Qısqanclıq
حَدَّثَنَا عِيسَى بْنُ حَمَّادٍ الْمِصْرِيُّ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي مُلَيْكَةَ ، عَنِ الْمِسْوَرِ بْنِ مَخْرَمَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَهُوَ عَلَى الْمِنْبَرِ يَقُولُ : إِنَّ بَنِي هِشَامِ بْنِ الْمُغِيرَةِ اسْتَأْذَنُونِي أَنْ يُنْكِحُوا ابْنَتَهُمْ عَلِيَّ بْنَ أَبِي طَالِبٍ ، فَلاَ آذَنُ لَهُمْ ، ثُمَّ لاَ آذَنُ لَهُمْ ، ثُمَّ لاَ آذَنُ لَهُمْ ، إِلاَّ أَنْ يُرِيدَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ أَنْ يُطَلِّقَ ابْنَتِي وَيَنْكِحَ ابْنَتَهُمْ ، فَإِنَّمَا هِيَ بَضْعَةٌ مِنِّي ، يَرِيبُنِي مَا رَابَهَا ، وَيُؤْذِينِي مَا آذَاهَا.
“Rəvayət edilir ki, Misvər ibn Məxramə ﵁ demişdir: “Allah Elçisi ﷺ minbərdə olarkən onun belə dediyini eşitdim: “Bəni Hişam ibn əl-Muğira tayfası öz qızlarını Əli ibn Əbu Talib ilə evləndirmək üçün məndən izin istədilər. Ancaq mən onlara izin verməyəcəyəm. Sonra da izin verməyəcəyəm. Sonra da izin verməyəcəyəm. Yalnız Əli ibn Əbu Talib mənim qızımı boşayıb onların qızı ilə evlənmək istəsə, izin verəcəyəm, çünki qızım mənim bir parçamdır. Onu narahat edən şey məni də narahat edir. Ona əziyyət verən şey mənə də əziyyət verir”.”
İstinad
İbn Məcə, 1998 (Nikah, 154)
Sunən İbn Məcə — Nikaha aid fəsillər