Nikaha aid fəsillər

Süddən ayrıldıqdan sonra süd əmmə yoxdur

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ سُفْيَانَ ، عَنْ أَشْعَثَ بْنِ أَبِي الشَّعْثَاءِ ، عَنْ أَبِيهِ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ دَخَلَ عَلَيْهَا وَعِنْدَهَا رَجُلٌ ، فَقَالَ : مَنْ هَذَا ؟ قَالَتْ : هَذَا أَخِي ، قَالَ : انْظُرُوا مَنْ تُدْخِلْنَ عَلَيْكُنَّ ، فَإِنَّ الرَّضَاعَةَ مِنَ الْمَجَاعَةِ.

“Aişə ﵂ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ onun yanına daxil olduqda yanında bir kişini gördü və soruşdu: “Bu kimdir?” Aişə dedi: “Bu mənim qardaşımdır”. Peyğəmbər ﷺ buyurdu: “Sizin yanınıza gələn adamların kim olduğuna diqqət edin, çünki süd əmmə (ilə məhrəm sayılma) aclığı doyuracaq qədər olmalıdır”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 1945 (Nikah, 101)

Sunən İbn Məcə — Nikaha aid fəsillər