Nikaha aid fəsillər

Qadınlara verilən mehrin miqdarı

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا عَبْدُ الْعَزِيزِ الدَّرَاوَرْدِيُّ ، عَنْ يَزِيدَ بْنِ عَبْدِ اللهِ بْنِ الْهَادِ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ أَبِي سَلَمَةَ ، قَالَ : سَأَلْتُ عَائِشَةَ : كَمْ كَانَ صَدَاقُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ قَالَتْ : كَانَ صَدَاقُهُ فِي أَزْوَاجِهِ اثْنَتَيْ عَشْرَةَ أُوقِيَّةً وَنَشًّا ، هَلْ تَدْرِي مَا النَّشُّ ؟ هُوَ نِصْفُ أُوقِيَّةٍ ، وَذَلِكَ خَمْسُ مِئَةِ دِرْهَمٍ.

“Rəvayət edilir ki, Əbu Sələmə ﵀ demişdir: “Mən Aişədən soruşdum: “Peyğəmbər ﷺ mehri nə miqdar olaraq təyin edirdi?” Aişə dedi: “Onun zövcələrinə verdiyi mehr on iki uqiyə və bir “nəşş” idi. Nəşşin nə olduğunu bilirsinizmi? Bu, bir uqiyənin yarısına – beş yüz dirhəm gümüşə bərabərdir”.”

Əbu Sələmə
Səhih

İstinad

İbn Məcə, 1886 (Nikah, 42)

Sunən İbn Məcə — Nikaha aid fəsillər