Nikaha aid fəsillər

Ən üstün qadınlar

حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ بْنِ سَمُرَةَ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ أَبِيهِ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ ثَوْبَانَ ، قَالَ : لَمَّا نَزَلَ فِي الْفِضَّةِ وَالذَّهَبِ مَا نَزَلَ ، قَالُوا : فَأَيَّ الْمَالِ نَتَّخِذُ ؟ قَالَ عُمَرُ : فَأَنَا أَعْلَمُ لَكُمْ ذَلِكَ ، فَأَوْضَعَ عَلَى بَعِيرِهِ ، فَأَدْرَكَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَأَنَا فِي أَثَرِهِ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَيَّ الْمَالِ نَتَّخِذُ ؟ فَقَالَ : لِيَتَّخِذْ أَحَدُكُمْ قَلْبًا شَاكِرًا ، وَلِسَانًا ذَاكِرًا ، وَزَوْجَةً مُؤْمِنَةً ، تُعِينُ أَحَدَكُمْ عَلَى أَمْرِ الآخِرَةِ.

“Rəvayət edilir ki, Səvban ﵁ demişdir: “Gümüş və qızıl haqda ayə (ət-Tövbə, 35-36) nazil olduqda dedilər: “Bəs hansı malı toplaya bilərik?” Ömər: “Mən bunu soruşub sizə xəbər verəcəyəm”- deyib dəvəsini irəli sürərək Peyğəmbərə ﷺ çatdı. Mən onun ardı ilə gedirdim. Ömər dedi: “Ey Allahın Elçisi, hansı malı toplaya bilərik?” Peyğəmbər ﷺ buyurdu: “Şükür edən qəlbə, zikr edən dilə və Axirət işlərində yardımçı olan möminə bir qadına sahib olun”.”

Səvban
Səhih

İstinad

İbn Məcə, 1856 (Nikah, 12)

Sunən İbn Məcə — Nikaha aid fəsillər