“Hullə” edən və etdirən
حَدَّثَنَا يَحْيَى بْنُ عُثْمَانَ بْنِ صَالِحٍ الْمِصْرِيُّ ، حَدَّثَنَا أَبِي ، سَمِعْتُ اللَّيْثَ بْنَ سَعْدٍ يَقُولُ : قَالَ لِي أَبُو مُصْعَبٍ مِشْرَحُ بْنُ هَاعَانَ : قَالَ عُقْبَةُ بْنُ عَامِرٍ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَلاَ أُخْبِرُكُمْ بِالتَّيْسِ الْمُسْتَعَارِ ، قَالُوا : بَلَى ، يَا رَسُولَ اللهِ ، قَالَ : هُوَ الْمُحَلِّلُ ، لَعَنَ اللَّهُ الْمُحَلِّلَ ، وَالْمُحَلَّلَ لَهُ.
“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizə kirayə keçinin nə olduğunu bildirimmi?” Səhabələr dedilər: “Bəli, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “Bu, halal edəndir. Allah hullə edənə (bir qadının əvvəlki ərinə halal olması üçün onunla evlənənə) və hullə etdirənə (bu işi özü üçün elətdirənə) lənət etmişdir”.”
İstinad
İbn Məcə, 1936 (Nikah, 92)
Sunən İbn Məcə — Nikaha aid fəsillər