Nikaha aid fəsillər

Kiçik yaşlı bir kimsəni atasından başqa adamın nişanlaması

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ الدِّمَشْقِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نَافِعٍ الصَّائِغُ , حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ نَافِعٍ ، عَنْ أَبِيهِ ، عَنِ ابْنِ عُمَرَ ، أَنَّهُ حِينَ هَلَكَ عُثْمَانُ بْنُ مَظْعُونٍ , تَرَكَ ابْنَةً لَهُ ، قَالَ ابْنُ عُمَرَ : فَزَوَّجَنِيهَا خَالِي قُدَامَةُ ، وَهُوَ عَمُّهَا ، وَلَمْ يُشَاوِرْهَا ، وَذَلِكَ بَعْدَ مَا هَلَكَ أَبُوهَا ، فَكَرِهَتْ نِكَاحَهُ ، وَأَحَبَّتِ الْجَارِيَةُ أَنْ يُزَوِّجَهَا الْمُغِيرَةَ بْنَ شُعْبَةَ ، فَزَوَّجَهَا إِيَّاهُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Osman ibn Məzun vəfat edəndə özündən sonra bir qızı qalmışdı. İbn Ömər dedi: “Qızın əmisi, mənim də dayım olan Qudamə qızla məsləhətləşmədən qızı mənimlə nişanladı. Bu nişanlanma atasının ölümündən dərhal sonra baş vermişdi. Qız əmisinin etdiyi bu işi xoşlamadı, Muğira ibn Şubə ilə evləndirilməsini istədi və onunla evləndirildi.”

İbn Ömər
Həsən

İstinad

İbn Məcə, 1878 (Nikah, 34)

Sunən İbn Məcə — Nikaha aid fəsillər