Nikaha aid fəsillər

Nikahı altında dördən çox zövcəsi olduğu halda İslamı qəbul edən kişi

حَدَّثَنَا يَحْيَى بْنُ حَكِيمٍ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : أَسْلَمَ غَيْلاَنُ بْنُ سَلَمَةَ وَتَحْتَهُ عَشْرُ نِسْوَةٍ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : خُذْ مِنْهُنَّ أَرْبَعًا.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Ğaylən ibn Sələmə İslamı qəbul etmişdi və onun on zövcəsi var idi. Peyğəmbər ﷺ ona buyurdu: “Onlardan dördünü saxla!””

İbn Ömər
Səhih

İstinad

İbn Məcə, 1953 (Nikah, 109)

Sunən İbn Məcə — Nikaha aid fəsillər