Nikaha aid fəsillər

Nikahın fəziləti haqda nə rəvayət edilib?

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ عَامِرِ بْنِ زُرَارَةَ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ بْنِ قَيْسٍ ، قَالَ : كُنْتُ مَعَ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ بِمِنًى ، فَخَلاَ بِهِ عُثْمَانُ , فَجَلَسْتُ قَرِيبًا ، فَقَالَ لَهُ عُثْمَانُ : هَلْ لَكَ أَنْ أُزَوِّجَكَ جَارِيَةً بِكْرًا , تُذَكِّرُكَ مِنْ نَفْسِكَ بَعْضَ مَا قَدْ مَضَى ؟ فَلَمَّا رَأَى عَبْدُ اللهِ أَنَّهُ لَيْسَ لَهُ حَاجَةٌ سِوَى هَذَا ، أَشَارَ إِلَيَّ بِيَدِهِ ، فَجِئْتُ وَهُوَ يَقُولُ : لَئِنْ قُلْتَ ذَلِكَ ، لَقَدْ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يَا مَعْشَرَ الشَّبَابِ ، مَنِ اسْتَطَاعَ مِنْكُمُ الْبَاءَةَ فَلْيَتَزَوَّجْ ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ ، وَأَحْصَنُ لِلْفَرْجِ ، وَمَنْ لَمْ يَسْتَطِعْ ، فَعَلَيْهِ بِالصَّوْمِ ، فَإِنَّهُ لَهُ وِجَاءٌ.

“Rəvayət edilir ki, Alqamə ibn Qeys ﵀ demişdir: “Abdullah ibn Məsud Minada olanda mən də onunla birlikdə idim. Osman onunla görüşdükdə mən onların yaxınlığında oturmuşdum. Osman ona dedi: “Səni cavanlığını sənə xatırladacaq bakirə qızla evləndirməyimə nə deyirsən?” Abdullah Osmanın bu sözdən başqa heç nə deməyəcəyini anladıqda belə bir şeyə ehtiyac duymadığını bildirdi və mənə əli ilə işarə etdi. Mən də onların yanına yaxınlaşdım. Abdullah dedi: “Sən belə deyirsən, elə deyilmi? Amma Allah Elçisi ﷺ belə buyurmuşdu: “Ey cavanlar! Kimin evlənməyə imkanı çatırsa, evlənsin, çünki evlənmək gözü və cinsiyyət üzvünü haramdan qoruyur. Evlənməyə imkanı olmayan isə oruc tutsun, çünki oruc tutmaq şəhvət hissini söndürür”.”

Alqamə ibn Qeys
Səhih

İstinad

İbn Məcə, 1845 (Nikah, 1)

Sunən İbn Məcə — Nikaha aid fəsillər