Evlənmək istədiyin qadına baxmaq
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا حَفْصُ بْنُ غِيَاثٍ ، عَنْ حَجَّاجٍ ، عَنْ مُحَمَّدِ بْنِ سُلَيْمَانَ ، عَنْ عَمِّهِ سَهْلِ بْنِ أَبِي حَثْمَةَ ، عَنْ مُحَمَّدِ بْنِ مَسْلَمَةَ ، قَالَ : خَطَبْتُ امْرَأَةً ، فَجَعَلْتُ أَتَخَبَّأُ لَهَا ، حَتَّى نَظَرْتُ إِلَيْهَا فِي نَخْلٍ لَهَا ، فَقِيلَ لَهُ : أَتَفْعَلُ هَذَا وَأَنْتَ صَاحِبُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ فَقَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : إِذَا أَلْقَى اللَّهُ فِي قَلْبِ امْرِئٍ خِطْبَةَ امْرَأَةٍ ، فَلاَ بَأْسَ أَنْ يَنْظُرَ إِلَيْهَا.
“Rəvayət edilir ki, Muhəmməd ibn Məsləmə ﵁ demişdir: “Bir qadınla evlənmək istədim və bir xurma bağçasında gizlincə baxmaq üçün ona nəzər saldım. Mənə deyildi: “Sən Allah Elçisinin ﷺ səhabəsi ola-ola belə şeyi necə edirsən?” Muhəmməd ibn Məsləmə dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allah bir adamın qəlbinə bir qadınla evlənmək istəyi salarsa, o adamın həmin qadına baxmasında bir müşkül yoxdur”.”
İstinad
İbn Məcə, 1864 (Nikah, 20)
Sunən İbn Məcə — Nikaha aid fəsillər