Nikaha aid fəsillər

Övladının ondan olmasına şübhə edən

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا عَبَاءَةُ بْنُ كُلَيْبٍ اللَّيْثِيُّ أَبُو غَسَّانَ ، عَنْ جُوَيْرِيَةَ بْنِ أَسْمَاءَ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّ رَجُلاً مِنْ أَهْلِ الْبَادِيَةِ أَتَى النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ امْرَأَتِي وَلَدَتْ عَلَى فِرَاشِي غُلاَمًا أَسْوَدَ ، وَإِنَّا أَهْلُ بَيْتٍ لَمْ يَكُنْ فِينَا أَسْوَدُ قَطُّ ، قَالَ : هَلْ لَكَ مِنْ إِبِلٍ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَمَا أَلْوَانُهَا ؟ قَالَ : حُمْرٌ ، قَالَ : هَلْ فِيهَا أَسْوَدُ ؟ قَالَ : لاَ ، قَالَ : فِيهَا أَوْرَقُ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَأَنَّى كَانَ ذَلِكَ ؟ قَالَ : عَسَى أَنْ يَكُونَ نَزَعَهُ عِرْقٌ ، قَالَ : فَلَعَلَّ ابْنَكَ هَذَا نَزَعَهُ عِرْقٌ.

“İbn Ömər ﵄ rəvayət edir ki, bədəvilərdən bir nəfər Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənim nikahım altında olan zövcəm qaradərili oğlan uşağı dünyaya gətirib. Bizim ailəmizdə isə qaradərili adam heç vaxt olmayıb”. Allah Elçisi ﷺ dedi: “Sənin dəvələrin var?” O dedi: “Bəli”. Peyğəmbər ﷺ dedi: “Onlar nə rəngdədirlər?” O dedi: “Qırmızı”. Peyğəmbər ﷺ dedi: “Onların içində qara rənglisi varmı?” O dedi: “Xeyr”. Peyğəmbər ﷺ dedi: “Bəs onların içində kül rəngində olanı varmı?” Kişi dedi: “Bəli, var”. Peyğəmbər ﷺ dedi: “Bəs həmin kül rəngində olan dəvə haradan onların içində peyda olub?” O dedi: “Nəslindən hansısa dəvəyə oxşayıb”. Peyğəmbər ﷺ buyurdu: “Sənin bu oğlunun da nəslindən birinə oxşadığı ümid edilir”.”

İbn Ömər
Səhih

İstinad

İbn Məcə, 2003 (Nikah, 159)

Sunən İbn Məcə — Nikaha aid fəsillər