Nikaha aid fəsillər

Özünü Peyğəmbərə ﷺ fəda edən qadın

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ , حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، أَنَّهَا كَانَتْ تَقُولُ : أَمَا تَسْتَحِي الْمَرْأَةُ أَنْ تَهَبَ نَفْسَهَا لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ حَتَّى أَنْزَلَ اللَّهُ : {تُرْجِي مَنْ تَشَاءُ مِنْهُنَّ وَتُؤْوِي إِلَيْكَ مَنْ تَشَاءُ} ، قَالَتْ : فَقُلْتُ : إِنَّ رَبَّكَ لَيُسَارِعُ فِي هَوَاكَ.

“Rəvayət edilir ki, Aişə ﵂ belə deyərdi: “Qadın özünü Peyğəmbərə ﷺ fəda etməkdən həya etməzmi?” Uca Allah da bu ayəni nazil etdi: “Onlardan istədiyini səninlə gecələmək növbəsini təxirə sala bilərsən, istədiyini də öz yanına ala bilərsən”. (əl-Əhzab, 51). Aişə deyir: “Mən dedim: “Sənin Rəbbin sənin istədiklərini gecikdirmədən həyata keçirir”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 2000 (Nikah, 156)

Sunən İbn Məcə — Nikaha aid fəsillər