Toyda şeir demək və dəf çalmaq
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ أَبِي الْحُسَيْنِ اسْمُهُ : الْمَدَنِيُّ ، قَالَ : كُنَّا بِالْمَدِينَةِ يَوْمَ عَاشُورَاءَ ، وَالْجَوَارِي يَضْرِبْنَ بِالدَّفِّ وَيَتَغَنَّيْنَ ، فَدَخَلْنَا عَلَى الرُّبَيِّعِ بِنْتِ مُعَوِّذٍ ، فَذَكَرْنَا ذَلِكَ لَهَا ، فَقَالَتْ : دَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَبِيحَةَ عُرْسِي ، وَعِنْدِي جَارِيَتَانِ يَتَغَنَّيَانِ ، وَتَنْدُبَانِ آبَائِي الَّذِينَ قُتِلُوا يَوْمَ بَدْرٍ ، وَتَقُولاَنِ فِيمَا تَقُولاَنِ : وَفِينَا نَبِيٌّ يَعْلَمُ مَا فِي غَدِ ، فَقَالَ : أَمَّا هَذَا فَلاَ تَقُولُوهُ ، مَا يَعْلَمُ مَا فِي غَدٍ إِلاَّ اللَّهُ.
“Rəvayət edilir ki, Əbul-Hüseyn əl-Mədəni ﵀ demişdir: “Biz Aşura günü Mədinədə idik. Azyaşlı qızlar dəflə nəğmələr deyirdilər. Biz Rubeyyi bint Muavvizin yanına gəldik və ona bu olanları danışdıqda o belə dedi: “Allah Elçisi ﷺ toyumun olduğu gün mənim yanıma gəldi. Mənim yanımda Bədr döyüşündə öldürülən atalarımızı xatırlayaraq dəf çalıb nəğmə deyən iki qız var idi. Onlar: “Aramızda sabah nə olacağını bilən bir Peyğəmbər var”- deyirdilər. Belə olduqda Peyğəmbər ﷺ buyurdu: “Bu sözü deməyin, çünki sabah nə baş verəcəyini Allahdan başqa heç kim bilməz”.”
İstinad
İbn Məcə, 1897 (Nikah, 53)
Sunən İbn Məcə — Nikaha aid fəsillər