr və övladlar verdik...” (ər-Rad, 38)”.”

Səmura
Səhihİbn Məcə, 1849 (Nikah, 5)

Fəsil 3

Qadının kişi üzərindəki haqqı

بَابُ حَقِّ الْمَرْأَةِ عَلَى الزَّوْجِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، عَنْ شُعْبَةَ ، عَنْ أَبِي قَزَعَةَ ، عَنْ حَكِيمِ بْنِ مُعَاوِيَةَ ، عَنْ أَبِيهِ ؛ أَنَّ رَجُلاً سَأَلَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا حَقُّ الْمَرْأَةِ عَلَى الزَّوْجِ ؟ قَالَ : أَنْ يُطْعِمَهَا إِذَا طَعِمَ ، وَأَنْ يَكْسُوَهَا إِذَا اكْتَسَى ، وَلاَ يَضْرِبِ الْوَجْهَ ، وَلاَ يُقَبِّحْ ، وَلاَ يَهْجُرْ إِلاَّ فِي الْبَيْتِ.

“Həkim ibn Müaviyə atasından ﵁ rəvayət edir ki, bir kişi Peyğəmbərdən ﷺ soruşdu: “Qadının kişi üzərində haqqı nədir?” Peyğəmbər ﷺ buyurdu: “Yediyindən yedirməsi, geyindiyindən geyindirməsi, üzünə vurmaması, onu söyməməsi, onu tərk edərək evindən başqa yerdə yatmamasıdır”.”

Həkim ibn Müaviyə atasından
Səhihİbn Məcə, 1850 (Nikah, 6)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا الْحُسَيْنُ بْنُ عَلِيٍّ ، عَنْ زَائِدَةَ ، عَنْ شَبِيبِ بْنِ غَرْقَدَةَ الْبَارِقِيِّ ، عَنْ سُلَيْمَانَ بْنِ عَمْرِو بْنِ الأَحْوَصِ , حَدَّثَنِي أَبِي ، أَنَّهُ شَهِدَ حَجَّةَ الْوَدَاعِ مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَحَمِدَ اللَّهَ ، وَأَثْنَى عَلَيْهِ ، وَذَكَّرَ وَوَعَظَ ، ثُمَّ قَالَ : اسْتَوْصُوا بِالنِّسَاءِ خَيْرًا ، فَإِنَّهُنَّ عِنْدَكُمْ عَوَانٍ ، لَيْسَ تَمْلِكُونَ مِنْهُنَّ شَيْئًا غَيْرَ ذَلِكَ ، إِلاَّ أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ ، فَإِنْ فَعَلْنَ , فَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ ، وَاضْرِبُوهُنَّ ضَرْبًا غَيْرَ مُبَرِّحٍ ، فَإِنْ أَطَعْنَكُمْ فَلاَ تَبْغُوا عَلَيْهِنَّ سَبِيلاً ، إِنَّ لَكُمْ مِنْ نِسَائِكُمْ حَقًّا ، وَلِنِسَائِكُمْ عَلَيْكُمْ حَقًّا ، فَأَمَّا حَقُّكُمْ عَلَى نِسَائِكُمْ ، فَلاَ يُوَطِئْنَ فُرُشَكُمْ مَنْ تَكْرَهُونَ ، وَلاَ يَأْذَنَّ فِي بُيُوتِكُمْ لِمَنْ تَكْرَهُونَ ، أَلاَ وَحَقُّهُنَّ عَلَيْكُمْ أَنْ تُحْسِنُوا إِلَيْهِنَّ فِي كِسْوَتِهِنَّ وَطَعَامِهِنَّ.

“Süleyman ibn Amr ibn əl-Əhvas ﵀ rəvayət edir ki, atası Vida həccində Allah Elçisi ﷺ ilə birlikdə idi. Allah Elçisi ﷺ Allaha həmd-səna etdikdən sonra Allahı xatırlatdı və moizə edərək buyurdu: “Qadınlarla yaxşı davranın, onlar sizin yanınızda olan əmanətdirlər. Onlardan xeyirdə istifadə edin. Amma açıq şəkildə pis iş görsələr, onlardan yataqlarınızı ayırın. Əgər islah olmasalar, bərk olmamaq şərti ilə onları vurun. Əgər sizə itaət etsələr, onlara əziyyət verməyin. Qadınlarınızın sizin üzərinizdə olan haqqına gəlincə, gərək onlar yataqlarına başqa birini salmasınlar və xoşlamadığınız adamları evə qoymasınlar. Sizin qadınlarınız üzərində olan haqqı isə rəftar, yemək, içmək və geyinmək məsələsində onlarla yaxşı davranmağınızdır”.”

Süleyman ibn Amr ibn əl-Əhvas
Həsənİbn Məcə, 1851 (Nikah, 7)

حَدَّثَنَا أَزْهَرُ بْنُ مَرْوَانَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ أَيُّوبَ ، عَنِ الْقَاسِمِ الشَّيْبَانِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي أَوْفَى ، قَالَ : لَمَّا قَدِمَ مُعَاذٌ مِنَ الشَّامِ , سَجَدَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : مَا هَذَا يَا مُعَاذُ ؟ قَالَ : أَتَيْتُ الشَّامَ , فَوَافَقْتُهُمْ يَسْجُدُونَ لأَسَاقِفَتِهِمْ وَبَطَارِقَتِهِمْ ، فَوَدِدْتُ فِي نَفْسِي أَنْ نَفْعَلَ ذَلِكَ بِكَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : فَلاَ تَفْعَلُوا ، فَإِنِّي لَوْ كُنْتُ آمِرًا أَحَدًا أَنْ يَسْجُدَ لِغَيْرِ اللهِ ، لأَمَرْتُ الْمَرْأَةَ أَنْ تَسْجُدَ لِزَوْجِهَا ، وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ ، لاَ تُؤَدِّي الْمَرْأَةُ حَقَّ رَبِّهَا حَتَّى تُؤَدِّيَ حَقَّ زَوْجِهَا ، وَلَوْ سَأَلَهَا نَفْسَهَا وَهِيَ عَلَى قَتَبٍ لَمْ تَمْنَعْهُ.

“Rəvayət edilir ki, Abdullah ibn Əbu Əufə ﵁ demişdir: “Muaz Şamdan gəldiyi zaman Peyğəmbərə ﷺ səcdə etdi. Allah Elçisi ﷺ: “Bu nədir, ey Muaz!”- deyə buyurdu. Muaz dedi: “Mən Şamda olarkən onların rahiblərinə və öndərlərinə səcdə etdiklərini gördüm və daxilimdən bu hərəkəti sənin üçün etmək fikrinə düşdüm”. Allah Elçisi ﷺ buyurdu: “Belə etməyin! Əgər mən Allahdan qeyrisinə səcdə etməyi əmr etsəydim, qadının öz ərinə səcdə etməsini əmr edərdim. Muhəmmədin canı Əlində Olana and olsun! Qadın ərinin haqqını ödəyincəyə qədər Rəbbinin haqqını ödəmiş olmaz. Əgər kişi dəvəsinin üzərində olduğu vaxt qadınını yaxınlıq etmək üçün çağırsa, qadın imtina etməməlidir”.”

Abdullah ibn Əbu Əufə
Səhihİbn Məcə, 1853 (Nikah, 9)

Fəsil 4

Ən üstün qadınlar

بَابُ أَفْضَلِ النِّسَاءِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا عِيسَى بْنُ يُونُسَ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ زِيَادِ بْنِ أَنْعُمٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : إِنَّمَا الدُّنْيَا مَتَاعٌ ، وَلَيْسَ مِنْ مَتَاعِ الدُّنْيَا شَيْءٌ أَفْضَلَ مِنَ الْمَرْأَةِ الصَّالِحَةِ.

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, dünya keçici bir zövqdür. Əməlisaleh qadından isə daha fəzilətli dünya neməti yoxdur”.”

Abdullah ibn Amr
Zəifİbn Məcə, 1855 (Nikah, 11)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ بْنِ سَمُرَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ أَبِيهِ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ ثَوْبَانَ ، قَالَ : لَمَّا نَزَلَ فِي الْفِضَّةِ وَالذَّهَبِ مَا نَزَلَ ، قَالُوا : فَأَيَّ الْمَالِ نَتَّخِذُ ؟ قَالَ عُمَرُ : فَأَنَا أَعْلَمُ لَكُمْ ذَلِكَ ، فَأَوْضَعَ عَلَى بَعِيرِهِ ، فَأَدْرَكَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَأَنَا فِي أَثَرِهِ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَيَّ الْمَالِ نَتَّخِذُ ؟ فَقَالَ : لِيَتَّخِذْ أَحَدُكُمْ قَلْبًا شَاكِرًا ، وَلِسَانًا ذَاكِرًا ، وَزَوْجَةً مُؤْمِنَةً ، تُعِينُ أَحَدَكُمْ عَلَى أَمْرِ الآخِرَةِ.

“Rəvayət edilir ki, Səvban ﵁ demişdir: “Gümüş və qızıl haqda ayə (ət-Tövbə, 35-36) nazil olduqda dedilər: “Bəs hansı malı toplaya bilərik?” Ömər: “Mən bunu soruşub sizə xəbər verəcəyəm”- deyib dəvəsini irəli sürərək Peyğəmbərə ﷺ çatdı. Mən onun ardı ilə gedirdim. Ömər dedi: “Ey Allahın Elçisi, hansı malı toplaya bilərik?” Peyğəmbər ﷺ buyurdu: “Şükür edən qəlbə, zikr edən dilə və Axirət işlərində yardımçı olan möminə bir qadına sahib olun”.”

Səvban
Səhihİbn Məcə, 1856 (Nikah, 12)

Fəsil 5

Dindar qadınla evlənmək

بَابُ تَزْوِيجِ ذَاتِ الدِّينِ

حَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : تُنْكَحُ النِّسَاءُ لأَرْبَعٍ : لِمَالِهَا ، وَلِحَسَبِهَا ، وَلِجَمَالِهَا ، وَلِدِينِهَا ، فَاظْفَرْ بِذَاتِ الدِّينِ ، تَرِبَتْ يَدَاكَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qadınlarla dörd şeyə görə - var-dövlətinə, əsli-nəcabətinə, gözəlliyinə və dindarlığına görə evlənilir. Sən dindar olanla evlənsən, uğur qazanarsan”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 1858 (Nikah, 14)

Fəsil 6

Bakirə qızlarla evlənmək

بَابُ تَزْوِيجِ الأَبْكَارِ

حَدَّثَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ عَبْدِ الْمَلِكِ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : تَزَوَّجْتُ امْرَأَةً عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَلَقِيتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : أَتَزَوَّجْتَ يَا جَابِرُ ؟ قُلْتُ : نَعَمْ ، قَالَ : أَبِكْرًا أَوْ ثَيِّبًا ؟ قُلْتُ : ثَيِّبًا ، قَالَ : فَهَلاَّ بِكْرًا تُلاَعِبُهَا ؟ قُلْتُ : كُنَّ لِي أَخَوَاتٌ ، فَخَشِيتُ أَنْ تَدْخُلَ بَيْنِي وَبَيْنَهُنَّ ، قَالَ : فَذَاكَ إِذَنْ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisinin ﷺ dövründə bir qadınla evlənmişdim. Allah Elçisi ilə qarşılaşdıqda dedi: “Evlənmisən, ey Cabir?” Mən: “Bəli”- dedim. O dedi: “Bakirə ilə, yoxsa dul ilə?” Mən: “Dul ilə”- dedim. Allah Elçisi ﷺ buyurdu: “Niyə səninlə oynayacaq bir bakirə qızla evlənmədin?” Mən dedim: “Çünki mənim bacılarım var. Qorxdum ki, mənimlə onların arasına girər”. Allah Elçisi ﷺ buyurdu: “Onda düz etmisən”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 1860 (Nikah, 16)

حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ الْحِزَامِيُّ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ طَلْحَةَ التَّيْمِيُّ , حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ سَالِمِ بْنِ عُتْبَةَ بْنِ عُوَيْمِ بْنِ سَاعِدَةَ الأَنْصَارِيُّ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : عَلَيْكُمْ بِالأَبْكَارِ ، فَإِنَّهُنَّ أَعْذَبُ أَفْوَاهًا ، وَأَنْتَقُ أَرْحَامًا ، وَأَرْضَى بِالْيَسِيرِ.

“Səidə əl-Ənsari atasının və babasının ﵄ belə dediklərini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bakirə qızlarla evlənməyə üstünlük verin! Çünki onların ağızları daha şirin, övlad doğmağa daha münasib və daha az şeylərə razı olurlar”.”

Abdur-Rahmən ibn Səlim ibn Utbə ibn Uveym ibn Saidə əl-Ənsari atasından və babasından
Həsənİbn Məcə, 1861 (Nikah, 17)

Fəsil 7

Azad və dünyaya daha çox övlad gətirən qadınlarla evlənmək

بَابُ تَزْوِيجِ الْحَرَائِرِ وَالْوَلُودِ

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْحَارِثِ الْمَخْزُومِيُّ ، عَنْ طَلْحَةَ ، عَنْ عَطَاءٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : انْكِحُوا ، فَإِنِّي مُكَاثِرٌ بِكُمْ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Evlənərək çoxalın, çünki mən sizin çoxluğunuzla öyünəcəyəm”.”

Əbu Hureyra
Zəifİbn Məcə, 1863 (Nikah, 19)

Fəsil 8

Evlənmək istədiyin qadına baxmaq

بَابُ النَّظَرِ إِلَى الْمَرْأَةِ إِذَا أَرَادَ أَنْ يَتَزَوَّجَهَا

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا حَفْصُ بْنُ غِيَاثٍ ، عَنْ حَجَّاجٍ ، عَنْ مُحَمَّدِ بْنِ سُلَيْمَانَ ، عَنْ عَمِّهِ سَهْلِ بْنِ أَبِي حَثْمَةَ ، عَنْ مُحَمَّدِ بْنِ مَسْلَمَةَ ، قَالَ : خَطَبْتُ امْرَأَةً ، فَجَعَلْتُ أَتَخَبَّأُ لَهَا ، حَتَّى نَظَرْتُ إِلَيْهَا فِي نَخْلٍ لَهَا ، فَقِيلَ لَهُ : أَتَفْعَلُ هَذَا وَأَنْتَ صَاحِبُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ فَقَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : إِذَا أَلْقَى اللَّهُ فِي قَلْبِ امْرِئٍ خِطْبَةَ امْرَأَةٍ ، فَلاَ بَأْسَ أَنْ يَنْظُرَ إِلَيْهَا.

“Rəvayət edilir ki, Muhəmməd ibn Məsləmə ﵁ demişdir: “Bir qadınla evlənmək istədim və bir xurma bağçasında gizlincə baxmaq üçün ona nəzər saldım. Mənə deyildi: “Sən Allah Elçisinin ﷺ səhabəsi ola-ola belə şeyi necə edirsən?” Muhəmməd ibn Məsləmə dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allah bir adamın qəlbinə bir qadınla evlənmək istəyi salarsa, o adamın həmin qadına baxmasında bir müşkül yoxdur”.”

Muhəmməd ibn Məsləmə
Səhihİbn Məcə, 1864 (Nikah, 20)

حَدَّثَنَا الْحَسَنُ بْنُ عَلِيٍّ الْخَلاَّلُ ، وَزُهَيْرُ بْنُ مُحَمَّدٍ ، وَمُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ ، قَالُوا : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، عَنْ مَعْمَرٍ ، عَنْ ثابِتٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ الْمُغِيرَةَ بْنَ شُعْبَةَ أَرَادَ أَنْ يَتَزَوَّجَ امْرَأَةً ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اذْهَبْ فَانْظُرْ إِلَيْهَا ، فَإِنَّهُ أَحْرَى أَنْ يُؤْدَمَ بَيْنَكُمَا ، فَفَعَلَ ، فَتَزَوَّجَهَا ، فَذَكَرَ مِنْ مُوَافَقَتِهَا.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Muğira ibn Şubə bir qadınla evlənmək istədi. Peyğəmbər ﷺ ona buyurdu: “Get, o qadına bax! Çünki ona baxmağın aranızda olan məhəbbət üçün daha uyğundur”. Muğira ona deyiləni yerinə yetirdi və o qadınla evləndi. Sonra aralarında olan uyğunluqdan danışdı”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 1865 (Nikah, 21)

حَدَّثَنَا الْحَسَنُ بْنُ أَبِي الرَّبِيعِ ، أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ ، عَنْ مَعْمَرٍ ، عَنْ ثَابِتٍ الْبُنَانِيِّ ، عَنْ بَكْرِ بْنِ عَبْدِ اللهِ الْمُزَنِيِّ ، عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ ، قَالَ : أَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَذَكَرْتُ لَهُ امْرَأَةً أَخْطُبُهَا ، فَقَالَ : اذْهَبْ فَانْظُرْ إِلَيْهَا ، فَإِنَّهُ أَجْدَرُ أَنْ يُؤْدَمَ بَيْنَكُمَا ، فَأَتَيْتُ امْرَأَةً مِنَ الأَنْصَارِ ، فَخَطَبْتُهَا إِلَى أَبَوَيْهَا ، وَأَخْبَرْتُهُمَا بِقَوْلِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَكَأَنَّهُمَا كَرِهَا ذَلِكَ ، قَالَ : فَسَمِعَتْ ذَلِكَ الْمَرْأَةُ ، وَهِيَ فِي خِدْرِهَا ، فَقَالَتْ : إِنْ كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَمَرَكَ أَنْ تَنْظُرَ ، فَانْظُرْ ، وَإِلاَّ فَأَنْشُدُكَ ، كَأَنَّهَا أَعْظَمَتْ ذَلِكَ ، قَالَ : فَنَظَرْتُ إِلَيْهَا فَتَزَوَّجْتُهَا ، فَذَكَرَ مِنْ مُوَافَقَتِهَا.

“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ yanına gəlib evlənmək istədiyim bir qız haqda ona danışdım. Peyğəmbər ﷺ buyurdu: “Get, ona bax, çünki ona baxmağın aranızdakı məhəbbət üçün daha uyğundur”. Sonra ənsardan olan bir qadınla evlənmək üçün valideynlərinin yanına gedib onlarla danışdım və Peyğəmbərin ﷺ o qıza baxmaqla əlaqəli sözlərini onlara dedim. Lakin onlar bunu yaxşı qarşılamadılar. Qız pərdənin o biri tərəfində olduğu halda danışığı eşitdi və dedi: “Əgər Allah Elçisi ﷺ sənin mənə baxmağını əmr etmişdirsə, mənə bax, yox, belə bir əmr yoxdursa, sənin mənə baxmağını istəmirəm”. Muğira: “Beləliklə, həmin qız ona baxmağımı istədi, mən də ona baxıb onunla evləndim”- deyərək aralarında olan uyğunluqdan danışdı.”

Muğira ibn Şubə
Səhihİbn Məcə, 1866 (Nikah, 22)

Fəsil 9

Kişi din qardaşının istədiyi qadını istəməməlidir

بَابُ لاَ يَخْطُبِ الرَّجُلُ عَلَى خِطْبَةِ أَخِيهِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، وَسَهْلُ بْنُ أَبِي سَهْلٍ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يَخْطُبِ الرَّجُلُ عَلَى خِطْبَةِ أَخِيهِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kişi din qardaşının istədiyi qadını istəməməlidir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 1867 (Nikah, 23)

حَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يَخْطُبِ الرَّجُلُ عَلَى خِطْبَةِ أَخِيهِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kişi din qardaşının istədiyi qadını istəməməlidir”.”

İbn Ömər
Səhihİbn Məcə, 1868 (Nikah, 24)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَعَلِيُّ بْنُ مُحَمَّدٍ ، قَالاَ : حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي بَكْرِ بْنِ أَبِي الْجَهْمِ بْنِ صُخَيْرٍ الْعَدَوِيِّ ، قَالَ : سَمِعْتُ فَاطِمَةَ بِنْتَ قَيْسٍ تَقُولُ : قَالَ لِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا حَلَلْتِ فَآذِنِينِي ، فَآذَنَتْهُ ، فَخَطَبَهَا مُعَاوِيَةُ ، وَأَبُو الْجَهْمِ بْنُ صُخَيْرٍ ، وَأُسَامَةُ بْنُ زَيْدٍ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَمَّا مُعَاوِيَةُ فَرَجُلٌ تَرِبٌ لاَ مَالَ لَهُ ، وَأَمَّا أَبُو الْجَهْمِ فَرَجُلٌ ضَرَّابٌ لِلنِّسَاءِ ، وَلَكِنْ أُسَامَةُ ، فَقَالَتْ بِيَدِهَا هَكَذَا : أُسَامَةُ ، أُسَامَةُ ، فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : طَاعَةُ اللهِ وَطَاعَةُ رَسُولِهِ خَيْرٌ لَكِ ، قَالَتْ : فَتَزَوَّجْتُهُ فَاغْتَبَطْتُ بِهِ.

“Rəvayət edilir ki, Fatimə bint Qeys ﵂ demişdir: “Allah Elçisi ﷺ mənə belə buyurdu: “Boşandığına görə iddə müddəti bitdikdə mənə xəbər ver”. İddə müddəti bitdikdə Fatimə ona xəbər verdi. Bu arada Müaviyə, Əbul-Cuheym ibn Suxeyr və Usamə ibn Zeyd onu istəyirdilər. Allah Elçisi də belə buyurdu: “Müaviyəyə gəlincə, o, kasıb adamdır. Əbul-Cuheymə gəlincə, o, qadınları döyəndir. Usamə ilə evlən”. Fatimə bint Qeys (Usaməni bəyənmədiyini bildirmək üçün) əli ilə işarə edərək: “Usamə, Usamə...”- dedi. Allah Elçisi ﷺ də ona buyurdu: “Allaha və Onun Elçisinə itaət etməyin sənin üçün daha xeyirlidir”. Fatimə deyir: “Mən onunla evləndim və onun xoşbəxt oldum”.”

Fatimə bint Qeys
Səhihİbn Məcə, 1869 (Nikah, 25)

Fəsil 10

Bakirənin və dul qadının evlənmək icazəsi

بَابُ اسْتِئْمَارِ الْبِكْرِ وَالثَّيِّبِ

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ مُوسَى السُّدِّيُّ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنسٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْفَضْلِ الْهَاشِمِيِّ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرِ بْنِ مُطْعِمٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الأَيِّمُ أَوْلَى بِنَفْسِهَا مِنْ وَلِيِّهَا ، وَالْبِكْرُ تُسْتَأْمَرُ فِي نَفْسِهَا ، قِيلَ : يَا رَسُولَ اللهِ ، إِنَّ الْبِكْرَ تَسْتَحْيِي أَنْ تَكَلَّمَ ، قَالَ : إِذْنُهَا سُكُوتُهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dul qadın evlənmək xüsusunda vəlisindən daha çox haqq sahibidir. Bakirə qızdan isə evlənmək xüsusunda razılığı alınır”. Peyğəmbərə ﷺ deyildi: “Ey Allahın Elçisi, axı bakirə qız bu mövzuda danışmağa utanır”. Allah Elçisi ﷺ buyurdu: “Onun susması razılıq əlamətidir”.”

İbn Abbas
Səhihİbn Məcə, 1870 (Nikah, 26)

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ , حَدَّثَنِي يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : لاَ تُنْكَحُ الثَّيِّبُ حَتَّى تُسْتَأْمَرَ ، وَلاَ الْبِكْرُ حَتَّى تُسْتَأْذَنَ ، وَإِذْنُهَا الصُّمُوتُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Dul qadından razılıq alınmadan onunla evlənmək olmaz. Bakirə qızın da icazəsi olmadan onunla evlənmək olmaz. Onun icazəsi isə susmasıdır”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 1871 (Nikah, 27)

حَدَّثَنَا عِيسَى بْنُ حَمَّادٍ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي حُسَيْنٍ ، عَنْ عَدِيِّ بْنِ عَدِيٍّ الْكِنْدِيِّ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الثَّيِّبُ تُعْرِبُ عَنْ نَفْسِهَا ، وَالْبِكْرُ رِضَاهَا صَمْتُهَا.

“Adiy ibn Adiy əl-Kindi atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dul qadının özündən razılıq alınmadan onunla evlənilməz. Bakirə qızın evlənmək xüsusunda razılığı onun susmasıdır”.”

Adiy ibn Adiy əl-Kindi atasından
Səhihİbn Məcə, 1872 (Nikah, 28)

Fəsil 11

Öz qızını istəmədiyi adamla evləndirmənin pis bir şey olması

بَابُ مَنْ زَوَّجَ ابْنَتَهُ وَهِيَ كَارِهَةٌ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يزِيدُ بْنُ هَارُونَ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، أَنَّ الْقَاسِمَ بْنَ مُحَمَّدٍ أَخْبَرَهُ , أَنَّ عَبْدَ الرَّحْمَنِ بْنَ يَزِيدَ ، وَمُجَمِّعَ بْنَ يَزِيدَ الأَنْصَارِيَّيْنِ أَخْبَرَاهُ : أَنَّ رَجُلاً مِنْهُمْ يُدْعَى خِذَامًا أَنْكَحَ ابْنَةً لَهُ ، فَكَرِهَتْ نِكَاحَ أَبِيهَا ، فَأَتَتْ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَذَكَرَتْ لَهُ ، فَرَدَّ عَلَيْهَا نِكَاحَ أَبِيهَا ، فَنَكَحَتْ أَبَا لُبَابَةَ بْنَ عَبْدِ الْمُنْذِرِ. وَذَكَرَ يَحْيَى أَنَّهَا كَانَتْ ثَيِّبًا.

“Ənsardan olan Abdur-Rahmən ibn Yəzid və Mucəmmia ibn Yəzid ﵄ rəvayət edirlər ki, Hizam adlı bir şəxs qızını bir kişi ilə evləndirmişdi. Qızı da bundan narazı olaraq Allah Elçisinin ﷺ yanına gedib olanları ona danışdı. Allah Elçisi ﷺ qızın atasının bu evliliyi rədd edərək qızı Əbu Lubabə ibn Abdul-Munzirlə evləndirdiı... Ravi Yəhyə həmin qızın dul olduğunu bildirmişdir.”

Abdur-Rahmən ibn Yəzid və Mucəmmia ibn Yəzid
Səhihİbn Məcə, 1873 (Nikah, 29)

حَدَّثَنَا أَبُو السَّقْرِ يَحْيَى بْنُ يَزْدَادَ الْعَسْكَرِيُّ ، حَدَّثَنَا الْحُسَيْنُ بْنُ مُحَمَّدٍ المَرْوَرُّوذِيُّ , حَدَّثَنِي جَرِيرُ بْنُ حَازِمٍ ، عَنْ أَيُّوبَ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ جَارِيَةً بِكْرًا أَتَتِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَذَكَرَتْ لَهُ أَنَّ أَبَاهَا زَوَّجَهَا وَهِيَ كَارِهَةٌ ، فَخَيَّرَهَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“İbn Abbas ﵄ rəvayət edir ki, bakirə bir qız Peyğəmbərin ﷺ yanına gəlib atasının onu xoşlamadığı bir adamla evləndirdiyini dedi. Peyğəmbər ﷺ də bu məsələdə ona seçim hüququ verdi.”

İbn Abbas
Səhihİbn Məcə, 1875 (Nikah, 31)

Fəsil 12

Ataların kiçik qızlarını evləndirməsi

بَابُ نِكَاحِ الصِّغَارِ يُزَوِّجُهُنَّ الآبَاءُ

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : تَزَوَّجَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَأَنَا بِنْتُ سِتِّ سِنِينَ ، فَقَدِمْنَا الْمَدِينَةَ ، فَنَزَلْنَا فِي بَنِي الْحَارِثِ بْنِ الْخَزْرَجِ ، فَوُعِكْتُ ، فَتَمَرَّقَ شَعَرِي , حَتَّى وَفَى لِي جُمَيْمَةً ، فَأَتَتْنِي أُمِّي أُمُّ رُومَانَ ، وَإِنِّي لَفِي أُرْجُوحَةٍ , وَمَعِي صَوَاحِبَاتٌ لِي ، فَصَرَخَتْ بِي ، فَأَتَيْتُهَا وَمَا أَدْرِي مَا تُرِيدُ ، فَأَخَذَتْ بِيَدِي , فَأَوْقَفَتْنِي عَلَى بَابِ الدَّارِ ، وَإِنِّي لأَنْهَجُ , حَتَّى سَكَنَ بَعْضُ نَفَسِي ، ثُمَّ أَخَذَتْ شَيْئًا مِنْ مَاءٍ , فَمَسَحَتْ بِهِ عَلَى وَجْهِي وَرَأْسِي ، ثُمَّ أَدْخَلَتْنِي الدَّارَ ، فَإِذَا نِسْوَةٌ مِنَ الأَنْصَارِ فِي بَيْتٍ ، فَقُلْنَ : عَلَى الْخَيْرِ وَالْبَرَكَةِ ، وَعَلَى خَيْرِ طَائِرٍ ، فَأَسْلَمَتْنِي إِلَيْهِنَّ ، فَأَصْلَحْنَ مِنْ شَأْنِي ، فَلَمْ يَرُعْنِي إِلاَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ضُحًى ، فَأَسْلَمَتْنِي إِلَيْهِ , وَأَنَا يَوْمَئِذٍ بِنْتُ تِسْعِ سِنِينَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mənım altı yaşım olanda Allah Elçisi ﷺ ilə nişanlandım. Sonra biz Mədinəyə hicrət edib Bəni Hərisə ibn əl-Xəzrəc tayfasının evində qonaq qaldıq. Bu arada mən qızdırma xəstəliyinə tutuldum və saçlarım töküldü. Sağalandan sonra saçlarım gurlaşıb yerinə gəldi və çiyinlərimə töküldü. Mən yoldaşlarımla oynayarkən anam Ummu Ruman gəldi, məni çağırdı. Mən də onun yanına gəldim, lakin onun nə istədiyini bilmirdim. Əlimdən tutdu, yeridik və evin qapısının önündə məni dayandırdı. Mənim ürəyim tez-tez döyünməyə başladı. Rahatlaşana qədər məni orada saxladı, sonra bir az su götürərək üzümü və başımı su ilə sığalladı. Sonra məni evə qoydu. Evdə bir dəstə ənsarlı qadın var idi. Onlar dedilər: “Sən xeyir və bərəkət üzərindəsən. Ən xeyirli qismət sənin imiş”. Anam məni onlara verdi. Onlar da məni bəzədilər. O vaxta qədər heç bir narahatlıq keçirmədim, ancaq Duha vaxtı Allah Elçisini ﷺ gördükdə sıxılmağa başladım. Qadınlar məni Allah Elçisinə ﷺ təhvil verdilər. O gün mən doqquz yaşlı qız idim”.”

Aişə
Səhihİbn Məcə, 1876 (Nikah, 32)

حَدَّثَنَا أَحْمَدُ بْنُ سِنَانٍ ، حَدَّثَنَا أَبُو أَحْمَدَ ، حَدَّثَنَا إِسْرَائِيلُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي عُبَيْدَةَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : تَزَوَّجَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَائِشَةَ وَهِيَ بِنْتُ سَبْعٍ ، وَبَنَى بِهَا وَهِيَ بِنْتُ تِسْعٍ ، وَتُوُفِّيَ عَنْهَا وَهِيَ بِنْتُ ثَمَانِيَ عَشْرَةَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Peyğəmbər ﷺ Aişəyə yeddi yaşlı qız olarkən nişanlanmış, doqquz yaşı olanda isə onunla evlənmişdir. Aişənin on səkkiz yaşı olanda isə Peyğəmbər ﷺ vəfat etmişdir”.”

Abdullah
Səhihİbn Məcə, 1877 (Nikah, 33)

Fəsil 13

Kiçik yaşlı bir kimsəni atasından başqa adamın nişanlaması

بَابُ نِكَاحِ الصِّغَارِ يُزَوِّجُهُنَّ غَيْرُ الآبَاءِ

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نَافِعٍ الصَّائِغُ , حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ نَافِعٍ ، عَنْ أَبِيهِ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّهُ حِينَ هَلَكَ عُثْمَانُ بْنُ مَظْعُونٍ , تَرَكَ ابْنَةً لَهُ ، قَالَ ابْنُ عُمَرَ : فَزَوَّجَنِيهَا خَالِي قُدَامَةُ ، وَهُوَ عَمُّهَا ، وَلَمْ يُشَاوِرْهَا ، وَذَلِكَ بَعْدَ مَا هَلَكَ أَبُوهَا ، فَكَرِهَتْ نِكَاحَهُ ، وَأَحَبَّتِ الْجَارِيَةُ أَنْ يُزَوِّجَهَا الْمُغِيرَةَ بْنَ شُعْبَةَ ، فَزَوَّجَهَا إِيَّاهُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Osman ibn Məzun vəfat edəndə özündən sonra bir qızı qalmışdı. İbn Ömər dedi: “Qızın əmisi, mənim də dayım olan Qudamə qızla məsləhətləşmədən qızı mənimlə nişanladı. Bu nişanlanma atasının ölümündən dərhal sonra baş vermişdi. Qız əmisinin etdiyi bu işi xoşlamadı, Muğira ibn Şubə ilə evləndirilməsini istədi və onunla evləndirildi.”

İbn Ömər
Həsənİbn Məcə, 1878 (Nikah, 34)

Fəsil 14

Vəli olmadan edilən nikah sayılmır

بَابُ لاَ نِكَاحَ إِلاَّ بِوَلِيٍّ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُعَاذُ بْنُ مُعَاذٍ ، حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ سُلَيْمَانَ بْنِ مُوسَى ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَيُّمَا امْرَأَةٍ لَمْ يُنْكِحْهَا الْوَلِيُّ ، فَنِكَاحُهَا بَاطِلٌ ، فَنِكَاحُهَا بَاطِلٌ ، فَنِكَاحُهَا بَاطِلٌ ، فَإِنْ أَصَابَهَا ، فَلَهَا مَهْرُهَا بِمَا أَصَابَ مِنْهَا ، فَإِنِ اشْتَجَرُوا ، فَالسُّلْطَانُ وَلِيُّ مَنْ لاَ وَلِيَّ لَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hansı qadının nikahı vəlisiz olarsa, o nikah batildir, o nikah batildir, o nikah batildir. Əgər (evləndiyi kişi) onunla yaxınlıq edibsə, bu yaxınlığın əvəzində qadının mehri verilməlidir. Əgər razılığa gəlməsələr, vəlisi olmayanın vəlisi rəhbər olur”.”

Aişə
Səhihİbn Məcə, 1879 (Nikah, 35)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ حَجَّاجٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وعَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالاَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ نِكَاحَ إِلاَّ بِوَلِيٍّ. وَفِي حَدِيثِ عَائِشَةَ : وَالسُّلْطَانُ وَلِيُّ مَنْ لاَ وَلِيَّ لَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Vəlisi olmayan nikah yoxdur”. Aişənin hədisində deyilir: “Vəlisi olmayanın vəlisi rəhbər olur”.”

Aişə
Səhihİbn Məcə, 1880 (Nikah, 36)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، حَدَّثَنَا أَبُو عَوَانَةَ ، حَدَّثَنَا أَبُو إِسْحَاقَ الْهَمْدَانِيُّ ، عَنْ أَبِي بُرْدَةَ ، عَنْ أَبِي مُوسَى ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ نِكَاحَ إِلاَّ بِوَلِيٍّ.

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Vəlisi olmayan nikah yoxdur”.”

Əbu Musa
Səhihİbn Məcə, 1881 (Nikah, 37)

Fəsil 15

“əş-Şiğar” nikahının qadağan olunması

بَابُ النَّهْيِ عَنِ الشِّغَارِ

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الشِّغَارِ. وَالشِّغَارُ : أَنْ يَقُولَ الرَّجُلُ لِلرَّجُلِ : زَوِّجْنِي ابْنَتَكَ أَوْ زَوِّجْنِي أُخْتَكَ ، عَلَى أَنْ أُزَوِّجَكَ ابْنَتِي أَوْ أُخْتِي ، وَلَيْسَ بَيْنَهُمَا صَدَاقٌ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ əş-Şiğar nikahını qadağan etdi”. “əş-Şiğar” - bir kişinin başqa kişiyə belə deməsidir: “Aramızda heç bir mehr olmadan sən qızını və ya bacını mənimlə, mən də qızımı və ya bacımı səninlə evləndirək”.”

İbn Ömər
Səhihİbn Məcə, 1883 (Nikah, 39)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، وَأَبُو أُسَامَةَ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الشِّغَارِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ “əş-Şiğar” nikahını qadağan etdi”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 1884 (Nikah, 40)

حَدَّثَنَا الْحُسَيْنُ بْنُ مَهْدِيٍّ ، أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا مَعْمَرٌ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : قَالَ رَسُو.لُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ شِغَارَ فِي الإِسْلاَمِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İslamda “əş-Şiğar” nikahı yoxdur”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 1885 (Nikah, 41)

Fəsil 16

Qadınlara verilən mehrin miqdarı

بَابُ صَدَاقِ النِّسَاءِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا عَبْدُ الْعَزِيزِ الدَّرَاوَرْدِيُّ ، عَنْ يَزِيدَ بْنِ عَبْدِ اللهِ بْنِ الْهَادِ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ أَبِي سَلَمَةَ ، قَالَ : سَأَلْتُ عَائِشَةَ : كَمْ كَانَ صَدَاقُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ قَالَتْ : كَانَ صَدَاقُهُ فِي أَزْوَاجِهِ اثْنَتَيْ عَشْرَةَ أُوقِيَّةً وَنَشًّا ، هَلْ تَدْرِي مَا النَّشُّ ؟ هُوَ نِصْفُ أُوقِيَّةٍ ، وَذَلِكَ خَمْسُ مِئَةِ دِرْهَمٍ.

“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ demişdir: “Mən Aişədən soruşdum: “Peyğəmbər ﷺ mehri nə miqdar olaraq təyin edirdi?” Aişə dedi: “Onun zövcələrinə verdiyi mehr on iki uqiyə və bir “nəşş” idi. Nəşşin nə olduğunu bilirsinizmi? Bu, bir uqiyənin yarısına – beş yüz dirhəm gümüşə bərabərdir”.”

Əbu Sələmə
Səhihİbn Məcə, 1886 (Nikah, 42)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، عَنِ ابْنِ عَوْنٍ (ح) وحَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ الْجَهْضَمِيُّ ، حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، حَدَّثَنَا ابْنُ عَوْنٍ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ أَبِي الْعَجْفَاءِ السُّلَمِيِّ ، قَالَ : قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ : لاَ تُغَالُوا صَدَاقَ النِّسَاءِ ، فَإِنَّهَا لَوْ كَانَتْ مَكْرُمَةً فِي الدُّنْيَا ، أَوْ تَقْوًى عِنْدَ اللهِ ، كَانَ أَوْلاَكُمْ وَأَحَقَّكُمْ بِهَا مُحَمَّدٌ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، مَا أَصْدَقَ امْرَأَةً مِنْ نِسَائِهِ ، وَلاَ أُصْدِقَتِ امْرَأَةٌ مِنْ بَنَاتِهِ أَكْثَرَ مِنَ اثْنَتَيْ عَشْرَةَ أُوقِيَّةً ، وَإِنَّ الرَّجُلَ لَيُثَقِّلُ صَدُقَةَ امْرَأَتِهِ , حَتَّى يَكُونَ لَهَا عَدَاوَةٌ فِي نَفْسِهِ ، وَيَقُولُ : قَدْ كَلِفْتُ إِلَيْكِ عَلَقَ الْقِرْبَةِ ، أَوْ عَرَقَ الْقِرْبَةِ. وَكُنْتُ رَجُلاً عَرَبِيًّا مُوَلَدًّا ، مَا أَدْرِي مَا عَلَقُ الْقِرْبَةِ ، أَوْ عَرَقُ الْقِرْبَةِ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattab ﵁ demişdir: “Qadınların mehrlərini çoxaldaraq mehrləri şişirtməyin. Əgər mehrin çox olması dünyada yaxşı bir şey və ya Allah qatında təqvadan sayılsaydı, buna daha çox layiq olanınız və haqqı olanınız Muhəmməd ﷺ olardı. Lakin o, zövcəsinə və qızlarına on iki uqiyədən artıq mehr verməmişdir. Həqiqətən, bir kişinin zövcəsinə verdiyi mehr o qədər ağır olur ki, içində ona qarşı nifrət hissi ilə özü-özündə belə deyir: “Sənin mehrin üçün zəhmət çəkərək nə qədər yük daşımışam”.”

Ömər ibn əl-Xattab
Səhihİbn Məcə, 1887 (Nikah, 43)

حَدَّثَنَا حَفْصُ بْنُ عَمْرٍو ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ ، قَالَ : جَاءَتِ امْرَأَةٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : مَنْ يَتَزَوَّجُهَا ؟ فَقَالَ رَجُلٌ : أَنَا ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَعْطِهَا وَلَوْ خَاتَمًا مِنْ حَدِيدٍ ، فَقَالَ : لَيْسَ مَعِي ، قَالَ : قَدْ زَوَّجْتُكَهَا عَلَى مَا مَعَكَ مِنَ الْقُرْآنِ.

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Bir qadın (ərə getmək məqsədilə) Peyğəmbərin ﷺ yanına gəldi. Peyğəmbər ﷺ buyurdu: “Kim bu qadınla evlənmək istəyir?” Bir kişi dedi: “Mən istəyirəm”. Peyğəmbər ﷺ o kişiyə dedi: “Dəmirdən bir üzük olsa belə, ona mehr olaraq bir şey verməlisən”. Kişi dedi: “Mən də heç o da yoxdur”. Peyğəmbər ﷺ buyurdu: “Əzbər bildiyin surələri o qadına öyrətməyi mehr sayaraq o qadını səninlə evləndirirəm”.”

Səhl ibn Səd
Səhihİbn Məcə, 1889 (Nikah, 45)

Fəsil 17

Qadınlara verilən mehrin miqdarı

بَابُ الرَّجُلِ يَتَزَوَّجُ وَلاَ يَفْرِضُ لَهَا فَيَمُوتُ عَلَى ذَلِكَ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، عَنْ سُفْيَانَ ، عَنْ فِرَاسٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَبْدِ اللهِ ، أَنَّهُ سُئِلَ عَنْ رَجُلٍ تَزَوَّجَ امْرَأَةً فَمَاتَ عَنْهَا ، وَلَمْ يَدْخُلْ بِهَا ، وَلَمْ يَفْرِضْ لَهَا ، قَالَ : فَقَالَ عَبْدُ اللهِ : لَهَا الصَّدَاقُ ، وَلَهَا الْمِيرَاثُ ، وَعَلَيْهَا الْعِدَّةُ ، فَقَالَ مَعْقِلُ بْنُ سِنَانٍ الأَشْجَعِيُّ : شَهِدْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَضَى فِي بِرْوَعَ بِنْتِ وَاشِقٍ بِمِثْلِ ذَلِكَ.

“Rəvayət edilir ki, Abdullahdan ﵁ zövcəsi ilə nikah bağlayıb cinsi yaxınlıq etmədən və mehr təyin etmədən vəfat edən bir kişi haqda soruşuldu. Abdullah dedi: “O qadına mehr düşür və ərinin mirasından pay haqqı var, həmçinin qadın iddə müddətini gözləməlidir”. Məqil ibn Sinan əl-Əşcai deyir: “Mən Birva bint Vaşiq haqqında Allah Elçisinin ﷺ eyni hökmü verdiyinə şahid olmuşam”.”

Abdullah
Səhihİbn Məcə, 1891 (Nikah, 47)

Fəsil 18

Kəbin kəsərkən oxunan xütbə

بَابُ خُطْبَةِ النِّكَاحِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا عِيسَى بْنُ يُونُسَ , حَدَّثَنِي أَبِي ، عَنْ جَدِّي أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، قَالَ : أُوتِيَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ جَوَامِعَ الْخَيْرِ ، وَخَوَاتِمَهُ ، أَوْ قَالَ : فَوَاتِحَ الْخَيْرِ ، فَعَلَّمَنَا خُطْبَةَ الصَّلاَةِ ، وَخُطْبَةَ الْحَاجَةِ ، خُطْبَةُ الصَّلاَةِ : التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ , وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، وَخُطْبَةُ الْحَاجَةِ : أِنَّ الْحَمْدَ لِلَّهِ ، نَحْمَدُهُ ، وَنَسْتَعِينُهُ ، وَنَسْتَغْفِرُهُ ، وَنَعُوذُ بِاللَّهِ مِنْ شُرُورِ أَنْفُسِنَا ، وَمِنْ سَيِّئَاتِ أَعْمَالِنَا ، مَنْ يَهْدِهِ اللَّهُ فَلاَ مُضِلَّ لَهُ ، وَمَنْ يُضْلِلْ فَلاَ هَادِيَ لَهُ ، وَأَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ , وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، ثُمَّ تَصِلُ خُطْبَتَكَ بِثَلاَثِ آيَاتٍ مِنْ كِتَابِ اللهِ : {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ} إِلَى آخِرِ الآيَةِ ، {وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالأَرْحَامَ} إِلَى آخِرِ الآيَةِ ، وَ {اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلاً سَدِيدًا يُصْلِحْ لَكُمْ أَعْمَالَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ} إِلَى آخِرِ الآيَةِ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisinə ﷺ xeyirlərin cəmi və sonu xeyirli olan şeylər verilmişdir. O da bizə xeyri açan - namazda təşəhhüddə deyiləcək olanları və ehtiyac xütbəsini öyrətmişdir: “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!” Həmçinin ehtiyac xütbəsini: “Həmd ancaq Allahadır. Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir”, - deyər və Qurandan bu üç ayəni oxuyardı: “Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün” (Ali-İmran, 102); “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan da zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir” (ən-Nisa, 1); “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Kim Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar” (əl-Əhzab, 70-71).”

Abdullah ibn Məsud
Səhihİbn Məcə, 1892 (Nikah, 48)

حَدَّثَنَا بَكْرُ بْنُ خَلَفٍ أَبُو بِشْرٍ ، حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، حَدَّثَنَا دَاوُدُ بْنُ أَبِي هِنْدٍ , حَدَّثَنِي عَمْرُو بْنُ سَعِيدٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : الْحَمْدُ لِلَّهِ نَحْمَدُهُ ، وَنَسْتَعِينُهُ ، وَنَعُوذُ بِاللَّهِ مِنْ شُرُورِ أَنْفُسِنَا ، مَنْ يَهْدِهِ اللَّهُ فَلاَ مُضِلَّ لَهُ ، وَمَنْ يُضْلِلْ فَلاَ هَادِيَ لَهُ ، وَأَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ , وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، أَمَّا بَعْدُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həmd ancaq Allahadır. Ona həmd edir və Ondan yardım diləyirik. Nəfslərimizin şərindən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir”.”

İbn Abbas
Səhihİbn Məcə, 1893 (Nikah, 49)

Fəsil 19

Evlənməyi elan etmək

بَابُ إِعْلاَنِ النِّكَاحِ

حَدَّثَنَا عَمْرُو بْنُ رَافِعٍ ، حَدَّثَنَا هُشَيْمٌ ، عَنْ أَبِي بَلْجٍ ، عَنْ مُحَمَّدِ بْنِ حَاطِبٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : فَصْلٌ بَيْنَ الْحَلاَلِ وَالْحَرَامِ ، الدَّفُّ وَرَفْعُ الصَّوْتِ فِي النِّكَاحِ.

“Rəvayət edilir ki, Muhəmməd ibn Hatib ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Halal və haram arasındakı fərq, səsi yüksəldərək camaata evlənməyi bildirməkdir”.”

Muhəmməd ibn Hatib
Həsənİbn Məcə, 1896 (Nikah, 52)

Fəsil 20

Toyda şeir demək və dəf çalmaq

بَابُ الْغِنَاءِ وَالدَّفِّ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ أَبِي الْحُسَيْنِ اسْمُهُ : الْمَدَنِيُّ ، قَالَ : كُنَّا بِالْمَدِينَةِ يَوْمَ عَاشُورَاءَ ، وَالْجَوَارِي يَضْرِبْنَ بِالدَّفِّ وَيَتَغَنَّيْنَ ، فَدَخَلْنَا عَلَى الرُّبَيِّعِ بِنْتِ مُعَوِّذٍ ، فَذَكَرْنَا ذَلِكَ لَهَا ، فَقَالَتْ : دَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَبِيحَةَ عُرْسِي ، وَعِنْدِي جَارِيَتَانِ يَتَغَنَّيَانِ ، وَتَنْدُبَانِ آبَائِي الَّذِينَ قُتِلُوا يَوْمَ بَدْرٍ ، وَتَقُولاَنِ فِيمَا تَقُولاَنِ : وَفِينَا نَبِيٌّ يَعْلَمُ مَا فِي غَدِ ، فَقَالَ : أَمَّا هَذَا فَلاَ تَقُولُوهُ ، مَا يَعْلَمُ مَا فِي غَدٍ إِلاَّ اللَّهُ.

“Rəvayət edilir ki, Əbul-Hüseyn əl-Mədəni ﵀ demişdir: “Biz Aşura günü Mədinədə idik. Azyaşlı qızlar dəflə nəğmələr deyirdilər. Biz Rubeyyi bint Muavvizin yanına gəldik və ona bu olanları danışdıqda o belə dedi: “Allah Elçisi ﷺ toyumun olduğu gün mənim yanıma gəldi. Mənim yanımda Bədr döyüşündə öldürülən atalarımızı xatırlayaraq dəf çalıb nəğmə deyən iki qız var idi. Onlar: “Aramızda sabah nə olacağını bilən bir Peyğəmbər var”- deyirdilər. Belə olduqda Peyğəmbər ﷺ buyurdu: “Bu sözü deməyin, çünki sabah nə baş verəcəyini Allahdan başqa heç kim bilməz”.”

Əbul-Hüseyn
Səhihİbn Məcə, 1897 (Nikah, 53)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : دَخَلَ عَلَيَّ أَبُو بَكْرٍ ، وَعِنْدِي جَارِيَتَانِ مِنْ جَوَارِي الأَنْصَارِ تُغَنِّيَانِ بِمَا تَقَاوَلَتْ بِهِ الأَنْصَارُ فِي يَوْمِ بُعَاثٍ ، قَالَتْ : وَلَيْسَتَا بِمُغَنِّيَتَيْنِ ، فَقَالَ أَبُو بَكْرٍ : أَبِمَزْمُورِ الشَّيْطَانِ فِي بَيْتِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ وَذَلِكَ فِي يَوْمِ عِيدِ الْفِطْرِ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَا أَبَا بَكْرٍ ، إِنَّ لِكُلِّ قَوْمٍ عِيدًا ، وَهَذَا عِيدُنَا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Əbu Bəkr mənim yanıma gəldi. Mənim yanımda ənsardan olan iki qız var idi. Onlar Buas döyüşü haqda ənsarın bir-birinə dediyi sözləri deyib nəğmə oxuyurdular. Bu iki qız müğənni deyildilər. Əbu Bəkr dedi: “Peyğəmbərin ﷺ evində şeytanın nəğməsi oxunur?” Bu hadisə Ramazan bayramı günü olmuşdu. Peyğəmbər ﷺ isə buyurdu: “Hər qövmün öz bayramı var. Bu da bizim bayramdır”.”

Aişə
Səhihİbn Məcə, 1898 (Nikah, 54)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا عِيسَى بْنُ يُونُسَ ، حَدَّثَنَا عَوْفٌ ، عَنْ ثُمَامَةَ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ مَرَّ بِبَعْضِ الْمَدِينَةِ ، فَإِذَا هُوَ بِجَوَارٍ يَضْرِبْنَ بِدُفِّهِنَّ وَيَتَغَنَّيْنَ ، وَيَقُلْنَ : نَحْنُ جَوَارٍ مِنْ بَنِي النَّجَّارِ ... يَا حَبَّذَا مُحَمَّدٌ مِنْ جَارِ فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اللَّهُ يَعْلَمُ إِنِّي لأُحِبُّكُنَّ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Mədinənin bəzi küçələrindən keçdikdə dəflə qızların nəğmə oxuyaraq belə dediklərini eşitdi: “Biz Bəni Nəccar tayfasının qızlarıyıq, Muhəmməd nə yaxşı qonşudur”. Peyğəmbər ﷺ buyurdu: “Allah bilir ki, mən sizi çox sevirəm”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 1899 (Nikah, 55)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا الْفِرْيَابِيُّ ، عَنْ ثَعْلَبَةَ بْنِ أَبِي مَالِكٍ التَّمِيمِيِّ ، عَنْ لَيْثٍ ، عَنْ مُجَاهِدٍ ، قَالَ : كُنْتُ مَعَ ابْنِ عُمَرَ ، فَسَمِعَ صَوْتَ طَبْلٍ ، فَأَدْخَلَ إِصْبَعَيْهِ فِي أُذُنَيْهِ ، ثُمَّ تَنَحَّى ، حَتَّى فَعَلَ ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ قَالَ : هَكَذَا فَعَلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Rəvayət edilir ki, Mücahid ﵀ demişdir: “Bir dəfə mən İbn Ömərin yanında idim. O, nağara səsini eşitdi və barmağını qulaqlarına tıxayıb oradan uzaqlaşdı. Bunu üç dəfə etdi və dedi: “Allah Elçisi ﷺ də eyni şeyi etmişdi”.”

Mücahid
Səhihİbn Məcə, 1901 (Nikah, 57)

Fəsil 21

Muxannəs (qadınlaşmış kişi) haqda

بَابٌ : فِي الْمُخَنَّثِينَ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ زيْنَبَ بِنْتِ أُمِّ سَلَمَةَ ، عَنْ أُمِّ سَلَمَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ دَخَلَ عَلَيْهَا ، فَسَمِعَ مُخَنَّثًا وَهُوَ يَقُولُ لِعَبْدِ اللهِ بْنِ أَبِي أُمَيَّةَ : إِنْ يَفْتَحِ اللَّهُ الطَّائِفَ غَدًا ، دَلَلْتُكَ عَلَى امْرَأَةٍ تُقْبِلُ بِأَرْبَعٍ ، وَتُدْبِرُ بِثَمَانٍ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَخْرِجُوهُ مِنْ بُيُوتِكُمْ.

“Ummu Sələmə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ (Taif qalasının fəthi vaxtı) onun yanına gəldikdə (Ummu Sələmənin qardaşı Abdullah ibn Əbu Umeyyə və qadın kimi olan kişi köləsi orada idi) qadın kimi olan kölə Abdullah ibn Əbu Umeyyəyə: “Əgər Allah Taifin fəthini gündüz nəsib etsə, sənə elə bir qadın göstərəcəyəm ki, səni dörd büküşlə qarşılayar, səkkiz büküşlə yola salar”- deyərkən Allah Elçisi ﷺ onu eşitdi və buyurdu: “Onları evlərinizdən çıxarın!””

Ummu Sələmə
Səhihİbn Məcə, 1902 (Nikah, 58)

حَدَّثَنَا يَعْقُوبُ بْنُ حُمَيْدِ بْنِ كَاسِبٍ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِي حَازِمٍ ، عَنْ سُهَيْلٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لَعَنَ الْمَرْأَةَ تَتَشَبَّهُ بِالرِّجَالِ ، وَالرَّجُلَ يَتَشَبَّهُ بِالنِّسَاءِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ özlərini kişilərə bənzədən qadınları və özlərini qadınlara bənzədən kişiləri lənətləmişdir.”

Əbu Hureyra
Səhihİbn Məcə, 1903 (Nikah, 59)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ خَلاَّدٍ الْبَاهِلِيُّ ، حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ لَعَنَ الْمُتَشَبِّهِينَ مِنَ الرِّجَالِ بِالنِّسَاءِ ، وَلَعَنَ الْمُتَشَبِّهَاتِ مِنَ النِّسَاءِ بِالرِّجَالِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ özlərini qadınlara bənzədən kişiləri lənətləmişdir. Həmçinin özlərini kişilərə bənzədən qadınları da lənətləmişdir.”

İbn Abbas
Səhihİbn Məcə, 1904 (Nikah, 60)

Fəsil 22

Evlənəni təbrik etmək

بَابُ تَهْنِئَةِ النِّكَاحِ

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ الدَّرَاوَرْدِيُّ ، عَنْ سُهَيْلِ بْنِ أَبِي صَالِحٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ إِذَا رَفَّأَ ، قَالَ : بَارَكَ اللَّهُ لَكُمْ ، وَبَارَكَ عَلَيْكُمْ ، وَجَمَعَ بَيْنَكُمَا فِي خَيْرٍ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ evlənən adamı təbrik etdikdə belə deyərdi: “Allah mübarək eləsin, sizin üçün bərəkətli etsin, hər ikinizi xeyir üzərində birləşdirsin!””

Əbu Hureyra
Səhihİbn Məcə, 1905 (Nikah, 61)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ ، حَدَّثَنَا أَشْعَثُ ، عَنِ الْحَسَنِ ، عَنْ عَقِيلِ بْنِ أَبِي طَالِبٍ ، أَنَّهُ تَزَوَّجَ امْرَأَةً مِنْ بَنِي جُشَمَ ، فَقَالُوا : بِالرِّفَاءِ وَالْبَنِينَ ، فَقَالَ : لاَ تَقُولُوا هَكَذَا ، وَلَكِنْ قُولُوا كَمَا قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : اللَّهُمَّ بَارِكْ لَهُمْ ، وَبَارِكْ عَلَيْهِمْ.

“Rəvayət edilir ki, Aqil ibn Əbu Talib ﵁ Bəni Cuşəm tayfasından bir qadınla evləndi. Camaat dedi: “Rifah içində yaşayasınız və uşaqlarınız olsun!” O da dedi: “Belə deməyin! Siz Allah Elçisinin ﷺ dediyi kimi deyin: “Allahım, onlara bərəkət ver! Sənin bərəkətin onların üzərinə olsun!””

Aqil ibn Əbu Talib
Səhihİbn Məcə, 1906 (Nikah, 62)

Fəsil 23

Toy ziyafəti

بَابُ الْوَلِيمَةِ

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، حَدَّثَنَا ثَابِتٌ الْبُنَانِيُّ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَأَى عَلَى عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ أَثَرَ صُفْرَةٍ ، فَقَالَ : مَا هَذَا ؟ أَوْ مَهْ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي تَزَوَّجْتُ امْرَأَةً عَلَى وَزْنِ نَوَاةٍ مِنْ ذَهَبٍ ، فَقَالَ : بَارَكَ اللَّهُ لَكَ ، أَوْلِمْ وَلَوْ بِشَاةٍ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ Abdur-Rahmən ibn Aufun üzərində evlənənin sürtdüyü ətirin izini görüb dedi: “Bu nədir?” Abdur-Rahmən dedi: “Ey Allahın Elçisi, bir tum ağırlığında qızıl mehr qarşılığında bir qadınla evləndim”. Peyğəmbər ﷺ buyurdu: “Allah sənin üçün mübarək eləsin! Bir qoyun olsa belə, kəsib qonaqlıq ver”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 1907 (Nikah, 63)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ ثَابِتٍ الْبُنَانِيِّ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : مَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَوْلَمَ عَلَى شَيْءٍ مِنْ نِسَائِهِ مَا أَوْلَمَ عَلَى زَيْنَبَ ، فَإِنَّهُ ذَبَحَ شَاةً.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ Zeynəb bint Cəhş üçün verdiyi toy ziyafətini hansısa zövcəsi üçün verdiyini görmədim. O, Zeynəb üçün bir qoyun kəsib ziyafət vermişdir”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 1908 (Nikah, 64)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي عُمَرَ الْعَدَنِيُّ ، وَغِيَاثُ بْنُ جَعْفَرٍ الرَّحَبِيُّ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، حَدَّثَنَا وَائِلُ بْنُ دَاوُدَ ، عَنِ ابْنِهِ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَوْلَمَ عَلَى صَفِيَّةَ بِسَوِيقٍ وَتَمْرٍ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Safiyyə üçün (toy məclisində) buğda sıyığı və xurma ziyafəti vermişdir.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 1909 (Nikah, 65)

حَدَّثَنَا زُهَيْرُ بْنُ حَرْبٍ أَبُو خَيْثَمَةَ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَلِيِّ بْنِ زَيْدِ بْنِ جُدْعَانَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : شَهِدْتُ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَلِيمَةً ، مَا فِيهَا لَحْمٌ وَلاَ خُبْزٌ. قَالَ أَبُو عَبْدِ اللهِ ابْنُ مَاجَهَ : لَمْ يُحَدِّثْ بِهِ إِلاَّ ابْنُ عُيَيْنَةَ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən Allah Elçisi ﷺ üçün verilən bir toy ziyafətində iştirak edirdim. O ziyafətdə nə ət var idi, nə də çörək”.”

Ənəs ibn Malik
Səhihİbn Məcə, 1910 (Nikah, 66)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِي حَازِمٍ , حَدَّثَنِي أَبِي ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِيِّ ، قَالَ : دَعَا أَبُو أُسَيْدٍ السَّاعِدِيُّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى عُرْسِهِ ، فَكَانَتْ خَادِمَهُمُ الْعَرُوسُ ، قَالَتْ : تَدْرِي مَا سَقَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ قَالَتْ : أَنْقَعْتُ تَمَرَاتٍ مِنَ اللَّيْلِ ، فَلَمَّا أَصْبَحْتُ صَفَّيْتُهُنَّ ، فَأَسْقَيْتُهُنَّ إِيَّاهُ.

“Rəvayət edilir ki, Səhl ibn Səd əs-Səidi ﵁ demişdir: “Əbu Useyd əs-Səidi Allah Elçisini ﷺ toy ziyafətinə dəvət etmişdi. Gəlin onlara yemək gətirirdi. Qadın deyir: “Həmin gün Allah Elçisinə ﷺ içməyə nə verdiyimi bilirsinizmi? Mən gecədən bir neçə xurmanı suya salmışdım. Səhər olduqda o xurmadan süzdüm və şirəni içmək üçün ona verdim”.”

Səhl ibn Səd əs-Səidi
Səhihİbn Məcə, 1912 (Nikah, 68)

Fəsil 24

Dəvəti qəbul etmək

بَابُ إِجَابَةِ الدَّاعِي

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : شَرُّ الطَّعَامِ طَعَامُ الْوَلِيمَةِ ، يُدْعَى لَهَا الأَغْنِيَاءُ وَيُتْرَكُ الْفُقَرَاءُ ، وَمَنْ لَمْ يُجِبْ , فَقَدْ عَصَى اللَّهَ وَرَسُولَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Ən pis yemək imkanlıların dəvət edilib, kasıbların dəvət edilmədiyi toy ziyafətində verilən yeməkdir. Kim dəvət edilən yerə getməzsə, Allaha və Onun Elçisinə üsyan etmiş sayılır”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 1913 (Nikah, 69)

حَدَّثَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، حَدَّثَنَا عُبَيْدُ اللهِ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : إِذَا دُعِيَ أَحَدُكُمْ إِلَى وَلِيمَةِ عُرْسٍ فَلْيُجِبْ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz toy ziyafətinə dəvət edilərsə, dəvəti qəbul etsin”.”

İbn Ömər
Səhihİbn Məcə, 1914 (Nikah, 70)

Fəsil 25

Bakirə və dul qadının yanında qalmaq

بَابُ الإِقَامَةِ عَلَى الْبِكْرِ وَالثَّيِّبِ

حَدَّثَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ أَيُّوبَ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَنَسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ لِلثَّيِّبِ ثَلاَثًا ، وَلِلْبِكْرِ سَبْعًا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Evləndikdə) dul qadının yanında üç gün, bakirənin yanında yeddi gün qalmaq (onların haqqıdır)”.”

Ənəs
Həsənİbn Məcə, 1916 (Nikah, 72)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ الْقَطَّانُ ، عَنْ سُفْيَانَ ، عَنْ مُحَمَّدِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ عَبْدِ الْمَلِكِ , يَعْنِي ابْنَ أَبِي بَكْرِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ ، عَنْ أَبِيهِ ، عَنْ أُمِّ سَلَمَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لَمَّا تَزَوَّجَ أُمَّ سَلَمَةَ , أَقَامَ عِنْدَهَا ثَلاَثًا ، وَقَالَ : لَيْسَ بِكِ عَلَى أَهْلِكِ هَوَانٌ ، إِنْ شِئْتِ سَبَّعْتُ لَكِ ، وَإِنْ سَبَّعْتُ لَكِ سَبَّعْتُ لِنِسَائِي.

“Ummu Sələmə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ onunla evləndiyi vaxt onun yanında üç gün qaldı və buyurdu: “Bu vaxtın az olmasına görə kədərlənmə, belə ki, bu səninlə əlaqəli bir şeyə görə deyil. İstəsən, sənin yanında yeddi gün qala bilərəm. Amma əgər sənin yanında yeddi gün qalsam, digər zövcələrimin yanında da yeddi gün qalmalıyam”.”

Ummu Sələmə
Səhihİbn Məcə, 1917 (Nikah, 73)

Fəsil 26

Kişi qadının yanına daxil olduqda nə deməlidir?

بَابُ مَا يَقُولُ الرَّجُلُ إِذَا دَخَلَتْ عَلَيْهِ أَهْلُهُ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، وَصَالِحُ بْنُ مُحَمَّدِ بْنِ يَحْيَى الْقَطَّانُ ، قَالاَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ مُوسَى ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : إِذَا أَفَادَ أَحَدُكُمُ امْرَأَةً ، أَوْ خَادِمًا ، أَوْ دَابَّةً ، فَلْيَأْخُذْ بِنَاصِيَتِهَا ، وَلْيَقُلِ : اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِهَا ، وَخَيْرِ مَا جُبِلَتْ عَلَيْهِ ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّهَا ، وَشَرِّ مَا جُبِلَتْ عَلَيْهِ.

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biri bir qadına, bir xidmətçiyə və ya bir heyana sahib olduqda onun alnından tutaraq belə desin: “Allahım, mən Səndən həm onun xeyrini, həm də ona verdiyin xilqətin (yaradılışın) xeyrini diləyirəm! Onun şərindən və ona verdiyin xilqətin (yaradılışın) şərindən Sənə sığınıram!””

Abdullah ibn Amr
Həsənİbn Məcə, 1918 (Nikah, 74)

حَدَّثَنَا عَمْرُو بْنُ رَافِعٍ ، حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ كُرَيْبٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : لَوْ أَنَّ أَحَدَكُمْ إِذَا أَتَى امْرَأَتَهُ ، قَالَ : اللَّهُمَّ جَنِّبْنِي الشَّيْطَانَ ، وَجَنِّبِ الشَّيْطَانَ مَا رَزَقْتَنِي ، ثُمَّ كَانَ بَيْنَهُمَا وَلَدٌ ، لَمْ يُسَلِّطِ اللَّهُ عَلَيْهِ الشَّيْطَانَ ، أَوْ لَمْ يَضُرَّهُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biriniz zövcəsi ilə cinsi yaxınlıq etmək istədikdə desin: “Allahım, məni şeytandan uzaqlaşdır, şeytanı da mənə bəxş etdiyindən uzaqlaşdır!” Belə dedikdən sonra onların övladı olarsa, Allah şeytana o uşağa toxunmağa izin verməz və ya şeytan o uşağa zərər toxundura bilməz”.”

İbn Abbas
Səhihİbn Məcə, 1919 (Nikah, 75)

Fəsil 27

Cinsi yaxınlıq etdikdə örtünmək

بَابُ التَّسَتُّرِ عِنْدَ الْجِمَاعِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، وَأَبُو أُسَامَةَ ، قَالاَ : حَدَّثَنَا بَهْزُ بْنُ حَكِيمٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، عَوْرَاتُنَا ، مَا نَأْتِي مِنْهَا ، وَمَا نَذَرُ ؟ قَالَ : احْفَظْ عَوْرَتَكَ إِلاَّ مِنْ زَوْجَتِكَ ، أَوْ مَا مَلَكَتْ يَمِينُكَ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، أَرَأَيْتَ إِنْ كَانَ الْقَوْمُ بَعْضُهُمْ فِي بَعْضٍ ؟ قَالَ : إِنِ اسْتَطَعْتَ أَنْ لاَ تُرِيَهَا أَحَدًا ، فَلاَ تُرِيَنَّهَا ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، فَإِنْ كَانَ أَحَدُنَا خَالِيًا ؟ قَالَ : فَاللَّهُ أَحَقُّ أَنْ يُسْتَحْيَا مِنْهُ مِنَ النَّاسِ.

“Bəhz ibn Həkim atasının babasından ﵁ belə dediyini rəvayət etmişdir: “Mən dedim: “Ey Allahın Elçisi, övrət yerlərimizin harasını örtülü saxlamalıyıq, hansı hissə açıq qala bilər?” Peyğəmbər ﷺ buyurdu: “Sən övrət yerini zövcəndən və cariyəndən başqa hamıdan gizli saxla!” Mən dedim: “Ey Allahın Elçisi, biz övrətimizi kimin yanında aça bilərik və kimdən qorumalıyıq?” Peyğəmbər ﷺ buyurdu: “Bacardığın qədər heç kəs sənin övrətini görməsin və heç kimə göstərmə!” Mən dedim: “Bəs birimiz təklikdə olanda necə?” Peyğəmbər ﷺ buyurdu: “Allah həya olunmağa insanlardan daha layiqdir”.”

Bəhz ibn Həkim babasından
Həsənİbn Məcə, 1920 (Nikah, 76)

Fəsil 28

Qadınlarla arxadan yaxınlıq etməyin qadağan olması

بَابُ النَّهْيِ عَنْ إِتْيَانِ النِّسَاءِ فِي أَدْبَارِهِنَّ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ الْمُخْتَارِ ، عَنْ سُهَيْلِ بْنِ أَبِي صَالِحٍ ، عَنِ الْحَارِثِ بْنِ مُخَلَّدٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : لاَ يَنْظُرُ اللَّهُ إِلَى رَجُلٍ جَامَعَ امْرَأَتَهُ فِي دُبُرِهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Allah zövcəsinə arxasından (anal yol ilə) yaxınlıq edən kişiyə baxmaz”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 1923 (Nikah, 79)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، أَخْبَرَنَا عَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ ، عَنْ حَجَّاجِ بْنِ أَرْطَاةَ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ هَرَمِيٍّ ، عَنْ خُزَيْمَةَ بْنِ ثَابِتٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ اللَّهَ لاَ يَسْتَحْيِي مِنَ الْحَقِّ ، ثَلاَثَ مَرَّاتٍ ، لاَ تَأْتُوا النِّسَاءَ فِي أَدْبَارِهِنَّ.

“Rəvayət edilir ki, Xuzeymə ibn Sabit ﵁ demişdir: “Allah Elçisi ﷺ üç dəfə: “Şübhəsiz, Allah haqqı deməkdən həya etməz”- dedi, sonra buyurdu: “Zövcələrinizlə onların arxasından cinsi əlaqəyə girməyin”.”

Xuzeymə ibn Sabit
Səhihİbn Məcə, 1924 (Nikah, 80)

حَدَّثَنَا سَهْلُ بْنُ أَبِي سَهْلٍ ، وَجَمِيلُ بْنُ الْحَسَنِ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ مُحَمَّدِ بْنِ الْمُنْكَدِرِ ، أَنَّهُ سَمِعَ جَابِرَ بْنَ عَبْدِ اللهِ يَقُولُ : كَانَتْ يَهُودُ تَقُولُ : مَنْ أَتَى امْرَأَتَهُ فِي قُبُلِهَا مِنْ دُبُرِهَا ، كَانَ الْوَلَدُ أَحْوَلَ ، فَأَنْزَلَ اللَّهُ سُبْحَانَهُ : {نِسَاؤُكُمْ حَرْثٌ لَكُمْ فَأْتُوا حَرْثَكُمْ أَنَّى شِئْتُمْ}.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Yəhudilər belə deyirdilər: “Qadına arxa tərəfdən yaxınlaşıb (cinsiyyət üzvlərindən) cinsi əlaqədə olduqda, doğulan uşaq çəpgöz olur”. Uca Allah bu ayəni nazil etdi: “Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın”. (əl-Bəqərə, 223)”.”

Cabir ibn Abdullah
Səhihİbn Məcə, 1925 (Nikah, 81)

Fəsil 29

Azl etmək

بَابُ الْعَزْلِ

حَدَّثَنَا أَبُو مَرْوَانَ مُحَمَّدُ بْنُ عُثْمَانَ الْعُثْمَانِيُّ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ , حَدَّثَنِي عُبَيْدُ اللهِ بْنُ عَبْدِ اللهِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : سَأَلَ رَجُلٌ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الْعَزْلِ ، فَقَالَ : أَوَتَفْعَلُونَ ؟ لاَ عَلَيْكُمْ أَنْ لاَ تَفْعَلُوا ، فَإِنَّهُ لَيْسَ نَسَمَةٌ قَضَى اللَّهُ لَهَا أَنْ تَكُونَ ، إِلاَّ هِيَ كَائِنَةٌ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Bir kişi Allah Elçisindən ﷺ azl etmək haqda soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Siz belə edirsinizmi? Azl etmənin sizə zərəri yoxdur, çünki Allahın təqdir etdiyi hər canlı mütləq yaradılacaqdır”.”

Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 1926 (Nikah, 82)

حَدَّثَنَا هَارُونُ بْنُ إِسْحَاقَ الْهَمْدَانِيُّ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ ، قَالَ : كُنَّا نَعْزِلُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَالْقُرْآنُ يَنْزِلُ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ dövründə və Quran ayələri nazil olduğu vaxtlarda azl edərdik”.”

Cabir
Səhihİbn Məcə, 1927 (Nikah, 83)

Fəsil 30

Qadın xalasının və bibisinin günüsü ola bilməz

بَابُ لاَ تُنْكَحُ الْمَرْأَةُ عَلَى عَمَّتِهَا وَلاَ عَلَى خَالَتِهَا

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ هِشَامِ بْنِ حَسَّانٍ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : لاَ تُنْكَحُ الْمَرْأَةُ عَلَى عَمَّتِهَا ، وَلاَ عَلَى خَالَتِهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qadının xalası və ya bibisi ilə evləndikdən sonra o qadınla evlənməyin”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 1929 (Nikah, 85)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ يَعْقُوبَ بْنِ عُتْبَةَ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَنْهَى عَنْ نِكَاحَيْنِ : أَنْ يُجْمَعَ بَيْنَ الْمَرْأَةِ وَعَمَّتِهَا ، وَبَيْنَ الْمَرْأَةِ وَخَالَتِهَا.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ iki nikahı qadağan etdiyini eşitdim: qadınla xalasına evli olmaq və qadınla bibisinə evli olmaq ”.”

Əbu Səid əl-Xudri
Səhihİbn Məcə, 1930 (Nikah, 86)

حَدَّثَنَا جُبَارَةُ بْنُ الْمُغَلِّسِ ، حَدَّثَنَا أَبُو بَكْرٍ النَّهْشَلِيُّ , حَدَّثَنِي أَبُو بَكْرِ بْنُ أَبِي مُوسَى ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ تُنْكَحُ الْمَرْأَةِ عَلَى عَمَّتِهَا ، وَلاَ عَلَى خَالَتِهَا.

“Əbu Bəkr ibn Əbu Musa atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qadının xalası və ya bibisi ilə evləndikdən sonra o qadınla evlənməyin”.”

Əbu Bəkr ibn Əbu Musa atasından
Səhihİbn Məcə, 1931 (Nikah, 87)

Fəsil 31

Bir kişi zövcəsini üç talaqla boşadıqda qadın başqa kişi ilə evlənib cinsi yaxınlıq olmadan kişi onu boşayarsa, o qadın əvvəlki ərinə qayıda bilərmi?

بَابُ الرَّجُلِ يُطَلِّقُ امْرَأَتَهُ ثَلاَثًا فَتَتَزَوَّجُ فَيُطَلِّقُهَا قَبْلَ أَنْ يَدْخُلَ بِهَا أَتَرْجِعُ إِلَى الأَوَّلِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، أَخْبَرَنِي عُرْوَةُ ، عَنْ عَائِشَةَ ، أَنَّ امْرَأَةَ رِفَاعَةَ الْقُرَظِيِّ جَاءَتْ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَتْ : إِنِّي كُنْتُ عِنْدَ رِفَاعَةَ , فَطَلَّقَنِي فَبَتَّ طَلاَقِي ، فَتَزَوَّجْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ الزَّبِيرِ ، وَإِنَّ مَا مَعَهُ مِثْلُ هُدْبَةِ الثَّوْبِ ، فَتَبَسَّمَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : أَتُرِيدِينَ أَنْ تَرْجِعِي إِلَى رِفَاعَةَ ؟ لاَ ، حَتَّى تَذُوقِي عُسَيْلَتَهُ ، وَيَذُوقَ عُسَيْلَتَكِ.

“Aişə ﵂ rəvayət edir ki, bir dəfə Rifəa əl-Qurazinin zövcəsi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Mən Rifəa ilə evli idim. Məni üç dəfə boşadı, mən də Abdur-Rahmən ibn əz-Zubeyr ilə evləndim, lakin onu bəyənmədim. Peyğəmbər ﷺ təbəssüm etdi və buyurdu: “Sən Rifəanın yanına qayıtmaq istəyirsən? Xeyr, sən indiki ərinlə yaxınlıq etmədikcə, bu mümkün deyil”.”

Aişə
Səhihİbn Məcə, 1932 (Nikah, 88)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، قَالَ : سَمِعْتُ سَالِمَ بْنَ رَزِينٍ يُحَدِّثُ عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنِ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فِي الرَّجُلِ تَكُونُ لَهُ الْمَرْأَةُ فَيُطَلِّقُهَا ، فَيَتَزَوَّجُهَا رَجُلٌ , فَيُطَلِّقُهَا قَبْلَ أَنْ يَدْخُلَ بِهَا ، أَتَرْجِعُ إِلَى الأَوَّلِ ؟ قَالَ : لاَ ، حَتَّى يَذُوقَ الْعُسَيْلَةَ.

“İbn Ömər ﵄ rəvayət edir ki, bir dəfə Peyğəmbərdən ﷺ soruşuldu: “Bir kişi zövcəsini (üç dəfə) boşadı. Başqa bir kişi həmin qadınla evlənsə, lakin cinsi yaxınlıq olmadan o qadını boşayarsa, o qadın əvvəlki ərinə qayıda bilərmi?” Peyğəmbər ﷺ buyurdu: “Xeyr, indiki əri ilə yaxınlıq etmədikcə, bu mümkün deyil”.”

İbn Ömər
Səhihİbn Məcə, 1933 (Nikah, 89)

Fəsil 32

“Hullə” edən və etdirən

بَابُ الْمُحَلِّلِ وَالْمُحَلَّلِ لَهُ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا أَبُو عَامِرٍ ، عَنْ زَمْعَةَ بْنِ صَالِحٍ ، عَنْ سَلَمَةَ بْنِ وَهْرَامٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : لَعَنَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْمُحَلِّلَ ، وَالْمُحَلَّلَ لَهُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ hullə edənə (bir qadının əvvəlki ərinə halal olması üçün onunla evlənənə) və hullə etdirənə (bu işi özü üçün etdirənə) lənət etmişdir”.”

İbn Abbas
Səhihİbn Məcə, 1934 (Nikah, 90)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ بْنِ الْبَخْتَرِيِّ الْوَاسِطِيُّ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنِ ابْنِ عَوْنٍ ، وَمُجالِدٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنِ الْحَارِثِ ، عَنْ عَلِيٍّ ، قَالَ : لَعَنَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْمُحَلِّلَ ، وَالْمُحَلَّلَ لَهُ.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Allah Elçisi ﷺ hullə edənə (bir qadının əvvəlki ərinə halal olması üçün onunla evlənənə) və hullə etdirənə (bu işi özü üçün elətdirənə) lənət etmişdir”.”

Əli
Səhihİbn Məcə, 1935 (Nikah, 91)

حَدَّثَنَا يَحْيَى بْنُ عُثْمَانَ بْنِ صَالِحٍ الْمِصْرِيُّ ، حَدَّثَنَا أَبِي ، سَمِعْتُ اللَّيْثَ بْنَ سَعْدٍ يَقُولُ : قَالَ لِي أَبُو مُصْعَبٍ مِشْرَحُ بْنُ هَاعَانَ : قَالَ عُقْبَةُ بْنُ عَامِرٍ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَلاَ أُخْبِرُكُمْ بِالتَّيْسِ الْمُسْتَعَارِ ، قَالُوا : بَلَى ، يَا رَسُولَ اللهِ ، قَالَ : هُوَ الْمُحَلِّلُ ، لَعَنَ اللَّهُ الْمُحَلِّلَ ، وَالْمُحَلَّلَ لَهُ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizə kirayə keçinin nə olduğunu bildirimmi?” Səhabələr dedilər: “Bəli, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “Bu, halal edəndir. Allah hullə edənə (bir qadının əvvəlki ərinə halal olması üçün onunla evlənənə) və hullə etdirənə (bu işi özü üçün elətdirənə) lənət etmişdir”.”

Uqbə ibn Amir
Həsənİbn Məcə, 1936 (Nikah, 92)

Fəsil 33

Nəsil qohumluğu ilə məhrəm olanlar süd əmməklə də məhrəmdir

بَابُ : يَحْرُمُ مِنَ الرَّضَاعِ مَا يَحْرُمُ مِنَ النَّسَبِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنِ الْحَجَّاجِ ، عَنِ الْحَكَمِ ، عَنْ عِرَاكِ بْنِ مَالِكٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَحْرُمُ مِنَ الرَّضَاعِ مَا يَحْرُمُ مِنَ النَّسَبِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Nəsil qohumluğu ilə məhrəm olanlar süd əmməklə də məhrəmdir”.”

Aişə
Səhihİbn Məcə, 1937 (Nikah, 93)

حَدَّثَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، وَأَبُو بَكْرِ بْنُ خَلاَّدٍ ، قَالاَ : حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ جَابِرِ بْنِ زَيْدٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أُرِيدَ عَلَى ابْنَةِ حَمْزَةَ بْنِ عَبْدِ الْمُطَّلِبِ ، فَقَالَ : إِنَّهَا ابْنَةُ أَخِي مِنَ الرَّضَاعَةِ ، وَإِنَّهُ يَحْرُمُ مِنَ الرَّضَاعَةِ مَا يَحْرُمُ مِنَ النَّسَبِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisinə ﷺ Həmzə ibn Abdul-Muttalibin qızı ilə evlənmək təklif olunmuşdu. Allah Elçisi buyurdu: “Həmzənin qızı mənim süd qardaşımın qızıdır. Nəsil qohumluğu ilə məhrəm olanlar süd əmməklə də məhrəmdir”.”

İbn Abbas
Səhihİbn Məcə, 1938 (Nikah, 94)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، أَنَّ زَيْنَبَ بِنْتَ أَبِي سَلَمَةَ حَدَّثَتْهُ , أَنَّ أُمَّ حَبِيبَةَ حَدَّثَتْهَا ، أَنَّهَا قَالَتْ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : انْكِحْ أُخْتِي عَزَّةَ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَتُحِبِّينَ ذَلِكِ ؟ قَالَتْ : نَعَمْ يَا رَسُولَ اللهِ ، فَلَسْتُ لَكَ بِمُخْلِيَةٍ ، وَأَحَقُّ مَنْ شَرِكَنِي فِي خَيْرٍ أُخْتِي ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : فَإِنَّ ذَلِكَ لاَ يَحِلُّ لِي ، قَالَتْ : فَإِنَّا نَتَحَدَّثُ أَنَّكَ تُرِيدُ أَنْ تَنْكِحَ دُرَّةَ بِنْتَ أَبِي سَلَمَةَ ، قَالَ : بِنْتَ أُمِّ سَلَمَةَ ؟ قَالَتْ : نَعَمْ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : فَإِنَّهَا لَوْ لَمْ تَكُنْ رَبِيبَتِي فِي حَجْرِي مَا حَلَّتْ لِي ، إِنَّهَا لاَبْنَةُ أَخِي مِنَ الرَّضَاعَةِ ، أَرْضَعَتْنِي وَأَبَاهَا ثُوَيْبَةُ ، فَلاَ تَعْرِضْنَ عَلَيَّ أَخَوَاتِكُنَّ وَلاَ بَنَاتِكُنَّ.

“Rəvayət edilir ki, Ummu Həbibə ﵂ Allah Elçisinə ﷺ belə dedi: “Bacım Azzə ilə evlən”. Allah Elçisi ﷺ buyurdu: “Sən bunu istəyirsənmi?” O dedi: “Bəli, ey Allahın Elçisi! Mənim bir çox istəyənlərim və şəriklərim var. Qardaşım bu şəriklərdən ən xeyirlisi olar”. Allah Elçisi ﷺ buyurdu: “Sənin bacın mənə halal deyil”. Zeynəb dedi: “Biz Əbu Sələmənin qızı Durra ilə evlənmək istədiyi haqda danışırıq”. Allah Elçisi ﷺ dedi: “Zövcəm Ummu Sələmənin qızı?” Zeynəb: “Bəli”- dedi. Allah Elçisi ﷺ buyurdu: “Əgər onun qızı mənim himayəmdə olmasaydı belə, yenə onunla evlənmək mənə halal olmazdı, çünki o mənim süd qardaşımın qızıdır. Suveybə adlı qadın məni və onun atasını əmizdirmişdir. Siz bir daha bacılarınızı və qızlarınızı mənimlə evləndirmək üçün mənə təklif etməyin”.”

Ummu Həbibə
Səhihİbn Məcə, 1939 (Nikah, 95)

Fəsil 34

Bir və ya iki dəfə süd əmmək süd qohumu etmir

بَابُ لاَ تُحَرِّمُ الْمَصَّةُ وَلاَ الْمَصَّتَانِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، حَدَّثَنَا ابْنُ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي الْخَلِيلِ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْحَارِثِ ، أَنَّ أُمَّ الْفَضْلِ حَدَّثَتْهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : لاَ تُحَرِّمُ الرَّضْعَةُ وَلاَ الرَّضْعَتَانِ ، أَوِ الْمَصَّةُ وَالْمَصَّتَانِ.

“Ummu Fədl ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir və ya iki dəfə süd əmmək süd qohumu etmir”.”

Ummu Fədl
Səhihİbn Məcə, 1940 (Nikah, 96)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ خَالِدِ بْنِ خِدَاشٍ ، حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، عَنْ أَيُّوبَ ، عَنِ ابْنِ أَبِي مُلَيْكَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : لاَ تُحَرِّمُ الْمَصَّةُ وَالْمَصَّتَانِ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bir və ya iki dəfə süd əmmək süd qohumu etmir”.”

Aişə
Səhihİbn Məcə, 1941 (Nikah, 97)

حَدَّثَنَا عَبْدُ الْوَارِثِ بْنُ عَبْدِ الصَّمَدِ بْنِ عَبْدِ الْوَارِثِ ، حَدَّثَنَا أَبِي ، حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّهَا قَالَتْ : كَانَ مِمَّا أَنْزَلَ اللَّهُ مِنَ الْقُرْآنِ ثُمَّ سَقَطَ ، لاَ يُحَرِّمُ إِلاَّ عَشْرُ رَضَعَاتٍ ، أَوْ خَمْسٌ مَعْلُومَاتٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: Allah “On dəfə və ya beş dəfə süd əmmək məhrəm edir” ayəsini Qurandan (ayə) olaraq nazil etmişdi, sonra isə bu, nəsx (hökmü ləğv) olundu”.”

Aişə
Səhihİbn Məcə, 1942 (Nikah, 98)

Fəsil 35

Böyük uşağın süd əmməsi

بَابُ رِضَاعِ الْكَبِيرِ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : جَاءَتْ سَهْلَةُ بِنْتُ سُهَيْلٍ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي أَرَى فِي وَجْهِ أَبِي حُذَيْفَةَ الْكَرَاهِيَةَ مِنْ دُخُولِ سَالِمٍ عَلَيَّ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَرْضِعِيهِ ، قَالَتْ : كَيْفَ أُرْضِعُهُ وَهُوَ رَجُلٌ كَبِيرٌ ؟ فَتَبَسَّمَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَقَالَ : قَدْ عَلِمْتُ أَنَّهُ رَجُلٌ كَبِيرٌ ، فَفَعَلَتْ ، فَأَتَتِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَتْ : مَا رَأَيْتُ فِي وَجْهِ أَبِي حُذَيْفَةَ شَيْئًا أَكْرَهُهُ بَعْدُ ، وَكَانَ شَهِدَ بَدْرًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Səhlə bint Suheyl Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, (oğulluğa götürdüyümüz) Səlimin mənim yanıma gəlməsinə görə Əbu Huzeyfənin üzündəki narazılığını görürəm”. Peyğəmbər ﷺ buyurdu: “Öz südündən ona içirt”. O dedi: “Ona necə süd içirdim, axı böyük uşaqdır”. Allah Elçisi ﷺ gülümsədi və buyurdu: “Mən onun böyük uşaq olduğunu bilirəm”. Qadın onun dediyini etdikdən sonra Peyğəmbərin ﷺ yanına gəlib dedi: “(Bunu etdikdən sonra) mən Əbu Huzeyfənin üzündəki narazılığın getdiyini gördüm”. Ravi deyir: “Səlim Bədr döyüşünü görmüşdü”.”

Aişə
Səhihİbn Məcə, 1943 (Nikah, 99)

حَدَّثَنَا أَبُو سَلَمَةَ يَحْيَى بْنُ خَلَفٍ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، عَنْ مُحَمَّدِ بْنِ إِسْحَاقَ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ ، وعَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : لَقَدْ نَزَلَتْ آيَةُ الرَّجْمِ ، وَرَضَاعَةُ الْكَبِيرِ عَشْرًا ، وَلَقَدْ كَانَ فِي صَحِيفَةٍ تَحْتَ سَرِيرِي ، فَلَمَّا مَاتَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَتَشَاغَلْنَا بِمَوْتِهِ ، دَخَلَ دَاجِنٌ فَأَكَلَهَا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Daşqalaq ayəsi ilə böyük uşağı on dəfə əmizdirmək ayəsi nazil edilmişdi və səhifələr şəklində çarpayımın altında idi. Allah Elçisi ﷺ vəfat etdiyi zaman bizim başımız onun ölümünə qarışdıqda, bir ev heyvanı gəlib onu yemişdi”.”

Aişə
Həsənİbn Məcə, 1944 (Nikah, 100)

Fəsil 36

Süddən ayrıldıqdan sonra süd əmmə yoxdur

بَابُ لاَ رَضَاعَ بَعْدَ فِصَالٍ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ أَشْعَثَ بْنِ أَبِي الشَّعْثَاءِ ، عَنْ أَبِيهِ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ دَخَلَ عَلَيْهَا وَعِنْدَهَا رَجُلٌ ، فَقَالَ : مَنْ هَذَا ؟ قَالَتْ : هَذَا أَخِي ، قَالَ : انْظُرُوا مَنْ تُدْخِلْنَ عَلَيْكُنَّ ، فَإِنَّ الرَّضَاعَةَ مِنَ الْمَجَاعَةِ.

“Aişə ﵂ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ onun yanına daxil olduqda yanında bir kişini gördü və soruşdu: “Bu kimdir?” Aişə dedi: “Bu mənim qardaşımdır”. Peyğəmbər ﷺ buyurdu: “Sizin yanınıza gələn adamların kim olduğuna diqqət edin, çünki süd əmmə (ilə məhrəm sayılma) aclığı doyuracaq qədər olmalıdır”.”

Aişə
Səhihİbn Məcə, 1945 (Nikah, 101)

حَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي ابْنُ لَهِيعَةَ ، عَنْ أَبِي الأَسْوَدِ ، عَنْ عُرْوَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : لاَ رَضَاعَ إِلاَّ مَا فَتَقَ الأَمْعَاءَ.

“Abdullah ibn əz-Zubeyr ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bağırsaqları dolduraraq əmilən süddən başqa məhrəm olmanı heç nə vacib etmir”.”

Abdullah ibn əz-Zubeyr
Səhihİbn Məcə, 1946 (Nikah, 102)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ الْمِصْرِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ لَهِيعَةَ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ , وَعُقَيْلٍ ، عَنِ ابْنِ شِهَابٍ ، أَخْبَرَنِي أَبُو عُبَيْدَةَ بْنُ عَبْدِ اللهِ بْنِ زَمْعَةَ ، عَنْ أُمِّهِ زَيْنَبَ بِنْتِ أَبِي سَلَمَةَ ، أَنَّهَا أَخْبَرَتْهُ ، أَنَّ أَزْوَاجَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ كُلَّهُنَّ خَالَفْنَ عَائِشَةَ ، وَأَبَيْنَ أَنْ يَدْخُلَ عَلَيْهِنَّ أَحَدٌ بِمِثْلِ رَضَاعَةِ سَالِمٍ ، مَوْلَى أَبِي حُذَيْفَةَ ، وَقُلْنَ : وَمَا يُدْرِينَا ؟ لَعَلَّ ذَلِكَ كَانَتْ رُخْصَةً لِسَالِمٍ وَحْدَهُ.

“Zeynəb bint Əbu Sələmə ﵂ rəvayət edir ki, Peyğəmbərin ﷺ bütün zövcələri Əbu Huzeyfənin köləlikdən azad etdiyi Səlimin onların yanına girməsi üçün süd əmmə məsələsində Aişəyə müxalif olaraq müxtəlif fikirlərdə idilər və deyirdilər: “Biz həqiqəti bilmirik. Ola bilsin ki, bu məsələ yalnız Səlim üçün rüsxət verilmiş xas bir məsələ olsun”.”

Zeynəb bint Əbu Sələmə
Səhihİbn Məcə, 1947 (Nikah, 103)

Fəsil 37

Oğlan uşağının süd əmməsi

بَابُ لَبَنِ الْفَحْلِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : أَتَانِي عَمِّي مِنَ الرَّضَاعَةِ أَفْلَحُ بْنُ أَبِي قُعَيْسٍ يَسْتَأْذِنُ عَلَيَّ بَعْدَ مَا ضُرِبَ الْحِجَابُ ، فَأَبَيْتُ أَنْ آذَنَ لَهُ ، حَتَّى دَخَلَ عَلَيَّ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : إِنَّهُ عَمُّكِ ، فَأْذَنِي لَهُ ، فَقُلْتُ : إِنَّمَا أَرْضَعَتْنِي الْمَرْأَةُ ، وَلَمْ يُرْضِعْنِي الرَّجُلُ ، قَالَ : تَرِبَتْ يَدَاكِ ، أَوْ يَمِينُكِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Süd əmim Əfləh ibn Əbu Quays hicabın vacibliyi ayəsi nazil olandan sonra yanıma gəlmək üçün izin istədi. Mən də Peyğəmbər ﷺ gələnədək ona evə daxil olmağa izin vermədim. Peyğəmbər ﷺ gəldikdə belə buyurdu: “O sənin süd əmindir. Onun daxil olmasına izin ver!” Mən dedim: “Məni kişi yox, qadın əmizdirib”. Peyğəmbər ﷺ də (məni məzəmmət edərək): “Əllərin torpağa batsın!” və ya “Sağ əlin torpağa batsın!”- dedi”.”

Aişə
Səhihİbn Məcə, 1948 (Nikah, 104)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : جَاءَ عَمِّي مِنَ الرَّضَاعَةِ يَسْتَأْذِنُ عَلَيَّ ، فَأَبَيْتُ أَنْ آذَنَ لَهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : فَلْيَلِجْ عَلَيْكِ عَمُّكِ ، فَقُلْتُ : إِنَّمَا أَرْضَعَتْنِي الْمَرْأَةُ ، وَلَمْ يُرْضِعْنِي الرَّجُلُ ، قَالَ : إِنَّهُ عَمُّكِ ، فَلْيَلِجْ عَلَيْكِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Süd əmim yanıma gəlmək üçün izin istədi. Mən də ona evə daxil olmağa izin vermədim. Allah Elçisi ﷺ də buyurdu: “O, sənin süd əmindir, onun daxil olmasına icazə ver!” Mən dedim: “Məni kişi yox, qadın əmizdirib”. Peyğəmbər ﷺ buyurdu: “O sənin əmindir. Onun daxil olmasına izin ver!””

Aişə
Səhihİbn Məcə, 1949 (Nikah, 105)

Fəsil 38

İki bacı ilə evli olduğu halda İslamı qəbul edən kişi

بَابُ الرَّجُلِ يُسْلِمُ وَعِنْدَهُ أُخْتَانِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ السَّلاَمِ بْنُ حَرْبٍ ، عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي فَرْوَةَ ، عَنْ أَبِي وَهْبٍ الْجَيْشَانِيِّ ، عَنْ أَبِي خِرَاشٍ الرُّعَيْنِيِّ ، عَنِ الدَّيْلَمِيِّ ، قَالَ : قَدِمْتُ عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَعِنْدِي أُخْتَانِ تَزَوَّجْتُهُمَا فِي الْجَاهِلِيَّةِ ، فَقَالَ : إِذَا رَجَعْتَ فَطَلِّقْ إِحْدَاهُمَا.

“Rəvayət edilir ki, əd-Deyləmi ﵁ demişdir: “Cahiliyyət dövründə evləndiyim iki bacı ilə Allah Elçisinin ﷺ yanına gəldim. O buyurdu: “Qayıtdıqda onlardan birini boşa!””

əd-Deyləmi
Həsənİbn Məcə, 1950 (Nikah, 106)

حَدَّثَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، حَدَّثَنَا ابْنُ وَهْبٍ ، أَخْبَرَنِي ابْنُ لَهِيعَةَ ، عَنْ أَبِي وَهْبٍ الْجَيْشَانِيِّ حَدَّثَهُ , أَنَّهُ سَمِعَ الضَّحَّاكَ بْنَ فَيْرُوزَ الدَّيْلَمِيَّ يُحَدِّثُ عَنْ أَبِيهِ ، قَالَ : أَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي أَسْلَمْتُ وَتَحْتِي أُخْتَانِ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِي : طَلِّقْ أَيَّتَهُمَا شِئْتَ.

“əd-Dahhak ibn Feyruz əd-Deyləmi atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərin ﷺ yanına gəlib dedim: “Ey Allahın elçisi, mən İslamı qəbul etmişəm, zövcələrim də iki bacıdır”. Allah Elçisi ﷺ mənə buyurdu: “Onlardan istədiyini boşa”.”

əd-Dahhak ibn Feyruz əd-Deyləmi atasından
Həsənİbn Məcə, 1951 (Nikah, 107)

Fəsil 39

Nikahı altında dördən çox zövcəsi olduğu halda İslamı qəbul edən kişi

بَابُ الرَّجُلِ يُسْلِمُ وَعِنْدَهُ أَكْثَرُ مِنْ أَرْبَعِ نِسْوَةٍ

حَدَّثَنَا أَحْمَدُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِيُّ ، حَدَّثَنَا هُشَيْمٌ ، عَنِ ابْنِ أَبِي لَيْلَى ، عَنْ حُمَيْضَةَ بِنْتِ الشَّمَرْدَلِ ، عَنْ قَيْسِ بْنِ الْحَارِثِ ، قَالَ : أَسْلَمْتُ وَعِنْدِي ثَمَانِ نِسْوَةٍ ، فَأَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ , فَقُلْتُ ذَلِكَ لَهُ ، فَقَالَ : اخْتَرْ مِنْهُنَّ أَرْبَعًا.

“Rəvayət edilir ki, Qeys ibn əl-Haris ﵁ demişdir: “Mən səkkiz qadınla evli olduğum halda İslamı qəbul etdim və Peyğəmbərin ﷺ yanına gəlib vəziyyəti ona danışdım. O buyurdu: “Onlardan dördünü seç!””

Qeys ibn əl-Haris
Səhihİbn Məcə, 1952 (Nikah, 108)

حَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : أَسْلَمَ غَيْلاَنُ بْنُ سَلَمَةَ وَتَحْتَهُ عَشْرُ نِسْوَةٍ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : خُذْ مِنْهُنَّ أَرْبَعًا.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Ğaylən ibn Sələmə İslamı qəbul etmişdi və onun on zövcəsi var idi. Peyğəmbər ﷺ ona buyurdu: “Onlardan dördünü saxla!””

İbn Ömər
Səhihİbn Məcə, 1953 (Nikah, 109)

Fəsil 40

Nikahda olan şərt

بَابُ الشَّرْطِ فِي النِّكَاحِ

حَدَّثَنَا عَمْرُو بْنُ عَبْدِ اللهِ ، وَمُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ ، قَالاَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ عَبْدِ الْحَمِيدِ بْنِ جَعْفَرٍ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ مَرْثَدِ بْنِ عَبْدِ اللهِ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : إِنَّ أَحَقَّ الشَّرْطِ أَنْ يُوفَى بِهِ ، مَا اسْتَحْلَلْتُمْ بِهِ الْفُرُوجَ.

“Uqbə ibn Amir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Peyğəmbər ﷺ ona buyurdu: “Həqiqətən, yerinə yetirilməsi lazım olan şərtlərdən biri də nikah etdikdə qoyulan şərtlərdir”.”

Uqbə ibn Amir
Səhihİbn Məcə, 1954 (Nikah, 110)

Fəsil 41

Qadın köləni azad edib onunla evlənən kişi

بَابُ الرَّجُلِ يُعْتِقُ أَمَتَهُ ثُمَّ يَتَزَوَّجُهَا

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ أَبُو سَعِيدٍ الأَشَجُّ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ صَالِحِ بْنِ صَالِحِ بْنِ حَيٍّ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ أَبِي بُرْدَةَ ، عَنْ أَبِي مُوسَى ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ كَانَتْ لَهُ جَارِيَةٌ فَأَدَّبَهَا فَأَحْسَنَ أَدَبَهَا ، وَعَلَّمَهَا فَأَحْسَنَ تَعْلِيمَهَا ، ثُمَّ أَعْتَقَهَا وَتَزَوَّجَهَا ، فَلَهُ أَجْرَانِ ، وَأَيُّمَا رَجُلٍ مِنْ أَهْلِ الْكِتَابِ آمَنَ بِنَبِيِّهِ ، وَآمَنَ بِمُحَمَّدٍ ، فَلَهُ أَجْرَانِ ، وَأَيُّمَا عَبْدٍ مَمْلُوكٍ أَدَّى حَقَّ اللهِ عَلَيْهِ ، وَحَقَّ مَوَالِيهِ ، فَلَهُ أَجْرَانِ. قَالَ صَالِحٌ : قَالَ الشَّعْبِيُّ : قَدْ أَعْطَيْتُكَهَا بِغَيْرِ شَيْءٍ ، إِنْ كَانَ الرَّاكِبُ لَيَرْكَبُ فِيمَا دُونَهَا إِلَى الْمَدِينَةِ.

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kimin bir cariyəsi olar, onu gözəl şəkildə tərbiyə edər və gözəl şəkildə elmləndirər, sonra azad edərək onunla evlənərsə, o, ikiqat savab qazanar. Kitab əhlindən olan adam öz peyğəmbərinə və Muhəmmədə iman etdiyinə görə ikiqat savab qazanar. Bir kölə Allahın haqqı ilə bərabər ağasının haqqını da yerinə yetirərsə, o da ikiqat savab qazanar”. ...Ravi əş-Şabi dedi: “Mən bu hədisi səndən bir şey almaq üçün danışmadım. Hədis toplayan bir adam bundan daha kiçik bir hədis əldə etmək üçün miniyinə minib Mədinəyə qədər gedər”.”

Əbu Musa
Səhihİbn Məcə, 1956 (Nikah, 112)

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، حَدَّثَنَا ثَابِتٌ ، وَعَبْدُ الْعَزِيزِ ، عَنْ أَنَسٍ ، قَالَ : صَارَتْ صَفِيَّةُ لِدِحْيَةَ الْكَلْبِيِّ ، ثُمَّ صَارَتْ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بَعْدُ ، فَتَزَوَّجَهَا وَجَعَلَ عِتْقَهَا صَدَاقَهَا. قَالَ حَمَّادٌ : فَقَالَ عَبْدُ الْعَزِيزِ لِثَابِتٍ : يَا أَبَا مُحَمَّدٍ ، أَنْتَ سَأَلْتَ أَنَسًا مَا أَمْهَرَهَا ؟ قَالَ : أَمْهَرَهَا نَفْسَهَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Əsir düşən Safiyyə Dihyə əl-Kəlbinin cariyəsi olmuşdu. Sonra isə Allah Elçisinin ﷺ cariyəsi oldu. Allah Elçisi ﷺ də onu azad etməyi mehr təyin edərək onunla evləndi”. Həmməd deyir: “Abdul-Əziz Sabitə dedi: “Ey Əbu Muhəmməd, sən Ənəsdən nəyi mehr təyin etməsini soruşdunmu?” Sabit dedi: “Allah Elçisi ﷺ onu azad etməyi mehr olaraq təyin etmişdi”.”

Ənəs
Səhihİbn Məcə, 1957 (Nikah, 113)

حَدَّثَنَا حُبَيْشُ بْنُ مُبَشِّرٍ ، حَدَّثَنَا يُونُسُ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ أَيُّوبَ ، عَنْ عِكْرِمَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَعْتَقَ صَفِيَّةَ , وَجَعَلَ عِتْقَهَا صَدَاقَهَا ، وَتَزَوَّجَهَا.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ Safiyyəni azad etdi, azad etməsini ona mehr saydı və onunla evləndi.”

Aişə
Səhihİbn Məcə, 1958 (Nikah, 114)

Fəsil 42

Ağasının icazəsi olmadan evlənən kölə

بَابُ تَزْوِيجِ الْعَبْدِ بِغَيْرِ إِذْنِ سَيِّدِهِ

حَدَّثَنَا أَزْهَرُ بْنُ مَرْوَانَ ، حَدَّثَنَا عَبْدُ الْوَارِثِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا الْقَاسِمُ بْنُ عَبْدِ الْوَاحِدِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَمَّدِ بْنِ عَقِيلٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا تَزَوَّجَ الْعَبْدُ بِغَيْرِ إِذْنِ سَيِّدِهِ كَانَ عَاهِرًا.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ağasının icazəsi olmadan evlənən kölə zina etmiş sayılır”.”

İbn Ömər
Həsənİbn Məcə, 1959 (Nikah, 115)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، وَصَالِحُ بْنُ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ سَعِيدٍ ، قَالاَ : حَدَّثَنَا أَبُو غَسَّانَ مَالِكُ بْنُ إِسْمَاعِيلَ ، حَدَّثَنَا مَِنْدَلٌ ، عَنِ ابْنِ جُرَيْجٍ ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَيُّمَا عَبْدٍ تَزَوَّجَ بِغَيْرِ إِذْنِ مَوَالِيهِ فَهُوَ زَانٍ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ağasının icazəsi olmadan evlənən kölə zinakardır”.”

İbn Ömər
Həsənİbn Məcə, 1960 (Nikah, 116)

Fəsil 43

Müvəqqəti nikahın qadağan olunması

بَابُ النَّهْيِ عَنْ نِكَاحِ الْمُتْعَةِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا بِشْرُ بْنُ عُمَرَ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عَبْدِ اللهِ ، وَالْحَسَنِ ابْنَيْ مُحَمَّدِ بْنِ عَلِيٍّ ، عَنْ أَبِيهِمَا ، عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نَهَى عَنْ مُتْعَةِ النِّسَاءِ يَوْمَ خَيْبَرَ ، وَعَنْ لُحُومِ الْحُمُرِ الإِنْسِيَّةِ.

“Əli ibn Əbu Talib ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Xeybər döyüşü günü müvəqqəti nikahı (siğəni) və ev eşşəyinin ətini yeməyi qadağan etdi.”

Əli ibn Əbu Talib
Səhihİbn Məcə, 1961 (Nikah, 117)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ عُمَرَ ، عَنِ الرَّبِيعِ بْنِ سَبْرَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي حَجَّةِ الْوَدَاعِ ، فَقَالُوا : يَا رَسُولَ اللهِ ، إِنَّ الْعُزْبَةَ قَدِ اشْتَدَّتْ عَلَيْنَا ، قَالَ : فَاسْتَمْتِعُوا مِنْ هَذِهِ النِّسَاءِ ، فَأَتَيْنَاهُنَّ , فَأَبَيْنَ أَنْ يَنْكِحْنَنَا , إِلاَّ أَنْ نَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُنَّ أَجَلاً ، فَذَكَرُوا ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : اجْعَلُوا بَيْنَكُمْ وَبَيْنَهُنَّ أَجَلاً ، فَخَرَجْتُ أَنَا وَابْنُ عَمٍّ لِي ، مَعَهُ بُرْدٌ وَمَعِي بُرْدٌ ، وَبُرْدُهُ أَجْوَدُ مِنْ بُرْدِي ، وَأَنَا أَشَبُّ مِنْهُ ، فَأَتَيْنَا عَلَى امْرَأَةٍ ، فَقَالَتْ : بُرْدٌ كَبُرْدٍ ، فَتَزَوَّجْتُهَا ، فَمَكَثْتُ عِنْدَهَا تِلْكَ اللَّيْلَةَ ، ثُمَّ غَدَوْتُ وَرَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَائِمٌ بَيْنَ الرُّكْنِ وَالْبَابِ ، وَهُوَ يَقُولُ : أَيُّهَا النَّاسُ ، إِنِّي قَدْ كُنْتُ أَذِنْتُ لَكُمْ فِي الاِسْتِمْتَاعِ ، أَلاَ وَإِنَّ اللَّهَ قَدْ حَرَّمَهَا إِلَى يَوْمِ الْقِيَامَةِ ، فَمَنْ كَانَ عِنْدَهُ مِنْهُنَّ شَيْءٌ فَلْيُخَلِّ سَبِيلَهَا ، وَلاَ تَأْخُذُوا مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا.

“Rabi ibn Səbra atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Vida həccinə yola düşdük. Səhabələr dedilər: “Ey Allahın Elçisi, zövcələrimizdən ayrı qalmaq bizə çox ağır gəlir”. Peyğəmbər ﷺ buyurdu: “Bu qadınlarla müvəqqəti nikah edə bilərsiniz”. Biz o qadınların yanına gəldik, onlar da müəyyən vaxt təyin edilərsə, onlarla müvəqqəti nikah etməyimizə razı oldular. Səhabələr bunu Peyğəmbərə ﷺ dedikdə o buyurdu: “Onlarla müəyyən bir vaxt təyin edin”. Mən əmim oğlu ilə birlikdə getdik. Bizim əynimizdə yun gödəkçə var idi, lakin onun yun gödəkçəsi daha gözəl idi. Mən ondan daha cavan idim. Bir qadının yanına gəldik və ona evlənməyi təklif etdik. Mən cavan olduğuma görə mənimlə evlənməyi seçdi və: “Gödəkçə gödəkçədir!” dedi. Mən də gödəkçəmi ona mehr olaraq verib onunla evləndim və gecə onun yanında qaldım. Səhərisi gün oradan getdim. Allah Elçisi ﷺ Kəbənin qapısı ilə Qara daşın arasında durub belə deyirdi: “Ey insanlar! Mən sizə müvəqqəti nikah etməyə icazə vermişdim. Həqiqətən, Allah Qiyamət gününə qədər bu nikahı qadağan etmişdir. Artıq kimin yanında müvəqqəti nikahda olan qadın varsa, onu boşasın və ona mehr olaraq verdiyiniz şeydən də heç nəyi geri götürməsin”.”

Rabi ibn Səbra atasından
Səhihİbn Məcə, 1962 (Nikah, 118)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ خَلَفٍ الْعَسْقَلاَنِيُّ ، حَدَّثَنَا الْفِرْيَابِيُّ ، عَنْ أَبَانَ بْنِ أَبِي حَازِمٍ ، عَنْ أَبِي بَكْرِ بْنِ حَفْصٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : لَمَّا وَلِيَ عُمَرُ بْنُ الْخَطَّابِ , خَطَبَ النَّاسَ فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَذِنَ لَنَا فِي الْمُتْعَةِ ثَلاَثًا ، ثُمَّ حَرَّمَهَا ، وَاللَّهِ لاَ أَعْلَمُ أَحَدًا يَتَمَتَّعُ وَهُوَ مُحْصَنٌ إِلاَّ رَجَمْتُهُ بِالْحِجَارَةِ ، إِلاَّ أَنْ يَأْتِيَنِي بِأَرْبَعَةٍ يَشْهَدُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَحَلَّهَا بَعْدَ إِذْ حَرَّمَهَا.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Ömər ibn əl-Xattab xəlifə olduqda insanlara belə xitab etdi: “Allah Elçisi ﷺ müvəqqəti nikahı bizə üç dəfə icazəli etmiş, sonra isə bunu haram etmişdi. Allaha and olsun, Allah Elçisi ﷺ müvəqqəti nikahı haram etdikdən sonra halal olmasına şahidlik edən bir adam mənə dörd şahid gətirməyənə qədər, evli adamın müvəqqəti nikah etdiyini görsəm, onu mütləq daşqalaq edəcəyəm”.”

İbn Ömər
Həsənİbn Məcə, 1963 (Nikah, 119)

Fəsil 44

Ehramlı adamın evlənməsi

بَابُ الْمُحْرِمِ يَتَزَوَّجُ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، حَدَّثَنَا جَرِيرُ بْنُ حَازِمٍ ، حَدَّثَنَا أَبُو فَزَارَةَ ، عَنْ يَزِيدَ بْنِ الأَصَمِّ , حَدَّثَتْنِي مَيْمُونَةُ بِنْتُ الْحَارِثِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ تَزَوَّجَهَا وَهُوَ حَلاَلٌ. قَالَ : وَكَانَتْ خَالَتِي وَخَالَةَ ابْنِ عَبَّاسٍ.

“Yəzid ibn əl-Əsam ﵀ rəvayət edir ki, Məymunə ﵂ Allah Elçisinin ﷺ onunla ehramlı olmadığı halda evləndiyini demişdir. ...Ravi Yəzid deyir: “Məymunə mənim və İbn Abbasın xalasıdır”.”

Yəzid ibn əl-Əsam
Səhihİbn Məcə, 1964 (Nikah, 120)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ رَجَاءٍ الْمَكِّيُّ ، عَنْ مَالِكِ بْنِ أَنَسٍ ، عَنْ نَافِعٍ ، عَنْ نُبَيْهِ بْنِ وَهْبٍ ، عَنْ أَبَانَ بْنِ عُثْمَانَ بْنِ عَفَّانَ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الْمُحْرِمُ لاَ يَنْكِحُ ، وَلاَ يُنْكِحُ ، وَلاَ يَخْطُبُ.

“Əbən ibn Osman ibn Əffan atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ehramlı olan evlənə bilməz, kimisə evləndirə bilməz və evlənmə təklifi edə bilməz”.”

Əbən ibn Osman ibn Əffan atasından
Səhihİbn Məcə, 1966 (Nikah, 122)

Fəsil 45

Özünə uyğun olan adamla evlənmək

بَابُ الأَكْفَاءِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ سَابُورٍ الرَّقِّيُّ ، حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ بْنُ سُلَيْمَانَ الأَنْصَارِيُّ ، أَخُو فُلَيْحٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ ، عَنِ ابْنِ وَثِيمَةَ النَّصْرِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا أَتَاكُمْ مَنْ تَرْضَوْنَ خُلُقَهُ وَدِينَهُ فَزَوِّجُوهُ ، إِلاَّ تَفْعَلُوا تَكُنْ فِتْنَةٌ فِي الأَرْضِ وَفَسَادٌ عَرِيضٌ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əxlaqından və dindar olmasından razı olduğunuz bir kimsə sizin qızınıza elçi olarsa, qızınızı onunla evləndirin. Əgər belə etməsəniz, yer üzündə fitnə meydana çıxacaq”.”

Əbu Hureyra
Həsənİbn Məcə, 1967 (Nikah, 123)

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا الْحَارِثُ بْنُ عِمْرَانَ الْجَعْفَرِيُّ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : تَخَيَّرُوا لِنُطَفِكُمْ ، وَانْكِحُوا الأَكْفَاءَ ، وَأَنْكِحُوا إِلَيْهِمْ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Zürriyyətinizə xeyirli kimsələr seçin və özünüzə uyğun olan adamlarla evlənin. Qızlarınızı özünüzə uyğun olan adamlarla evləndirin”.”

Aişə
Həsənİbn Məcə, 1968 (Nikah, 124)

Fəsil 46

Gecələri zövcələr arasında bölüşdürmək

بَابُ الْقِسْمَةِ بَيْنَ النِّسَاءِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ هَمَّامٍ ، عَنْ قَتَادَةَ ، عَنِ النَّضْرِ بْنِ أَنَسٍ ، عَنْ بَشِيرِ بْنِ نَهِيكٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ كَانَتْ لَهُ امْرَأَتَانِ ، يَمِيلُ مَعَ إِحْدَاهُمَا عَلَى الأُخْرَى ، جَاءَ يَوْمَ الْقِيَامَةِ وَأَحَدُ شِقَّيْهِ سَاقِطٌ.

“Rəvayət edilir ki, Əbu Hureya ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kimin iki zövcəsi olar, birini digərindən üstün tutarsa, Qiyamət günü bir tərəfi əyri vəziyyətdə gələr”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 1969 (Nikah, 125)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَحْيَى بْنُ يَمَانٍ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ إِذَا سَافَرَ , أَقْرَعَ بَيْنَ نِسَائِهِ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ səfərə çıxanda zövcələri arasında püşk atrardı.”

Aişə
Səhihİbn Məcə, 1970 (Nikah, 126)

Fəsil 47

Qadının ona düşən gecəni günüsünə hədiyyə etməsi

بَابُ الْمَرْأَةِ تَهَبُ يَوْمَهَا لِصَاحِبَتِهَا

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عُقْبَةُ بْنُ خَالِدٍ (ح) وحَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ ؛ جَمِيعًا عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : لَمَّا أَنْ كَبِرَتْ سَوْدَةُ بِنْتُ زَمْعَةَ , وَهَبَتْ يَوْمَهَا لِعَائِشَةَ ، فَكَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقْسِمُ لِعَائِشَةَ بِيَوْمِ سَوْدَةَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Səvda bint Zəm'a yaşlandıqda ona düşən gecəni Aişəyə hədiyyə etdi. Bundan sonra Allah Elçisi ﷺ Səvdanın gecəsini Aişənin yanında keçirərdi”.”

Aişə
Səhihİbn Məcə, 1972 (Nikah, 128)

حَدَّثَنَا حَفْصُ بْنُ عَمْرٍو ، حَدَّثَنَا عُمَرُ بْنُ عَلِيٍّ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، أَنَّهَا قَالَتْ : نَزَلَتْ هَذِهِ الآيَةُ {وَالصُّلْحُ خَيْرٌ} ، فِي رَجُلٍ كَانَتْ تَحْتَهُ امْرَأَةٌ قَدْ طَالَتْ صُحْبَتُهَا ، وَوَلَدَتْ مِنْهُ أَوْلاَدًا ، فَأَرَادَ أَنْ يَسْتَبْدِلَ بِهَا ، فَرَاضَتْهُ عَلَى أَنْ يُقِيمَ عِنْدَهَا وَلاَ يَقْسِمَ لَهَا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir kişi uzun müddət bir qadınla evli idi və ondan olan uşaqları da var idi. Bu kişi zövcəsini boşayıb başqa bir qadınla evlənmək istədi. Qadın da ərini özünə heç bir gecə ayırmadan onunla evli qalmağa və başqa qadınla evlənməyə razı saldı. Beləcə “Çünki bir-biri ilə anlaşmaq daha xeyirlidir” (ən-Nisa, 128) ayəsi nazil oldu”.”

Aişə
Həsənİbn Məcə, 1974 (Nikah, 130)

Fəsil 48

Evləndirmədə vasitəçi olmaq

بَابُ الشَّفَاعَةِ فِي التَّزْوِيجِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا شَرِيكٌ ، عَنِ الْعَبَّاسِ بْنِ ذَرِيحٍ ، عَنِ الْبَهِيِّ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : عَثَرَ أُسَامَةُ بِعَتَبَةِ الْبَابِ ، فَشُجَّ فِي وَجْهِهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَمِيطِي عَنْهُ الأَذَى ، فَتَقَذَّرْتُهُ ، فَجَعَلَ يَمُصُّ عَنْهُ الدَّمَ وَيَمُجُّهُ عَنْ وَجْهِهِ ، ثُمَّ قَالَ : لَوْ كَانَ أُسَامَةُ جَارِيَةً لَحَلَّيْتُهُ وَكَسَوْتُهُ حَتَّى أُنَفِّقَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Usamənin ayağı burxuldu və qapının eşiyindən yıxılaraq üzü yaralandı. Allah Elçisi ﷺ də: “Onun qayğısına qal!”- dedi. Mən də bunu etməyə çəkindim. Bundan sonra Allah Elçisi ﷺ özü onun üzündən qanı təmizləməyə başladı və belə buyurdu: “Əgər Usamə qız olsaydı, onu evləndirmək üçün bəzəyib geyindirərdim”.”

Aişə
Səhihİbn Məcə, 1976 (Nikah, 132)

Fəsil 49

Qadınlarla yaxşı davranmaq

بَابُ حُسْنِ مُعَاشَرَةِ النِّسَاءِ

حَدَّثَنَا أَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ , وَمُحَمَّدُ بْنُ يَحْيَى ، قَالاَ : حَدَّثَنَا أَبُو عَاصِمٍ ، عَنْ جَعْفَرِ بْنِ يَحْيَى بْنِ ثَوْبَانَ ، عَنْ عَمِّهِ عُمَارَةَ بْنِ ثَوْبَانَ ، عَنْ عَطَاءٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : خَيْرُكُمْ خَيْرُكُمْ لأَهْلِهِ ، وَأَنَا خَيْرُكُمْ لأَهْلِي.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizin ən xeyirliniz ailəsinə qarşı xeyirli olanınızdır. Mən sizin öz ailəsinə qarşı ən xeyirli olanınızam”.”

İbn Abbas
Səhihİbn Məcə, 1977 (Nikah, 133)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا أَبُو خَالِدٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ شَقِيقٍ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : خِيَارُكُمْ خِيَارُكُمْ لِنِسَائِهِمْ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizin ən xeyirliniz qadınlarına qarşı yaxşı rəftar edəninizdir”.”

Abdullah ibn Amr
Səhihİbn Məcə, 1978 (Nikah, 134)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : سَابَقَنِي النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَسَبَقْتُهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ mənimlə (qaçış üzrə) yarışdıqda mən onu ötdüm”.”

Aişə
Səhihİbn Məcə, 1979 (Nikah, 135)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، عَنْ زَكَرِيَّا ، عَنْ خَالِدِ بْنِ سَلَمَةَ ، عَنِ الْبَهِيِّ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، قَالَ : قَالَتْ عَائِشَةُ : مَا عَلِمْتُ حَتَّى دَخَلَتْ عَلَيَّ زَيْنَبُ بِغَيْرِ إِذْنٍ وَهِيَ غَضْبَى ، ثُمَّ قَالَتْ : يَا رَسُولَ اللهِ ، أَحْسَبُكَ إِذَا قَلَبَتْ لَكَ بُنَيَّةُ أَبِي بَكْرٍ ذُرَيْعَيْهَا ، ثُمَّ أَقَبَلَتْ عَلَيَّ ، فَأَعْرَضْتُ عَنْهَا ، حَتَّى قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : دُونَكِ ، فَانْتَصِرِي ، فَأَقْبَلْتُ عَلَيْهَا ، حَتَّى رَأَيْتُهَا وَقَدْ يَبِسَ رِيقُهَا فِي فِيهَا ، مَا تَرُدُّ عَلَيَّ شَيْئًا ، فَرَأَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَتَهَلَّلُ وَجْهُهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Zeynəb otağıma icazəsiz və qəzəbli halda girənə qədər günülərimin mənə qəzəbli olduqlarını bilmirdim. Zeynəb otağıma girdikdən sonra Allah Elçisinə ﷺ: “Ey Allahın Elçisi, Əbu Bəkrin qızı sənin üçün qollarını açdıqda sənə kifayət edir?”- dedi və mənə tərəf yönələrək deyinməyə başladı. Mən də ona əhəmiyyət vermirdim, lakin Peyğəmbər ﷺ mənə: “Özünü müdafiə et!”- dedikdə mən ona qarşı danışmağa başladım. O mənə cavab verə bilmədi və tüpürcəyi ağzında qurudu. Bu vaxt Peyğəmbərin ﷺ üzü güldü”.”

Aişə
Səhihİbn Məcə, 1981 (Nikah, 137)

حَدَّثَنَا حَفْصُ بْنُ عَمْرٍو ، حَدَّثَنَا عُمَرُ بْنُ حَبِيبٍ الْقَاضِي ، حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنْتُ أَلْعَبُ بِالْبَنَاتِ وَأَنَا عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَكَانَ يُسَرِّبُ إِلَيَّ صَوَاحِبَاتِي يُلاَعِبْنَنِي.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisi ﷺ ilə evli ikən qız oyuncaqları ilə oynayırdım. Allah Elçisi ﷺ də rəfiqələrimi mənim yanıma göndərər, biz də onlarla oynayardıq”.”

Aişə
Səhihİbn Məcə, 1982 (Nikah, 138)

Fəsil 50

Qadınları döymək

بَابُ ضَرْبِ النِّسَاءِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ زَمْعَةَ ، قَالَ : خَطَبَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، ثُمَّ ذَكَرَ النِّسَاءَ ، فَوَعَظَهُمْ فِيهِنَّ ، ثُمَّ قَالَ : إِلاَمَ يَجْلِدُ أَحَدُكُمُ امْرَأَتَهُ جَلْدَ الأَمَةِ ؟ وَلَعَلَّهُ أَنْ يُضَاجِعَهَا مِنْ آخِرِ يَوْمِهِ.

“Rəvayət edilir ki, Abdullah ibn Zəm'a ﵁ demişdir: “Peyğəmbər ﷺ xütbə dedi, sonra qadınlardan bəhs etdi və onlara yönələrək öyüd-nəsihət etdi. Sonra buyurdu: “Cariyələri döydükləri kimi nə vaxta qədər zövcələrini dəyənəklə döyəcəklər?! Halbuki, həmin kişi günün sonunda o qadının yatağına girəcək”.”

Abdullah ibn Zəm'a
Səhihİbn Məcə, 1983 (Nikah, 139)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : مَا ضَرَبَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ خَادِمًا لَهُ ، وَلاَ امْرَأَةً ، وَلاَ ضَرَبَ بِيَدِهِ شَيْئًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ heç bir xidmətçisini və heç bir qadınını vurmamışdır. O, əli ilə heç kimi vurmamışdır”.”

Aişə
Səhihİbn Məcə, 1984 (Nikah, 140)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ إِيَاسِ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي ذُبَابٍ ، قَالَ : قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ تَضْرِبُنَّ إِمَاءَ اللهِ ، فَجَاءَ عُمَرُ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، قَدْ ذَئِرَ النِّسَاءُ عَلَى أَزْوَاجِهِنَّ ، فَأْمُرْ بِضَرْبِهِنَّ ، فَضُرِبْنَ ، فَطَافَ بِآلِ مُحَمَّدٍ صَلَّى الله عَليْهِ وسَلَّمَ طَائِفٌ نِسَاءٌ كَثِيرٌ ، فَلَمَّا أَصْبَحَ ، قَالَ : لَقَدْ طَافَ اللَّيْلَةَ بِآلِ مُحَمَّدٍ سَبْعُونَ امْرَأَةً ، كُلُّ امْرَأَةٍ تَشْتَكِي زَوْجَهَا ، فَلاَ تَجِدُونَ أُولَئِكَ خِيَارَكُمْ.

“Rəvayət edilir ki, İyas ibn Abdullah ibn Əbu Zubəb ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Allahın kənizlərini vurmayın!” Ömər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Qadınlar sənin bu əmrindən sonra itaətsizlik etməyə başladılar”. Peyğəmbər ﷺ də bərk olmamaq şərti ilə onları vurmağa icazə verdi. Bundan sonra bir çox qadın Muhəmmədin ﷺ ailəsinə şikayətə gəldilər. Səhər olduqda Peyğəmbər ﷺ buyurdu: “Bu gecə yetmiş qadın Muhəmmədin ﷺ ailəsinə gəldi və hamısı ərindən şikayət etdi. Artıq siz zövcələrini bu şəkildə döyənləri sizin xeyirliləriniz hesab etməyin”.”

İyas ibn Abdullah ibn Əbu Zubəb
Səhihİbn Məcə, 1985 (Nikah, 141)

Fəsil 51

Saça əlavə saç qoymaq və döymə döydürmək

بَابُ الْوَاصِلَةِ وَالْوَاشِمَةِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، وَأَبُو أُسَامَةَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَنَّهُ لَعَنَ الْوَاصِلَةَ ، وَالْمُسْتَوْصِلَةَ ، وَالْوَاشِمَةَ ، وَالْمُسْتَوْشِمَةَ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ saça əlavə saç qoyan və əlavə saç qoyduran, döymə döyən və döymə döydürən qadınları lənətləmişdir.”

İbn Ömər
Səhihİbn Məcə, 1987 (Nikah, 143)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ فَاطِمَةَ ، عَنْ أَسْمَاءَ ، قَالَتْ : جَاءَتِ امْرَأَةٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَتْ : إِنَّ ابْنَتِي عُرَيِّسٌ ، وَقَدْ أَصَابَتْهَا الْحَصْبَةُ , فَتَمَرَّقَ شَعْرُهَا ، فَأَصِلُ لَهَا فِيهِ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَعَنَ اللَّهُ الْوَاصِلَةَ ، وَالْمُسْتَوْصِلَةَ.

“Rəvayət edilir ki, Əsma ﵂ demişdir: “Bir qadın Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Mənim qızım yeni evlənib və saçı tökülməyə başlayıb. Buna görə əlavə saç qoya bilərəmmi?” Allah Elçisi ﷺ buyurdu: “Allah əlavə saç qoyan və əlavə saç qoyduran qadınları lənətləmişdir”.”

Əsma
Səhihİbn Məcə, 1988 (Nikah, 144)

حَدَّثَنَا أَبُو عُمَرَ حَفْصُ بْنُ عَمْرٍو ، وَعَبْدُ الرَّحْمَنِ بْنُ عُمَرَ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : لَعَنَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْوَاشِمَاتِ ، وَالْمُسْتَوْشِمَاتِ ، وَالْمُتَنَمِّصَاتِ ، وَالْمُتَفَلِّجَاتِ لِلْحُسْنِ ، الْمُغَيِّرَاتِ لِخَلْقِ اللهِ ، فَبَلَغَ ذَلِكَ امْرَأَةً مِنْ بَنِي أَسَدٍ ، يُقَالُ لَهَا : أُمُّ يَعْقُوبَ ، فَجَاءَتْ إِلَيْهِ ، فَقَالَتْ : بَلَغَنِي عَنْكَ أَنَّكَ قُلْتَ : كَيْتَ وَكَيْتَ ، قَالَ : وَمَا لِي لاَ أَلْعَنُ مَنْ لَعَنَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَهُوَ فِي كِتَابِ اللهِ ؟! قَالَتْ : إِنِّي لأَقْرَأُ مَا بَيْنَ لَوْحَيْهِ فَمَا وَجَدْتُهُ ، قَالَ : إِنْ كُنْتِ قَرَأْتِهِ فَقَدْ وَجَدْتِهِ ، أَمَا قَرَأْتِ : {وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا} ، قَالَتْ : بَلَى ، قَالَ : فَإِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَدْ نَهَى عَنْهُ ، قَالَتْ : فَإِنِّي لأَظُنُّ أَهْلَكَ يَفْعَلُونَ ، قَالَ : اذْهَبِي فَانْظُرِي ، فَذَهَبَتْ فَنَظَرَتْ , فَلَمْ تَرَ مِنْ حَاجَتِهَا شَيْئًا ، قَالَتْ : مَا رَأَيْتُ شَيْئًا ، قَالَ عَبْدُ اللهِ : لَوْ كَانَتْ كَمَا تَقُولِينَ مَا جَامَعَتْنَا.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah döymə döyəni və döydürəni, qaş aldıranı, gözəllik üçün Allahın yaratdığını dəyişərək dişlərini aralayanı lənətləmişdir”. Bu xəbər Bəni Əsəd qəbiləsindən olan Ummu Yaqub adlanan bir qadına çatdı. O, İbn Məsudun yanına gələrək belə dedi: “Sənin belə şeylər deməyin mənə çatdı, bu doğrudurmu?” Abdullah dedi: “Nə üçün Allah Elçisinin ﷺ lənətlədiyini lənətləməli deyiləm ki?! Həm də bu, Allahın Kitabında belədir”. Qadın dedi: “Mən bu iki üz qabığı arasında olanı (Quranı) oxumuşam, lakin buna rast gəlməmişəm”. Abdullah dedi: “Əgər sən onu oxusaydın, ona rast gələrdin. Bu ayəni: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin” (əl-Həşr, 7) oxumamısanmı?” Qadın dedi: “Bəli, mən bu ayəni oxumuşam”. İbn Məsud dedi: “Allah Elçisi ﷺ bu dediklərimi qadağan etmişdir”. Qadın dedi: “Mən sənin ailənin bu şeyləri etdiyini zənn edirəm”. Abdullah ona: “Get, bax!”- dedi. Qadın Abdullanın zövcəsinin yanına daxil oldu və heç bir şey görmədi. Sonra onun yanına qayıdaraq dedi: “Bir şey görmədim!” Abdullah da: “Əgər dediyin kimi olsaydı, biz onunla bir yerdə olmazdıq”- dedi.”

Abdullah
Səhihİbn Məcə, 1989 (Nikah, 145)

Fəsil 52

Qadınlarla evlənməyin xoş sayılan ayı nə vaxtdır?

بَابُ مَتَى يُسْتَحَبُّ الْبِنَاءُ بِالنِّسَاءِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعُ بْنُ الْجَرَّاحِ (ح) وحَدَّثَنَا أَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ؛ جَمِيعًا عَنْ سُفْيَانَ ، عَنْ إِسْمَاعِيلَ بْنِ أُمَيَّةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُرْوَةَ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : تَزَوَّجَنِي النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي شَوَّالٍ ، وَبَنَى بِي فِي شَوَّالٍ ، فَأَيُّ نِسَائِهِ كَانَ أَحْظَى عِنْدَهُ مِنِّي ، وَكَانَتْ عَائِشَةُ تَسْتَحِبُّ أَنْ تُدْخِلَ نِسَاءَهَا فِي شَوَّالٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ mənimlə Şəvval ayında nişanlandı və Şəvval ayında da evləndi. Onun hansı zövcəsi onun yanında məndən daha xoşbəxtdir?” Buna görə Aişə yaxını olan qadınları şəvval ayında evləndirməyi xoşlayardı.”

Aişə
Səhihİbn Məcə, 1990 (Nikah, 146)

Fəsil 53

Düşər-düşməzlik varmı?

بَابُ مَا يَكُونُ فِيهِ الْيُمْنُ وَالشُّؤْمُ

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ , حَدَّثَنِي سُلَيْمَانُ بْنُ سُلَيْمٍ الْكِنَانِيُّ ، عَنْ يَحْيَى بْنِ جَابِرٍ ، عَنْ حَكِيمِ بْنِ مُعَاوِيَةَ ، عَنْ عَمِّهِ مِخْمَرِ بْنِ مُعَاوِيَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، يَقُولُ : لاَ شُؤْمَ ، وَقَدْ يَكُونُ الْيُمْنُ فِي ثَلاَثَةٍ : فِي الْمَرْأَةِ ، وَالْفَرَسِ ، وَالدَّارِ.

“Rəvayət edilir ki, Mixmər ibn Müaviyə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Düşər-düşməzlik (uğursuzluq) yoxdur. Əgər olsaydı, üç şeydə: qadında, atda (minikdə) və evdə olardı”.”

Mixmər ibn Müaviyə
Səhihİbn Məcə, 1993 (Nikah, 149)

حَدَّثَنَا عَبْدُ السَّلاَمِ بْنُ عَاصِمٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نَافِعٍ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِنْ كَانَ , فَفِي الْفَرَسِ ، وَالْمَرْأَةِ ، وَالْمَسْكَنِ ، يَعْنِي الشُّؤْمَ.

“Səhl ibn Səd ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Düşər-düşməzlik (uğursuzluq) olsaydı, atda (minikdə), qadında və evdə olardı”.”

Səhl ibn Səd
Səhihİbn Məcə, 1994 (Nikah, 150)

حَدَّثَنَا يَحْيَى بْنُ خَلَفٍ أَبُو سَلَمَةَ ، حَدَّثَنَا بِشْرُ بْنُ الْمُفَضَّلِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ إِسْحَاقَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ , أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : الشُّؤْمُ فِي ثَلاَثٍ : فِي الْفَرَسِ ، وَالْمَرْأَةِ ، وَالدَّارِ. قَالَ الزُّهْرِيُّ : فَحَدَّثَنِي أَبُو عُبَيْدَةَ بْنُ عَبْدِ اللهِ بْنِ زَمْعَةَ ، أَنَّ أُمَّهُ زَيْنَبَ ، حَدَّثَتْهُ عَنْ أُمِّ سَلَمَةَ ، أَنَّهَا كَانَتْ تَعُدُّ هَؤُلاَءِ الثَّلاَثْ ، وَتَزِيدُ مَعَهُنَّ السَّيْفَ.

“Səlim atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Düşər-düşməzlik (uğursuzluq) üç şeydədir: atda (minikdə), qadında və evdə”. Ravi deyir ki, Ummu Sələmə bu üç şeyi qeyd edərək qılıncı da bura əlavə edərdi.”

Səlim atasından
Zəifİbn Məcə, 1995 (Nikah, 151)

Fəsil 54

Qısqanclıq

بَابُ الْغَيْرَةِ

حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ شَيْبَانَ أَبِي مُعَاوِيَةَ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مِنَ الْغَيْرَةِ مَا يُحِبُّ اللَّهُ ، وَمِنْهَا مَا يَكْرَهُ اللَّهُ ، فَأَمَّا مَا يُحِبُّ اللَّهُ ، فَالْغَيْرَةُ فِي الرِّيبَةِ ، وَأَمَّا مَا يَكْرَهُ ، فَالْغَيْرَةُ فِي غَيْرِ رِيبَةٍ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahın sevdiyi qısqanclıq kimi, xoşlamadığı qısqanclıq da var. Allahın sevdiyi qısqanclıq yerli-yerində olan qısqanclıqdır. Allahın xoşlamadığı qısqanclıq isə yersiz qısqanmaqdır”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 1996 (Nikah, 152)

حَدَّثَنَا هَارُونُ بْنُ إِسْحَاقَ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : مَا غِرْتُ عَلَى امْرَأَةٍ قَطُّ مَا غِرْتُ عَلَى خَدِيجَةَ ، مِمَّا رَأَيْتُ مِنْ ذِكْرِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لَهَا ، وَلَقَدْ أَمَرَهُ رَبُّهُ أَنْ يُبَشِّرَهَا بِبَيْتٍ فِي الْجَنَّةِ مِنْ قَصَبٍ. يَعْنِي مِنْ ذَهَبٍ ، قَالَهُ أَبُو عَبْدِ اللهِ ابْنُ مَاجَهْ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ Xədicəni çox xatırladığını gördüyümə görə günülərimdən heç birini onu qısqandığım kimi qısqanmamışdım. Qısqanclığımın digər səbəbi isə Rəbbinin onu qızıldan bir köşk ilə müjdələməsi idi”.”

Aişə
Səhihİbn Məcə, 1997 (Nikah, 153)

حَدَّثَنَا عِيسَى بْنُ حَمَّادٍ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي مُلَيْكَةَ ، عَنِ الْمِسْوَرِ بْنِ مَخْرَمَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَهُوَ عَلَى الْمِنْبَرِ يَقُولُ : إِنَّ بَنِي هِشَامِ بْنِ الْمُغِيرَةِ اسْتَأْذَنُونِي أَنْ يُنْكِحُوا ابْنَتَهُمْ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ ، فَلاَ آذَنُ لَهُمْ ، ثُمَّ لاَ آذَنُ لَهُمْ ، ثُمَّ لاَ آذَنُ لَهُمْ ، إِلاَّ أَنْ يُرِيدَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ أَنْ يُطَلِّقَ ابْنَتِي وَيَنْكِحَ ابْنَتَهُمْ ، فَإِنَّمَا هِيَ بَضْعَةٌ مِنِّي ، يَرِيبُنِي مَا رَابَهَا ، وَيُؤْذِينِي مَا آذَاهَا.

“Rəvayət edilir ki, Misvər ibn Məxramə ﵁ demişdir: “Allah Elçisi ﷺ minbərdə olarkən onun belə dediyini eşitdim: “Bəni Hişam ibn əl-Muğira tayfası öz qızlarını Əli ibn Əbu Talib ilə evləndirmək üçün məndən izin istədilər. Ancaq mən onlara izin verməyəcəyəm. Sonra da izin verməyəcəyəm. Sonra da izin verməyəcəyəm. Yalnız Əli ibn Əbu Talib mənim qızımı boşayıb onların qızı ilə evlənmək istəsə, izin verəcəyəm, çünki qızım mənim bir parçamdır. Onu narahat edən şey məni də narahat edir. Ona əziyyət verən şey mənə də əziyyət verir”.”

Misvər ibn Məxramə
Səhihİbn Məcə, 1998 (Nikah, 154)

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا أَبُو الْيَمَانِ ، أَخْبَرَنَا شُعَيْبٌ ، عَنِ الزُّهْرِيِّ ، أَخْبَرَنِي عَلِيُّ بْنُ الْحُسَيْنِ ، أَنَّ الْمِسْوَرَ بْنَ مَخْرَمَةَ أَخْبَرَهُ , أَنَّ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ خَطَبَ بِنْتَ أَبِي جَهْلٍ ، وَعِنْدَهُ فَاطِمَةُ بِنْتُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَلَمَّا سَمِعَتْ بِذَلِكَ فَاطِمَةُ , أَتَتِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَتْ : إِنَّ قَوْمَكَ يَتَحَدَّثُونَ أَنَّكَ لاَ تَغْضَبُ لِبَنَاتِكَ ، وَهَذَا عَلِيٌّ نَاكِحًا ابْنَةَ أَبِي جَهْلٍ. قَالَ الْمِسْوَرُ : فَقَامَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَسَمِعْتُهُ حِينَ تَشَهَّدَ ، ثُمَّ قَالَ : أَمَّا بَعْدُ : فَإِنِّي قَدْ أَنْكَحْتُ أَبَا الْعَاصِ بْنَ الرَّبِيعِ , فَحَدَّثَنِي فَصَدَقَنِي ، وَإِنَّ فَاطِمَةَ بِنْتَ مُحَمَّدٍ بَضْعَةٌ مِنِّي ، وَأَنَا أَكْرَهُ أَنْ يَفْتِنُوهَا ، وَإِنَّهَا وَاللَّهِ لاَ تَجْتَمِعُ بِنْتُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَبِنْتُ عَدُوِّ اللهِ عِنْدَ رَجُلٍ وَاحِدٍ أَبَدًا. قَالَ : فَنَزَلَ عَلِيٌّ عَنِ الْخِطْبَةِ.

“Misvər ibn Məxramə ﵁ rəvayət edir ki, Əli ibn Əbu Talib Allah Elçisinin ﷺ qızı Fatimə ilə evli olduğu halda Əbu Cəhlin qızı ilə evlənmək istədi. Fatimə bunu eşitdikdə Peyğəmbərin ﷺ yanına gedib dedi: “Camaat sənin qızlarına görə qəzəblənməməyin haqda danışır. İndi isə Əli Əbu Cəhlin qızı ilə evlənmək istəyir”. Misvər deyir: “Bundan sonra Peyğəmbər ﷺ ayağa durdu və bu əsnada onun şəhadət gətirdiyini eşitdim. Sonra belə buyurdu: “Bundan sonra... Mən (qızım Zeynəbi) Əbul-As ibn Rabi ilə evləndirdim. O mənə (Zeynəbin üzərinə evlənməyəcəyinə) söz verdi və sözündə durdu. Şübhəsiz, Muhəmmədin qızı Fatimə məndən bir parçadır. Onun fitnəyə düşməsi mənə xoş deyil. Allaha and olsun ki, Allah Elçisinin ﷺ qızı Allahın düşməninin (Əbu Cəhlin) qızı ilə heç vaxt bir kişinin nikahı altında bir yerdə olmaz”. Ravi deyir: “Bundan sonra Əli evlənmək fikrindən daşındı”.”

Misvər ibn Məxramə
Səhihİbn Məcə, 1999 (Nikah, 155)

Fəsil 55

Özünü Peyğəmbərə ﷺ fəda edən qadın

بَابُ الَّتِي وَهَبَتْ نَفْسَهَا لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ , حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، أَنَّهَا كَانَتْ تَقُولُ : أَمَا تَسْتَحِي الْمَرْأَةُ أَنْ تَهَبَ نَفْسَهَا لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ حَتَّى أَنْزَلَ اللَّهُ : {تُرْجِي مَنْ تَشَاءُ مِنْهُنَّ وَتُؤْوِي إِلَيْكَ مَنْ تَشَاءُ} ، قَالَتْ : فَقُلْتُ : إِنَّ رَبَّكَ لَيُسَارِعُ فِي هَوَاكَ.

“Rəvayət edilir ki, Aişə ﵂ belə deyərdi: “Qadın özünü Peyğəmbərə ﷺ fəda etməkdən həya etməzmi?” Uca Allah da bu ayəni nazil etdi: “Onlardan istədiyini səninlə gecələmək növbəsini təxirə sala bilərsən, istədiyini də öz yanına ala bilərsən”. (əl-Əhzab, 51). Aişə deyir: “Mən dedim: “Sənin Rəbbin sənin istədiklərini gecikdirmədən həyata keçirir”.”

Aişə
Səhihİbn Məcə, 2000 (Nikah, 156)

حَدَّثَنَا أَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالاَ : حَدَّثَنَا مَرْحُومُ بْنُ عَبْدِ الْعَزِيزِ ، حَدَّثَنَا ثَابِتٌ ، قَالَ : كُنَّا جُلُوسًا مَعَ أَنَسِ بْنِ مَالِكٍ وَعِنْدَهُ ابْنَةٌ لَهُ ، فَقَالَ أَنَسٌ : جَاءَتِ امْرَأَةٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَعَرَضَتْ نَفْسَهَا عَلَيْهِ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، هَلْ لَكَ فِيَّ حَاجَةٌ ؟ فَقَالَتِ ابْنَتُهُ : مَا أَقَلَّ حَيَاءَهَا ، فَقَالَ : هِيَ خَيْرٌ مِنْكِ ، رَغِبَتْ فِي رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَعَرَضَتْ نَفْسَهَا عَلَيْهِ.

“Rəvayət edilir ki, Sabit ﵀ demişdir: “Bir dəfə biz Ənəs ibn Malikin yanında oturmuşduq. Onun bir qızı da yanında idi. Ənəs dedi: “Bir dəfə bir qadın Peyğəmbərin ﷺ yanına gəlib özünü ona təklif etdi və dedi: “Ey Allahın Elçisi, sənin mənə ehtiyacın varmı?” Ənəsin qızı dedi: “Mən o qadının həyasının azlığına təəccüb edirəm”. Ənəs dedi: “O qadın səndən xeyirlidir. Allah Elçisinə ﷺ qovuşmaq üçün özünü ona təklif etmişdi”.”

Sabit
Səhihİbn Məcə, 2001 (Nikah, 157)

Fəsil 56

Övladının ondan olmasına şübhə edən

بَابُ الرَّجُلُ يَشُكُّ فِي وَلَدِهِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : جَاءَ رَجُلٌ مِنْ بَنِي فَزَارَةَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ امْرَأَتِي وَلَدَتْ غُلاَمًا أَسْوَدَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : هَلْ لَكَ مِنْ إِبِلٍ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَمَا أَلْوَانُهَا ؟ قَالَ : حُمْرٌ ، قَالَ : هَلْ فِيهَا مِنْ أَوْرَقَ ؟ قَالَ : إِنَّ فِيهَا لَوُرْقًا ، قَالَ : فَأَنَّى أَتَاهَا ذَلِكَ ؟ قَالَ : عَسَى عِرْقٌ نَزَعَهَا , قَالَ : وَهَذَا لَعَلَّ عِرْقًا نَزَعَهُ. وَاللَّفْظُ لاِبْنِ الصَّبَّاحِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Bəni Fəzara tayfasından olan bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mənim zövcəm qaradərili oğlan uşağı dünyaya gətirib”. Allah Elçisi ﷺ dedi: “Sənin dəvələrin var?” O dedi: “Bəli”. Peyğəmbər ﷺ dedi: “Onlar nə rəngdədirlər?” O dedi: “Qırmızı”. Peyğəmbər ﷺ dedi: “Onların içində kül rəngində olan varmı?” O dedi: “Onların içində kül rəngində olan dəvələr də var”. Peyğəmbər ﷺ dedi: “Bəs həmin kül rəngində olan dəvə onların içində haradan peyda olub?” O dedi: “Nəslindən hansısa dəvəyə oxşayıb”. Peyğəmbər ﷺ buyurdu: “Sənin bu oğlunun da nəslindən birinə oxşadığı ümid edilir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2002 (Nikah, 158)

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا عَبَاءَةُ بْنُ كُلَيْبٍ اللَّيْثِيُّ أَبُو غَسَّانَ ، عَنْ جُوَيْرِيَةَ بْنِ أَسْمَاءَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَجُلاً مِنْ أَهْلِ الْبَادِيَةِ أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ امْرَأَتِي وَلَدَتْ عَلَى فِرَاشِي غُلاَمًا أَسْوَدَ ، وَإِنَّا أَهْلُ بَيْتٍ لَمْ يَكُنْ فِينَا أَسْوَدُ قَطُّ ، قَالَ : هَلْ لَكَ مِنْ إِبِلٍ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَمَا أَلْوَانُهَا ؟ قَالَ : حُمْرٌ ، قَالَ : هَلْ فِيهَا أَسْوَدُ ؟ قَالَ : لاَ ، قَالَ : فِيهَا أَوْرَقُ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَأَنَّى كَانَ ذَلِكَ ؟ قَالَ : عَسَى أَنْ يَكُونَ نَزَعَهُ عِرْقٌ ، قَالَ : فَلَعَلَّ ابْنَكَ هَذَا نَزَعَهُ عِرْقٌ.

“İbn Ömər ﵄ rəvayət edir ki, bədəvilərdən bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənim nikahım altında olan zövcəm qaradərili oğlan uşağı dünyaya gətirib. Bizim ailəmizdə isə qaradərili adam heç vaxt olmayıb”. Allah Elçisi ﷺ dedi: “Sənin dəvələrin var?” O dedi: “Bəli”. Peyğəmbər ﷺ dedi: “Onlar nə rəngdədirlər?” O dedi: “Qırmızı”. Peyğəmbər ﷺ dedi: “Onların içində qara rənglisi varmı?” O dedi: “Xeyr”. Peyğəmbər ﷺ dedi: “Bəs onların içində kül rəngində olanı varmı?” Kişi dedi: “Bəli, var”. Peyğəmbər ﷺ dedi: “Bəs həmin kül rəngində olan dəvə haradan onların içində peyda olub?” O dedi: “Nəslindən hansısa dəvəyə oxşayıb”. Peyğəmbər ﷺ buyurdu: “Sənin bu oğlunun da nəslindən birinə oxşadığı ümid edilir”.”

İbn Ömər
Səhihİbn Məcə, 2003 (Nikah, 159)

Fəsil 57

Övlad atasına nisbət edilir, zina edən kişi isə övladdan məhrum sayılır

بَابُ الْوَلَدُ لِلْفِرَاشِ ، وَلِلْعَاهِرِ الْحَجَرُ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : إِنَّ ابْنَ زَمْعَةَ ، وَسَعْدًا اخْتَصَمَا إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي ابْنِ أَمَةِ زَمْعَةَ ، فَقَالَ سَعْدٌ : يَا رَسُولَ اللهِ ، أَوْصَانِي أَخِي إِذَا قَدِمْتُ مَكَّةَ , أَنْ أَنْظُرَ إِلَى ابْنِ أَمَةِ زَمْعَةَ , فَأَقْبِضْهُ ، وَقَالَ عَبْدُ بْنُ زَمْعَةَ : أَخِي وَابْنُ أَمَةِ أَبِي ، وُلِدَ عَلَى فِرَاشِ أَبِي ، فَرَأَى النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ شَبَهَهُ بِعُتْبَةَ ، فَقَالَ : هُوَ لَكَ يَا عَبْدَ بْنَ زَمْعَةَ ، الْوَلَدُ لِلْفِرَاشِ ، وَاحْتَجِبِي عَنْهُ يَا سَوْدَةُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Zəm'anın oğlu ilə Səd Zəmanın cariyəsinin oğlu haqda aralarında olan ixtilafı Peyğəmbərə ﷺ yönəltdilər. Səd dedi: “Ey Allahın Elçisi! (Ölən) qardaşım (Utbə) mənə vəsiyyət etmişdi ki, Məkkəyə gəldikdə Zəmanın cariyəsinin oğluna baxıb onu özümlə götürüm”. İbn Abd ibn Zəma da dedi: “Uşaq mənim qardaşımla atamın cariyəsinin oğludur. Üstəlik, atamın çarpayısının üstündə dünyaya gəlmişdir”. Peyğəmbər ﷺ isə uşağın Utbəyə oxşadığını gördü və buyurdu: “O sənin (qardaşındır), ey Abd ibn Zəma! Uşaq yataq sahibinindir! Bundan sonra bu uşağa (başıaçıq halda) görünmə, ey Səvda!””

Aişə
Səhihİbn Məcə, 2004 (Nikah, 160)

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ أَبِي يَزِيدَ ، عَنْ أَبِيهِ ، عَنْ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَضَى بِالْوَلَدِ لِلْفِرَاشِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ dünyaya gələn uşağın yataq sahibinə nisbət olduğuna qərar vermişdir.”

Ömər
Səhihİbn Məcə, 2005 (Nikah, 161)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : الْوَلَدُ لِلْفِرَاشِ ، وَلِلْعَاهِرِ الْحَجَرُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Dünyaya gələn uşaq yataq sahibinə nisbət edilir. Zina edən kişi isə uşaqdan məhrum edilir”.”

Əbu Hureyra
Səhihİbn Məcə, 2006 (Nikah, 162)

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ ، حَدَّثَنَا شُرَحْبِيلُ بْنُ مُسْلِمٍ ، قَالَ : سَمِعْتُ أَبَا أُمَامَةَ الْبَاهِلِيَّ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : الْوَلَدُ لِلْفِرَاشِ ، وَلِلْعَاهِرِ الْحَجَرُ.

“Rəvayət edilir ki, Əbu Umamə əl-Bəhili ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Dünyaya gələn uşaq yataq sahibinə nisbət edilir. Zina edən kişi isə uşaqdan məhrum edilir”.”

Əbu Umamə əl-Bəhili
Səhihİbn Məcə, 2007 (Nikah, 163)

Fəsil 58

Biri digərindən qabaq müsəlman olan ər və arvad

بَابُ الزَّوْجَيْنِ يُسْلِمُ أَحَدُهُمَا قَبْلَ الآخَرِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ خَلاَّدٍ ، وَيَحْيَى بْنُ حَكِيمٍ ، قَالاَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ ، عَنْ دَاوُدَ بْنِ الْحُصَيْنِ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَدَّ ابْنَتَهُ عَلَى أَبِي الْعَاصِ بْنِ الرَّبِيعِ بَعْدَ سَنَتَيْنِ بِنِكَاحِهَا الأَوَّلِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ qızını Əbul-As ibn Rabiyə iki il sonra ilk dəfə etdiyi nikahla qaytardı.”

İbn Abbas
Səhihİbn Məcə, 2009 (Nikah, 165)

Fəsil 59

Ərin südverən qadınla cinsi yaxınlıq etməsi

بَابُ الْغَيْلِ

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَحْيَى بْنُ إِسْحَاقَ ، حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ نَوْفَلٍ الْقُرَشِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، عَنْ جُدَامَةَ بِنْتِ وَهْبٍ الأَسَدِيَّةِ ، أَنَّهَا قَالَتْ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : قَدْ أَرَدْتُ أَنْ أَنْهَى عَنِ الْغِيَالِ ، فَإِذَا فَارِسُ وَالرُّومُ يُغِيلُونَ ، فَلاَ يَقْتُلُونَ أَوْلاَدَهُمْ , وَسَمِعْتُهُ يَقُولُ : وَسُئِلَ عَنِ الْعَزْلِ ، فَقَالَ : هُوَ الْوَأْدُ الْخَفِيُّ.

“Rəvayət edilir ki, Cudəmə bint Vəhb əl-Əsədiyyə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Mən ərin südverən qadınla cinsi yaxınlıq etməsini qadağan etmək istədim, lakin gördüm ki, farslar və rumlular bunu edir və bunun övladlarına zərəri olmur”. Həmçinin ona azl haqda verilən suala belə cavab verdiyini eşitdim: “Azl (uşaqları diri-diri torpağa basdırmağın) gizli formasıdır”.”

Cudəmə bint Vəhb əl-Əsədiyyə
Səhihİbn Məcə, 2011 (Nikah, 167)

Fəsil 60

Ərinə əziyyət verən qadın

بَابٌ : فِي الْمَرْأَةِ تُؤْذِي زَوْجَهَا

حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ بْنُ الضَّحَّاكِ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ ، عَنْ بَحِيرِ بْنِ سَعْدٍ ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ ، عَنْ كَثِيرِ بْنِ مُرَّةَ ، عَنْ مُعَاذِ بْنِ جَبَلٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ تُؤْذِي امْرَأَةٌ زَوْجَهَا إِلاَّ قَالَتْ زَوْجَتُهُ مِنَ الْحُورِ الْعِينِ : لاَ تُؤْذِيهِ ، قَاتَلَكِ اللَّهُ ، فَإِنَّمَا هُوَ عِنْدَكِ دَخِيلٌ ، أَوْشَكَ أَنْ يُفَارِقَكِ إِلَيْنَا.

“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hansı qadın ərinə əziyyət verərsə, kişinin Hurul-İyndən olan zövcəsi belə deyər: “Ona əziyyət vermə, Allah səni öldürsün! Şübhəsiz, o sənin yanında olan bir qəribdir. Tezliklə səndən ayrılıb bizim yanımıza gələcək”.”

Muaz ibn Cəbəl
Səhihİbn Məcə, 2014 (Nikah, 170)