Azl etmək
حَدَّثَنَا أَبُو مَرْوَانَ مُحَمَّدُ بْنُ عُثْمَانَ الْعُثْمَانِيُّ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ , حَدَّثَنِي عُبَيْدُ اللهِ بْنُ عَبْدِ اللهِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : سَأَلَ رَجُلٌ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الْعَزْلِ ، فَقَالَ : أَوَتَفْعَلُونَ ؟ لاَ عَلَيْكُمْ أَنْ لاَ تَفْعَلُوا ، فَإِنَّهُ لَيْسَ نَسَمَةٌ قَضَى اللَّهُ لَهَا أَنْ تَكُونَ ، إِلاَّ هِيَ كَائِنَةٌ.
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Bir kişi Allah Elçisindən ﷺ azl etmək haqda soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Siz belə edirsinizmi? Azl etmənin sizə zərəri yoxdur, çünki Allahın təqdir etdiyi hər canlı mütləq yaradılacaqdır”.”
İstinad
İbn Məcə, 1926 (Nikah, 82)
Sunən İbn Məcə — Nikaha aid fəsillər