Nikaha aid fəsillər

Bakirə qızlarla evlənmək

حَدَّثَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ عَبْدِ الْمَلِكِ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : تَزَوَّجْتُ امْرَأَةً عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَلَقِيتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : أَتَزَوَّجْتَ يَا جَابِرُ ؟ قُلْتُ : نَعَمْ ، قَالَ : أَبِكْرًا أَوْ ثَيِّبًا ؟ قُلْتُ : ثَيِّبًا ، قَالَ : فَهَلاَّ بِكْرًا تُلاَعِبُهَا ؟ قُلْتُ : كُنَّ لِي أَخَوَاتٌ ، فَخَشِيتُ أَنْ تَدْخُلَ بَيْنِي وَبَيْنَهُنَّ ، قَالَ : فَذَاكَ إِذَنْ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisinin ﷺ dövründə bir qadınla evlənmişdim. Allah Elçisi ilə qarşılaşdıqda dedi: “Evlənmisən, ey Cabir?” Mən: “Bəli”- dedim. O dedi: “Bakirə ilə, yoxsa dul ilə?” Mən: “Dul ilə”- dedim. Allah Elçisi ﷺ buyurdu: “Niyə səninlə oynayacaq bir bakirə qızla evlənmədin?” Mən dedim: “Çünki mənim bacılarım var. Qorxdum ki, mənimlə onların arasına girər”. Allah Elçisi ﷺ buyurdu: “Onda düz etmisən”.”

Cabir ibn Abdullah
Səhih

İstinad

İbn Məcə, 1860 (Nikah, 16)

Sunən İbn Məcə — Nikaha aid fəsillər