Nikaha aid fəsillər

Övladının ondan olmasına şübhə edən

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : جَاءَ رَجُلٌ مِنْ بَنِي فَزَارَةَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ امْرَأَتِي وَلَدَتْ غُلاَمًا أَسْوَدَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : هَلْ لَكَ مِنْ إِبِلٍ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَمَا أَلْوَانُهَا ؟ قَالَ : حُمْرٌ ، قَالَ : هَلْ فِيهَا مِنْ أَوْرَقَ ؟ قَالَ : إِنَّ فِيهَا لَوُرْقًا ، قَالَ : فَأَنَّى أَتَاهَا ذَلِكَ ؟ قَالَ : عَسَى عِرْقٌ نَزَعَهَا , قَالَ : وَهَذَا لَعَلَّ عِرْقًا نَزَعَهُ. وَاللَّفْظُ لاِبْنِ الصَّبَّاحِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə Bəni Fəzara tayfasından olan bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, mənim zövcəm qaradərili oğlan uşağı dünyaya gətirib”. Allah Elçisi ﷺ dedi: “Sənin dəvələrin var?” O dedi: “Bəli”. Peyğəmbər ﷺ dedi: “Onlar nə rəngdədirlər?” O dedi: “Qırmızı”. Peyğəmbər ﷺ dedi: “Onların içində kül rəngində olan varmı?” O dedi: “Onların içində kül rəngində olan dəvələr də var”. Peyğəmbər ﷺ dedi: “Bəs həmin kül rəngində olan dəvə onların içində haradan peyda olub?” O dedi: “Nəslindən hansısa dəvəyə oxşayıb”. Peyğəmbər ﷺ buyurdu: “Sənin bu oğlunun da nəslindən birinə oxşadığı ümid edilir”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 2002 (Nikah, 158)

Sunən İbn Məcə — Nikaha aid fəsillər