Qadının ona düşən gecəni günüsünə hədiyyə etməsi
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عُقْبَةُ بْنُ خَالِدٍ (ح) وحَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ ؛ جَمِيعًا عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : لَمَّا أَنْ كَبِرَتْ سَوْدَةُ بِنْتُ زَمْعَةَ , وَهَبَتْ يَوْمَهَا لِعَائِشَةَ ، فَكَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقْسِمُ لِعَائِشَةَ بِيَوْمِ سَوْدَةَ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Səvda bint Zəm'a yaşlandıqda ona düşən gecəni Aişəyə hədiyyə etdi. Bundan sonra Allah Elçisi ﷺ Səvdanın gecəsini Aişənin yanında keçirərdi”.”
Aişə
Səhihİstinad
İbn Məcə, 1972 (Nikah, 128)
Sunən İbn Məcə — Nikaha aid fəsillər