Nikaha aid fəsillər

Bir kişi zövcəsini üç talaqla boşadıqda qadın başqa kişi ilə evlənib cinsi yaxınlıq olmadan kişi onu boşayarsa, o qadın əvvəlki ərinə qayıda bilərmi?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَلْقَمَةَ بْنِ مَرْثَدٍ ، قَالَ : سَمِعْتُ سَالِمَ بْنَ رَزِينٍ يُحَدِّثُ عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنِ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فِي الرَّجُلِ تَكُونُ لَهُ الْمَرْأَةُ فَيُطَلِّقُهَا ، فَيَتَزَوَّجُهَا رَجُلٌ , فَيُطَلِّقُهَا قَبْلَ أَنْ يَدْخُلَ بِهَا ، أَتَرْجِعُ إِلَى الأَوَّلِ ؟ قَالَ : لاَ ، حَتَّى يَذُوقَ الْعُسَيْلَةَ.

“İbn Ömər ﵄ rəvayət edir ki, bir dəfə Peyğəmbərdən ﷺ soruşuldu: “Bir kişi zövcəsini (üç dəfə) boşadı. Başqa bir kişi həmin qadınla evlənsə, lakin cinsi yaxınlıq olmadan o qadını boşayarsa, o qadın əvvəlki ərinə qayıda bilərmi?” Peyğəmbər ﷺ buyurdu: “Xeyr, indiki əri ilə yaxınlıq etmədikcə, bu mümkün deyil”.”

İbn Ömər
Səhih

İstinad

İbn Məcə, 1933 (Nikah, 89)

Sunən İbn Məcə — Nikaha aid fəsillər