Nikaha aid fəsillər

Ərinə əziyyət verən qadın

حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ بْنُ الضَّحَّاكِ ، حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَيَّاشٍ ، عَنْ بَحِيرِ بْنِ سَعْدٍ ، عَنْ خَالِدِ بْنِ مَعْدَانَ ، عَنْ كَثِيرِ بْنِ مُرَّةَ ، عَنْ مُعَاذِ بْنِ جَبَلٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ تُؤْذِي امْرَأَةٌ زَوْجَهَا إِلاَّ قَالَتْ زَوْجَتُهُ مِنَ الْحُورِ الْعِينِ : لاَ تُؤْذِيهِ ، قَاتَلَكِ اللَّهُ ، فَإِنَّمَا هُوَ عِنْدَكِ دَخِيلٌ ، أَوْشَكَ أَنْ يُفَارِقَكِ إِلَيْنَا.

“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Hansı qadın ərinə əziyyət verərsə, kişinin Hurul-İyndən olan zövcəsi belə deyər: “Ona əziyyət vermə, Allah səni öldürsün! Şübhəsiz, o sənin yanında olan bir qəribdir. Tezliklə səndən ayrılıb bizim yanımıza gələcək”.”

Muaz ibn Cəbəl
Səhih

İstinad

İbn Məcə, 2014 (Nikah, 170)

Sunən İbn Məcə — Nikaha aid fəsillər