Nikaha aid fəsillər

Bakirə və dul qadının yanında qalmaq

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ الْقَطَّانُ ، عَنْ سُفْيَانَ ، عَنْ مُحَمَّدِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ عَبْدِ الْمَلِكِ , يَعْنِي ابْنَ أَبِي بَكْرِ بْنِ الْحَارِثِ بْنِ هِشَامٍ ، عَنْ أَبِيهِ ، عَنْ أُمِّ سَلَمَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لَمَّا تَزَوَّجَ أُمَّ سَلَمَةَ , أَقَامَ عِنْدَهَا ثَلاَثًا ، وَقَالَ : لَيْسَ بِكِ عَلَى أَهْلِكِ هَوَانٌ ، إِنْ شِئْتِ سَبَّعْتُ لَكِ ، وَإِنْ سَبَّعْتُ لَكِ سَبَّعْتُ لِنِسَائِي.

“Ummu Sələmə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ onunla evləndiyi vaxt onun yanında üç gün qaldı və buyurdu: “Bu vaxtın az olmasına görə kədərlənmə, belə ki, bu səninlə əlaqəli bir şeyə görə deyil. İstəsən, sənin yanında yeddi gün qala bilərəm. Amma əgər sənin yanında yeddi gün qalsam, digər zövcələrimin yanında da yeddi gün qalmalıyam”.”

Ummu Sələmə
Səhih

İstinad

İbn Məcə, 1917 (Nikah, 73)

Sunən İbn Məcə — Nikaha aid fəsillər