Nikahın fəziləti haqda nə rəvayət edilib?
حَدَّثَنَا أَحْمَدُ بْنُ الأَزْهَرِ ، حَدَّثَنَا آدَمُ ، حَدَّثَنَا عِيسَى بْنُ مَيْمُونٍ ، عَنِ الْقَاسِمِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : النِّكَاحُ مِنْ سُنَّتِي ، فَمَنْ لَمْ يَعْمَلْ بِسُنَّتِي , فَلَيْسَ مِنِّي ، وَتَزَوَّجُوا ، فَإِنِّي مُكَاثِرٌ بِكُمُ الأُمَمَ ، وَمَنْ كَانَ ذَا طَوْلٍ فَلْيَنْكِحْ ، وَمَنْ لَمْ يَجِدْ فَعَلَيْهِ بِالصِّيَامِ ، فَإِنَّ الصَّوْمَ لَهُ وِجَاءٌ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Nikah etmək mənim sünnəmdir. Kim sünnəmdən üz çevirərsə, məndən deyil. Evlənin! Mən ümmətimin çoxluğu ilə öyünəcəyəm. Kimin evlənməyə imkanı çatırsa, evlənsin. Evlənməyə imkanı olmayan isə oruc tutsun, çünki oruc tutmaq şəhvət hissini söndürür”.”
İstinad
İbn Məcə, 1846 (Nikah, 2)
Sunən İbn Məcə — Nikaha aid fəsillər