Nikaha aid fəsillər

Bakirənin və dul qadının evlənmək icazəsi

حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ مُوسَى السُّدِّيُّ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنسٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْفَضْلِ الْهَاشِمِيِّ ، عَنْ نَافِعِ بْنِ جُبَيْرِ بْنِ مُطْعِمٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : الأَيِّمُ أَوْلَى بِنَفْسِهَا مِنْ وَلِيِّهَا ، وَالْبِكْرُ تُسْتَأْمَرُ فِي نَفْسِهَا ، قِيلَ : يَا رَسُولَ اللهِ ، إِنَّ الْبِكْرَ تَسْتَحْيِي أَنْ تَكَلَّمَ ، قَالَ : إِذْنُهَا سُكُوتُهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dul qadın evlənmək xüsusunda vəlisindən daha çox haqq sahibidir. Bakirə qızdan isə evlənmək xüsusunda razılığı alınır”. Peyğəmbərə ﷺ deyildi: “Ey Allahın Elçisi, axı bakirə qız bu mövzuda danışmağa utanır”. Allah Elçisi ﷺ buyurdu: “Onun susması razılıq əlamətidir”.”

İbn Abbas
Səhih

İstinad

İbn Məcə, 1870 (Nikah, 26)

Sunən İbn Məcə — Nikaha aid fəsillər