Nikaha aid fəsillər

Müvəqqəti nikahın qadağan olunması

حَدَّثَنَا مُحَمَّدُ بْنُ خَلَفٍ الْعَسْقَلاَنِيُّ ، حَدَّثَنَا الْفِرْيَابِيُّ ، عَنْ أَبَانَ بْنِ أَبِي حَازِمٍ ، عَنْ أَبِي بَكْرِ بْنِ حَفْصٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : لَمَّا وَلِيَ عُمَرُ بْنُ الْخَطَّابِ , خَطَبَ النَّاسَ فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَذِنَ لَنَا فِي الْمُتْعَةِ ثَلاَثًا ، ثُمَّ حَرَّمَهَا ، وَاللَّهِ لاَ أَعْلَمُ أَحَدًا يَتَمَتَّعُ وَهُوَ مُحْصَنٌ إِلاَّ رَجَمْتُهُ بِالْحِجَارَةِ ، إِلاَّ أَنْ يَأْتِيَنِي بِأَرْبَعَةٍ يَشْهَدُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَحَلَّهَا بَعْدَ إِذْ حَرَّمَهَا.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Ömər ibn əl-Xattab xəlifə olduqda insanlara belə xitab etdi: “Allah Elçisi ﷺ müvəqqəti nikahı bizə üç dəfə icazəli etmiş, sonra isə bunu haram etmişdi. Allaha and olsun, Allah Elçisi ﷺ müvəqqəti nikahı haram etdikdən sonra halal olmasına şahidlik edən bir adam mənə dörd şahid gətirməyənə qədər, evli adamın müvəqqəti nikah etdiyini görsəm, onu mütləq daşqalaq edəcəyəm”.”

İbn Ömər
Həsən

İstinad

İbn Məcə, 1963 (Nikah, 119)

Sunən İbn Məcə — Nikaha aid fəsillər