Qadınlarla yaxşı davranmaq
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، عَنْ زَكَرِيَّا ، عَنْ خَالِدِ بْنِ سَلَمَةَ ، عَنِ الْبَهِيِّ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، قَالَ : قَالَتْ عَائِشَةُ : مَا عَلِمْتُ حَتَّى دَخَلَتْ عَلَيَّ زَيْنَبُ بِغَيْرِ إِذْنٍ وَهِيَ غَضْبَى ، ثُمَّ قَالَتْ : يَا رَسُولَ اللهِ ، أَحْسَبُكَ إِذَا قَلَبَتْ لَكَ بُنَيَّةُ أَبِي بَكْرٍ ذُرَيْعَيْهَا ، ثُمَّ أَقَبَلَتْ عَلَيَّ ، فَأَعْرَضْتُ عَنْهَا ، حَتَّى قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : دُونَكِ ، فَانْتَصِرِي ، فَأَقْبَلْتُ عَلَيْهَا ، حَتَّى رَأَيْتُهَا وَقَدْ يَبِسَ رِيقُهَا فِي فِيهَا ، مَا تَرُدُّ عَلَيَّ شَيْئًا ، فَرَأَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَتَهَلَّلُ وَجْهُهُ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Zeynəb otağıma icazəsiz və qəzəbli halda girənə qədər günülərimin mənə qəzəbli olduqlarını bilmirdim. Zeynəb otağıma girdikdən sonra Allah Elçisinə ﷺ: “Ey Allahın Elçisi, Əbu Bəkrin qızı sənin üçün qollarını açdıqda sənə kifayət edir?”- dedi və mənə tərəf yönələrək deyinməyə başladı. Mən də ona əhəmiyyət vermirdim, lakin Peyğəmbər ﷺ mənə: “Özünü müdafiə et!”- dedikdə mən ona qarşı danışmağa başladım. O mənə cavab verə bilmədi və tüpürcəyi ağzında qurudu. Bu vaxt Peyğəmbərin ﷺ üzü güldü”.”
İstinad
İbn Məcə, 1981 (Nikah, 137)
Sunən İbn Məcə — Nikaha aid fəsillər