Oğlan uşağının süd əmməsi
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : أَتَانِي عَمِّي مِنَ الرَّضَاعَةِ أَفْلَحُ بْنُ أَبِي قُعَيْسٍ يَسْتَأْذِنُ عَلَيَّ بَعْدَ مَا ضُرِبَ الْحِجَابُ ، فَأَبَيْتُ أَنْ آذَنَ لَهُ ، حَتَّى دَخَلَ عَلَيَّ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : إِنَّهُ عَمُّكِ ، فَأْذَنِي لَهُ ، فَقُلْتُ : إِنَّمَا أَرْضَعَتْنِي الْمَرْأَةُ ، وَلَمْ يُرْضِعْنِي الرَّجُلُ ، قَالَ : تَرِبَتْ يَدَاكِ ، أَوْ يَمِينُكِ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Süd əmim Əfləh ibn Əbu Quays hicabın vacibliyi ayəsi nazil olandan sonra yanıma gəlmək üçün izin istədi. Mən də Peyğəmbər ﷺ gələnədək ona evə daxil olmağa izin vermədim. Peyğəmbər ﷺ gəldikdə belə buyurdu: “O sənin süd əmindir. Onun daxil olmasına izin ver!” Mən dedim: “Məni kişi yox, qadın əmizdirib”. Peyğəmbər ﷺ də (məni məzəmmət edərək): “Əllərin torpağa batsın!” və ya “Sağ əlin torpağa batsın!”- dedi”.”
İstinad
İbn Məcə, 1948 (Nikah, 104)
Sunən İbn Məcə — Nikaha aid fəsillər