Müvəqqəti nikahın qadağan olunması
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ عُمَرَ ، عَنِ الرَّبِيعِ بْنِ سَبْرَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي حَجَّةِ الْوَدَاعِ ، فَقَالُوا : يَا رَسُولَ اللهِ ، إِنَّ الْعُزْبَةَ قَدِ اشْتَدَّتْ عَلَيْنَا ، قَالَ : فَاسْتَمْتِعُوا مِنْ هَذِهِ النِّسَاءِ ، فَأَتَيْنَاهُنَّ , فَأَبَيْنَ أَنْ يَنْكِحْنَنَا , إِلاَّ أَنْ نَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُنَّ أَجَلاً ، فَذَكَرُوا ذَلِكَ لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : اجْعَلُوا بَيْنَكُمْ وَبَيْنَهُنَّ أَجَلاً ، فَخَرَجْتُ أَنَا وَابْنُ عَمٍّ لِي ، مَعَهُ بُرْدٌ وَمَعِي بُرْدٌ ، وَبُرْدُهُ أَجْوَدُ مِنْ بُرْدِي ، وَأَنَا أَشَبُّ مِنْهُ ، فَأَتَيْنَا عَلَى امْرَأَةٍ ، فَقَالَتْ : بُرْدٌ كَبُرْدٍ ، فَتَزَوَّجْتُهَا ، فَمَكَثْتُ عِنْدَهَا تِلْكَ اللَّيْلَةَ ، ثُمَّ غَدَوْتُ وَرَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَائِمٌ بَيْنَ الرُّكْنِ وَالْبَابِ ، وَهُوَ يَقُولُ : أَيُّهَا النَّاسُ ، إِنِّي قَدْ كُنْتُ أَذِنْتُ لَكُمْ فِي الاِسْتِمْتَاعِ ، أَلاَ وَإِنَّ اللَّهَ قَدْ حَرَّمَهَا إِلَى يَوْمِ الْقِيَامَةِ ، فَمَنْ كَانَ عِنْدَهُ مِنْهُنَّ شَيْءٌ فَلْيُخَلِّ سَبِيلَهَا ، وَلاَ تَأْخُذُوا مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا.
“Rabi ibn Səbra atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Vida həccinə yola düşdük. Səhabələr dedilər: “Ey Allahın Elçisi, zövcələrimizdən ayrı qalmaq bizə çox ağır gəlir”. Peyğəmbər ﷺ buyurdu: “Bu qadınlarla müvəqqəti nikah edə bilərsiniz”. Biz o qadınların yanına gəldik, onlar da müəyyən vaxt təyin edilərsə, onlarla müvəqqəti nikah etməyimizə razı oldular. Səhabələr bunu Peyğəmbərə ﷺ dedikdə o buyurdu: “Onlarla müəyyən bir vaxt təyin edin”. Mən əmim oğlu ilə birlikdə getdik. Bizim əynimizdə yun gödəkçə var idi, lakin onun yun gödəkçəsi daha gözəl idi. Mən ondan daha cavan idim. Bir qadının yanına gəldik və ona evlənməyi təklif etdik. Mən cavan olduğuma görə mənimlə evlənməyi seçdi və: “Gödəkçə gödəkçədir!” dedi. Mən də gödəkçəmi ona mehr olaraq verib onunla evləndim və gecə onun yanında qaldım. Səhərisi gün oradan getdim. Allah Elçisi ﷺ Kəbənin qapısı ilə Qara daşın arasında durub belə deyirdi: “Ey insanlar! Mən sizə müvəqqəti nikah etməyə icazə vermişdim. Həqiqətən, Allah Qiyamət gününə qədər bu nikahı qadağan etmişdir. Artıq kimin yanında müvəqqəti nikahda olan qadın varsa, onu boşasın və ona mehr olaraq verdiyiniz şeydən də heç nəyi geri götürməsin”.”
İstinad
İbn Məcə, 1962 (Nikah, 118)
Sunən İbn Məcə — Nikaha aid fəsillər