Saça əlavə saç qoymaq və döymə döydürmək
حَدَّثَنَا أَبُو عُمَرَ حَفْصُ بْنُ عَمْرٍو ، وَعَبْدُ الرَّحْمَنِ بْنُ عُمَرَ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : لَعَنَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْوَاشِمَاتِ ، وَالْمُسْتَوْشِمَاتِ ، وَالْمُتَنَمِّصَاتِ ، وَالْمُتَفَلِّجَاتِ لِلْحُسْنِ ، الْمُغَيِّرَاتِ لِخَلْقِ اللهِ ، فَبَلَغَ ذَلِكَ امْرَأَةً مِنْ بَنِي أَسَدٍ ، يُقَالُ لَهَا : أُمُّ يَعْقُوبَ ، فَجَاءَتْ إِلَيْهِ ، فَقَالَتْ : بَلَغَنِي عَنْكَ أَنَّكَ قُلْتَ : كَيْتَ وَكَيْتَ ، قَالَ : وَمَا لِي لاَ أَلْعَنُ مَنْ لَعَنَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَهُوَ فِي كِتَابِ اللهِ ؟! قَالَتْ : إِنِّي لأَقْرَأُ مَا بَيْنَ لَوْحَيْهِ فَمَا وَجَدْتُهُ ، قَالَ : إِنْ كُنْتِ قَرَأْتِهِ فَقَدْ وَجَدْتِهِ ، أَمَا قَرَأْتِ : {وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا} ، قَالَتْ : بَلَى ، قَالَ : فَإِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَدْ نَهَى عَنْهُ ، قَالَتْ : فَإِنِّي لأَظُنُّ أَهْلَكَ يَفْعَلُونَ ، قَالَ : اذْهَبِي فَانْظُرِي ، فَذَهَبَتْ فَنَظَرَتْ , فَلَمْ تَرَ مِنْ حَاجَتِهَا شَيْئًا ، قَالَتْ : مَا رَأَيْتُ شَيْئًا ، قَالَ عَبْدُ اللهِ : لَوْ كَانَتْ كَمَا تَقُولِينَ مَا جَامَعَتْنَا.
“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah döymə döyəni və döydürəni, qaş aldıranı, gözəllik üçün Allahın yaratdığını dəyişərək dişlərini aralayanı lənətləmişdir”. Bu xəbər Bəni Əsəd qəbiləsindən olan Ummu Yaqub adlanan bir qadına çatdı. O, İbn Məsudun yanına gələrək belə dedi: “Sənin belə şeylər deməyin mənə çatdı, bu doğrudurmu?” Abdullah dedi: “Nə üçün Allah Elçisinin ﷺ lənətlədiyini lənətləməli deyiləm ki?! Həm də bu, Allahın Kitabında belədir”. Qadın dedi: “Mən bu iki üz qabığı arasında olanı (Quranı) oxumuşam, lakin buna rast gəlməmişəm”. Abdullah dedi: “Əgər sən onu oxusaydın, ona rast gələrdin. Bu ayəni: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin” (əl-Həşr, 7) oxumamısanmı?” Qadın dedi: “Bəli, mən bu ayəni oxumuşam”. İbn Məsud dedi: “Allah Elçisi ﷺ bu dediklərimi qadağan etmişdir”. Qadın dedi: “Mən sənin ailənin bu şeyləri etdiyini zənn edirəm”. Abdullah ona: “Get, bax!”- dedi. Qadın Abdullanın zövcəsinin yanına daxil oldu və heç bir şey görmədi. Sonra onun yanına qayıdaraq dedi: “Bir şey görmədim!” Abdullah da: “Əgər dediyin kimi olsaydı, biz onunla bir yerdə olmazdıq”- dedi.”
İstinad
İbn Məcə, 1989 (Nikah, 145)
Sunən İbn Məcə — Nikaha aid fəsillər