Nikaha aid fəsillər

Qadın köləni azad edib onunla evlənən kişi

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ أَبُو سَعِيدٍ الأَشَجُّ ، حَدَّثَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، عَنْ صَالِحِ بْنِ صَالِحِ بْنِ حَيٍّ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ أَبِي بُرْدَةَ ، عَنْ أَبِي مُوسَى ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ كَانَتْ لَهُ جَارِيَةٌ فَأَدَّبَهَا فَأَحْسَنَ أَدَبَهَا ، وَعَلَّمَهَا فَأَحْسَنَ تَعْلِيمَهَا ، ثُمَّ أَعْتَقَهَا وَتَزَوَّجَهَا ، فَلَهُ أَجْرَانِ ، وَأَيُّمَا رَجُلٍ مِنْ أَهْلِ الْكِتَابِ آمَنَ بِنَبِيِّهِ ، وَآمَنَ بِمُحَمَّدٍ ، فَلَهُ أَجْرَانِ ، وَأَيُّمَا عَبْدٍ مَمْلُوكٍ أَدَّى حَقَّ اللهِ عَلَيْهِ ، وَحَقَّ مَوَالِيهِ ، فَلَهُ أَجْرَانِ. قَالَ صَالِحٌ : قَالَ الشَّعْبِيُّ : قَدْ أَعْطَيْتُكَهَا بِغَيْرِ شَيْءٍ ، إِنْ كَانَ الرَّاكِبُ لَيَرْكَبُ فِيمَا دُونَهَا إِلَى الْمَدِينَةِ.

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kimin bir cariyəsi olar, onu gözəl şəkildə tərbiyə edər və gözəl şəkildə elmləndirər, sonra azad edərək onunla evlənərsə, o, ikiqat savab qazanar. Kitab əhlindən olan adam öz peyğəmbərinə və Muhəmmədə iman etdiyinə görə ikiqat savab qazanar. Bir kölə Allahın haqqı ilə bərabər ağasının haqqını da yerinə yetirərsə, o da ikiqat savab qazanar”. ...Ravi əş-Şabi dedi: “Mən bu hədisi səndən bir şey almaq üçün danışmadım. Hədis toplayan bir adam bundan daha kiçik bir hədis əldə etmək üçün miniyinə minib Mədinəyə qədər gedər”.”

Əbu Musa
Səhih

İstinad

İbn Məcə, 1956 (Nikah, 112)

Sunən İbn Məcə — Nikaha aid fəsillər