Evlənmək istədiyin qadına baxmaq
حَدَّثَنَا الْحَسَنُ بْنُ أَبِي الرَّبِيعِ ، أَخْبَرَنَا عَبْدُ الرَّزَّاقِ ، عَنْ مَعْمَرٍ ، عَنْ ثَابِتٍ الْبُنَانِيِّ ، عَنْ بَكْرِ بْنِ عَبْدِ اللهِ الْمُزَنِيِّ ، عَنِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ ، قَالَ : أَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَذَكَرْتُ لَهُ امْرَأَةً أَخْطُبُهَا ، فَقَالَ : اذْهَبْ فَانْظُرْ إِلَيْهَا ، فَإِنَّهُ أَجْدَرُ أَنْ يُؤْدَمَ بَيْنَكُمَا ، فَأَتَيْتُ امْرَأَةً مِنَ الأَنْصَارِ ، فَخَطَبْتُهَا إِلَى أَبَوَيْهَا ، وَأَخْبَرْتُهُمَا بِقَوْلِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَكَأَنَّهُمَا كَرِهَا ذَلِكَ ، قَالَ : فَسَمِعَتْ ذَلِكَ الْمَرْأَةُ ، وَهِيَ فِي خِدْرِهَا ، فَقَالَتْ : إِنْ كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَمَرَكَ أَنْ تَنْظُرَ ، فَانْظُرْ ، وَإِلاَّ فَأَنْشُدُكَ ، كَأَنَّهَا أَعْظَمَتْ ذَلِكَ ، قَالَ : فَنَظَرْتُ إِلَيْهَا فَتَزَوَّجْتُهَا ، فَذَكَرَ مِنْ مُوَافَقَتِهَا.
“Rəvayət edilir ki, Muğira ibn Şubə ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ yanına gəlib evlənmək istədiyim bir qız haqda ona danışdım. Peyğəmbər ﷺ buyurdu: “Get, ona bax, çünki ona baxmağın aranızdakı məhəbbət üçün daha uyğundur”. Sonra ənsardan olan bir qadınla evlənmək üçün valideynlərinin yanına gedib onlarla danışdım və Peyğəmbərin ﷺ o qıza baxmaqla əlaqəli sözlərini onlara dedim. Lakin onlar bunu yaxşı qarşılamadılar. Qız pərdənin o biri tərəfində olduğu halda danışığı eşitdi və dedi: “Əgər Allah Elçisi ﷺ sənin mənə baxmağını əmr etmişdirsə, mənə bax, yox, belə bir əmr yoxdursa, sənin mənə baxmağını istəmirəm”. Muğira: “Beləliklə, həmin qız ona baxmağımı istədi, mən də ona baxıb onunla evləndim”- deyərək aralarında olan uyğunluqdan danışdı.”
İstinad
İbn Məcə, 1866 (Nikah, 22)
Sunən İbn Məcə — Nikaha aid fəsillər