Nikaha aid fəsillər

Kişi qadının yanına daxil olduqda nə deməlidir?

حَدَّثَنَا عَمْرُو بْنُ رَافِعٍ ، حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ كُرَيْبٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : لَوْ أَنَّ أَحَدَكُمْ إِذَا أَتَى امْرَأَتَهُ ، قَالَ : اللَّهُمَّ جَنِّبْنِي الشَّيْطَانَ ، وَجَنِّبِ الشَّيْطَانَ مَا رَزَقْتَنِي ، ثُمَّ كَانَ بَيْنَهُمَا وَلَدٌ ، لَمْ يُسَلِّطِ اللَّهُ عَلَيْهِ الشَّيْطَانَ ، أَوْ لَمْ يَضُرَّهُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biriniz zövcəsi ilə cinsi yaxınlıq etmək istədikdə desin: “Allahım, məni şeytandan uzaqlaşdır, şeytanı da mənə bəxş etdiyindən uzaqlaşdır!” Belə dedikdən sonra onların övladı olarsa, Allah şeytana o uşağa toxunmağa izin verməz və ya şeytan o uşağa zərər toxundura bilməz”.”

İbn Abbas
Səhih

İstinad

İbn Məcə, 1919 (Nikah, 75)

Sunən İbn Məcə — Nikaha aid fəsillər