Nikaha aid fəsillər

Toyda şeir demək və dəf çalmaq

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : دَخَلَ عَلَيَّ أَبُو بَكْرٍ ، وَعِنْدِي جَارِيَتَانِ مِنْ جَوَارِي الأَنْصَارِ تُغَنِّيَانِ بِمَا تَقَاوَلَتْ بِهِ الأَنْصَارُ فِي يَوْمِ بُعَاثٍ ، قَالَتْ : وَلَيْسَتَا بِمُغَنِّيَتَيْنِ ، فَقَالَ أَبُو بَكْرٍ : أَبِمَزْمُورِ الشَّيْطَانِ فِي بَيْتِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ وَذَلِكَ فِي يَوْمِ عِيدِ الْفِطْرِ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَا أَبَا بَكْرٍ ، إِنَّ لِكُلِّ قَوْمٍ عِيدًا ، وَهَذَا عِيدُنَا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Əbu Bəkr mənim yanıma gəldi. Mənim yanımda ənsardan olan iki qız var idi. Onlar Buas döyüşü haqda ənsarın bir-birinə dediyi sözləri deyib nəğmə oxuyurdular. Bu iki qız müğənni deyildilər. Əbu Bəkr dedi: “Peyğəmbərin ﷺ evində şeytanın nəğməsi oxunur?” Bu hadisə Ramazan bayramı günü olmuşdu. Peyğəmbər ﷺ isə buyurdu: “Hər qövmün öz bayramı var. Bu da bizim bayramdır”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 1898 (Nikah, 54)

Sunən İbn Məcə — Nikaha aid fəsillər