Nikaha aid fəsillər

Özünü Peyğəmbərə ﷺ fəda edən qadın

حَدَّثَنَا أَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالاَ : حَدَّثَنَا مَرْحُومُ بْنُ عَبْدِ الْعَزِيزِ ، حَدَّثَنَا ثَابِتٌ ، قَالَ : كُنَّا جُلُوسًا مَعَ أَنَسِ بْنِ مَالِكٍ وَعِنْدَهُ ابْنَةٌ لَهُ ، فَقَالَ أَنَسٌ : جَاءَتِ امْرَأَةٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَعَرَضَتْ نَفْسَهَا عَلَيْهِ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، هَلْ لَكَ فِيَّ حَاجَةٌ ؟ فَقَالَتِ ابْنَتُهُ : مَا أَقَلَّ حَيَاءَهَا ، فَقَالَ : هِيَ خَيْرٌ مِنْكِ ، رَغِبَتْ فِي رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَعَرَضَتْ نَفْسَهَا عَلَيْهِ.

“Rəvayət edilir ki, Sabit ﵀ demişdir: “Bir dəfə biz Ənəs ibn Malikin yanında oturmuşduq. Onun bir qızı da yanında idi. Ənəs dedi: “Bir dəfə bir qadın Peyğəmbərin ﷺ yanına gəlib özünü ona təklif etdi və dedi: “Ey Allahın Elçisi, sənin mənə ehtiyacın varmı?” Ənəsin qızı dedi: “Mən o qadının həyasının azlığına təəccüb edirəm”. Ənəs dedi: “O qadın səndən xeyirlidir. Allah Elçisinə ﷺ qovuşmaq üçün özünü ona təklif etmişdi”.”

Sabit
Səhih

İstinad

İbn Məcə, 2001 (Nikah, 157)

Sunən İbn Məcə — Nikaha aid fəsillər