“əş-Şiğar” nikahının qadağan olunması
حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ ، عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الشِّغَارِ. وَالشِّغَارُ : أَنْ يَقُولَ الرَّجُلُ لِلرَّجُلِ : زَوِّجْنِي ابْنَتَكَ أَوْ زَوِّجْنِي أُخْتَكَ ، عَلَى أَنْ أُزَوِّجَكَ ابْنَتِي أَوْ أُخْتِي ، وَلَيْسَ بَيْنَهُمَا صَدَاقٌ.
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ əş-Şiğar nikahını qadağan etdi”. “əş-Şiğar” - bir kişinin başqa kişiyə belə deməsidir: “Aramızda heç bir mehr olmadan sən qızını və ya bacını mənimlə, mən də qızımı və ya bacımı səninlə evləndirək”.”
İbn Ömər
Səhihİstinad
İbn Məcə, 1883 (Nikah, 39)
Sunən İbn Məcə — Nikaha aid fəsillər