Nikaha aid fəsillər

Ataların kiçik qızlarını evləndirməsi

حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : تَزَوَّجَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَأَنَا بِنْتُ سِتِّ سِنِينَ ، فَقَدِمْنَا الْمَدِينَةَ ، فَنَزَلْنَا فِي بَنِي الْحَارِثِ بْنِ الْخَزْرَجِ ، فَوُعِكْتُ ، فَتَمَرَّقَ شَعَرِي , حَتَّى وَفَى لِي جُمَيْمَةً ، فَأَتَتْنِي أُمِّي أُمُّ رُومَانَ ، وَإِنِّي لَفِي أُرْجُوحَةٍ , وَمَعِي صَوَاحِبَاتٌ لِي ، فَصَرَخَتْ بِي ، فَأَتَيْتُهَا وَمَا أَدْرِي مَا تُرِيدُ ، فَأَخَذَتْ بِيَدِي , فَأَوْقَفَتْنِي عَلَى بَابِ الدَّارِ ، وَإِنِّي لأَنْهَجُ , حَتَّى سَكَنَ بَعْضُ نَفَسِي ، ثُمَّ أَخَذَتْ شَيْئًا مِنْ مَاءٍ , فَمَسَحَتْ بِهِ عَلَى وَجْهِي وَرَأْسِي ، ثُمَّ أَدْخَلَتْنِي الدَّارَ ، فَإِذَا نِسْوَةٌ مِنَ الأَنْصَارِ فِي بَيْتٍ ، فَقُلْنَ : عَلَى الْخَيْرِ وَالْبَرَكَةِ ، وَعَلَى خَيْرِ طَائِرٍ ، فَأَسْلَمَتْنِي إِلَيْهِنَّ ، فَأَصْلَحْنَ مِنْ شَأْنِي ، فَلَمْ يَرُعْنِي إِلاَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ضُحًى ، فَأَسْلَمَتْنِي إِلَيْهِ , وَأَنَا يَوْمَئِذٍ بِنْتُ تِسْعِ سِنِينَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mənım altı yaşım olanda Allah Elçisi ﷺ ilə nişanlandım. Sonra biz Mədinəyə hicrət edib Bəni Hərisə ibn əl-Xəzrəc tayfasının evində qonaq qaldıq. Bu arada mən qızdırma xəstəliyinə tutuldum və saçlarım töküldü. Sağalandan sonra saçlarım gurlaşıb yerinə gəldi və çiyinlərimə töküldü. Mən yoldaşlarımla oynayarkən anam Ummu Ruman gəldi, məni çağırdı. Mən də onun yanına gəldim, lakin onun nə istədiyini bilmirdim. Əlimdən tutdu, yeridik və evin qapısının önündə məni dayandırdı. Mənim ürəyim tez-tez döyünməyə başladı. Rahatlaşana qədər məni orada saxladı, sonra bir az su götürərək üzümü və başımı su ilə sığalladı. Sonra məni evə qoydu. Evdə bir dəstə ənsarlı qadın var idi. Onlar dedilər: “Sən xeyir və bərəkət üzərindəsən. Ən xeyirli qismət sənin imiş”. Anam məni onlara verdi. Onlar da məni bəzədilər. O vaxta qədər heç bir narahatlıq keçirmədim, ancaq Duha vaxtı Allah Elçisini ﷺ gördükdə sıxılmağa başladım. Qadınlar məni Allah Elçisinə ﷺ təhvil verdilər. O gün mən doqquz yaşlı qız idim”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 1876 (Nikah, 32)

Sunən İbn Məcə — Nikaha aid fəsillər