Nikaha aid fəsillər

Qadınlara verilən mehrin miqdarı

حَدَّثَنَا حَفْصُ بْنُ عَمْرٍو ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ ، قَالَ : جَاءَتِ امْرَأَةٌ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : مَنْ يَتَزَوَّجُهَا ؟ فَقَالَ رَجُلٌ : أَنَا ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَعْطِهَا وَلَوْ خَاتَمًا مِنْ حَدِيدٍ ، فَقَالَ : لَيْسَ مَعِي ، قَالَ : قَدْ زَوَّجْتُكَهَا عَلَى مَا مَعَكَ مِنَ الْقُرْآنِ.

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Bir qadın (ərə getmək məqsədilə) Peyğəmbərin ﷺ yanına gəldi. Peyğəmbər ﷺ buyurdu: “Kim bu qadınla evlənmək istəyir?” Bir kişi dedi: “Mən istəyirəm”. Peyğəmbər ﷺ o kişiyə dedi: “Dəmirdən bir üzük olsa belə, ona mehr olaraq bir şey verməlisən”. Kişi dedi: “Mən də heç o da yoxdur”. Peyğəmbər ﷺ buyurdu: “Əzbər bildiyin surələri o qadına öyrətməyi mehr sayaraq o qadını səninlə evləndirirəm”.”

Səhl ibn Səd
Səhih

İstinad

İbn Məcə, 1889 (Nikah, 45)

Sunən İbn Məcə — Nikaha aid fəsillər