Nikaha aid fəsillər

Övlad atasına nisbət edilir, zina edən kişi isə övladdan məhrum sayılır

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : إِنَّ ابْنَ زَمْعَةَ ، وَسَعْدًا اخْتَصَمَا إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي ابْنِ أَمَةِ زَمْعَةَ ، فَقَالَ سَعْدٌ : يَا رَسُولَ اللهِ ، أَوْصَانِي أَخِي إِذَا قَدِمْتُ مَكَّةَ , أَنْ أَنْظُرَ إِلَى ابْنِ أَمَةِ زَمْعَةَ , فَأَقْبِضْهُ ، وَقَالَ عَبْدُ بْنُ زَمْعَةَ : أَخِي وَابْنُ أَمَةِ أَبِي ، وُلِدَ عَلَى فِرَاشِ أَبِي ، فَرَأَى النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ شَبَهَهُ بِعُتْبَةَ ، فَقَالَ : هُوَ لَكَ يَا عَبْدَ بْنَ زَمْعَةَ ، الْوَلَدُ لِلْفِرَاشِ ، وَاحْتَجِبِي عَنْهُ يَا سَوْدَةُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Zəm'anın oğlu ilə Səd Zəmanın cariyəsinin oğlu haqda aralarında olan ixtilafı Peyğəmbərə ﷺ yönəltdilər. Səd dedi: “Ey Allahın Elçisi! (Ölən) qardaşım (Utbə) mənə vəsiyyət etmişdi ki, Məkkəyə gəldikdə Zəmanın cariyəsinin oğluna baxıb onu özümlə götürüm”. İbn Abd ibn Zəma da dedi: “Uşaq mənim qardaşımla atamın cariyəsinin oğludur. Üstəlik, atamın çarpayısının üstündə dünyaya gəlmişdir”. Peyğəmbər ﷺ isə uşağın Utbəyə oxşadığını gördü və buyurdu: “O sənin (qardaşındır), ey Abd ibn Zəma! Uşaq yataq sahibinindir! Bundan sonra bu uşağa (başıaçıq halda) görünmə, ey Səvda!””

Aişə
Səhih

İstinad

İbn Məcə, 2004 (Nikah, 160)

Sunən İbn Məcə — Nikaha aid fəsillər