Nikaha aid fəsillər

Böyük uşağın süd əmməsi

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : جَاءَتْ سَهْلَةُ بِنْتُ سُهَيْلٍ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي أَرَى فِي وَجْهِ أَبِي حُذَيْفَةَ الْكَرَاهِيَةَ مِنْ دُخُولِ سَالِمٍ عَلَيَّ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَرْضِعِيهِ ، قَالَتْ : كَيْفَ أُرْضِعُهُ وَهُوَ رَجُلٌ كَبِيرٌ ؟ فَتَبَسَّمَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَقَالَ : قَدْ عَلِمْتُ أَنَّهُ رَجُلٌ كَبِيرٌ ، فَفَعَلَتْ ، فَأَتَتِ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَتْ : مَا رَأَيْتُ فِي وَجْهِ أَبِي حُذَيْفَةَ شَيْئًا أَكْرَهُهُ بَعْدُ ، وَكَانَ شَهِدَ بَدْرًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Səhlə bint Suheyl Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, (oğulluğa götürdüyümüz) Səlimin mənim yanıma gəlməsinə görə Əbu Huzeyfənin üzündəki narazılığını görürəm”. Peyğəmbər ﷺ buyurdu: “Öz südündən ona içirt”. O dedi: “Ona necə süd içirdim, axı böyük uşaqdır”. Allah Elçisi ﷺ gülümsədi və buyurdu: “Mən onun böyük uşaq olduğunu bilirəm”. Qadın onun dediyini etdikdən sonra Peyğəmbərin ﷺ yanına gəlib dedi: “(Bunu etdikdən sonra) mən Əbu Huzeyfənin üzündəki narazılığın getdiyini gördüm”. Ravi deyir: “Səlim Bədr döyüşünü görmüşdü”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 1943 (Nikah, 99)

Sunən İbn Məcə — Nikaha aid fəsillər