Ərin südverən qadınla cinsi yaxınlıq etməsi
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَحْيَى بْنُ إِسْحَاقَ ، حَدَّثَنَا يَحْيَى بْنُ أَيُّوبَ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ نَوْفَلٍ الْقُرَشِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، عَنْ جُدَامَةَ بِنْتِ وَهْبٍ الأَسَدِيَّةِ ، أَنَّهَا قَالَتْ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : قَدْ أَرَدْتُ أَنْ أَنْهَى عَنِ الْغِيَالِ ، فَإِذَا فَارِسُ وَالرُّومُ يُغِيلُونَ ، فَلاَ يَقْتُلُونَ أَوْلاَدَهُمْ , وَسَمِعْتُهُ يَقُولُ : وَسُئِلَ عَنِ الْعَزْلِ ، فَقَالَ : هُوَ الْوَأْدُ الْخَفِيُّ.
“Rəvayət edilir ki, Cudəmə bint Vəhb əl-Əsədiyyə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Mən ərin südverən qadınla cinsi yaxınlıq etməsini qadağan etmək istədim, lakin gördüm ki, farslar və rumlular bunu edir və bunun övladlarına zərəri olmur”. Həmçinin ona azl haqda verilən suala belə cavab verdiyini eşitdim: “Azl (uşaqları diri-diri torpağa basdırmağın) gizli formasıdır”.”
İstinad
İbn Məcə, 2011 (Nikah, 167)
Sunən İbn Məcə — Nikaha aid fəsillər