Nikaha aid fəsillər

Nəsil qohumluğu ilə məhrəm olanlar süd əmməklə də məhrəmdir

حَدَّثَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، وَأَبُو بَكْرِ بْنُ خَلاَّدٍ ، قَالاَ : حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ جَابِرِ بْنِ زَيْدٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أُرِيدَ عَلَى ابْنَةِ حَمْزَةَ بْنِ عَبْدِ الْمُطَّلِبِ ، فَقَالَ : إِنَّهَا ابْنَةُ أَخِي مِنَ الرَّضَاعَةِ ، وَإِنَّهُ يَحْرُمُ مِنَ الرَّضَاعَةِ مَا يَحْرُمُ مِنَ النَّسَبِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisinə ﷺ Həmzə ibn Abdul-Muttalibin qızı ilə evlənmək təklif olunmuşdu. Allah Elçisi buyurdu: “Həmzənin qızı mənim süd qardaşımın qızıdır. Nəsil qohumluğu ilə məhrəm olanlar süd əmməklə də məhrəmdir”.”

İbn Abbas
Səhih

İstinad

İbn Məcə, 1938 (Nikah, 94)

Sunən İbn Məcə — Nikaha aid fəsillər