Toy ziyafəti
حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، حَدَّثَنَا ثَابِتٌ الْبُنَانِيُّ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ رَأَى عَلَى عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ أَثَرَ صُفْرَةٍ ، فَقَالَ : مَا هَذَا ؟ أَوْ مَهْ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي تَزَوَّجْتُ امْرَأَةً عَلَى وَزْنِ نَوَاةٍ مِنْ ذَهَبٍ ، فَقَالَ : بَارَكَ اللَّهُ لَكَ ، أَوْلِمْ وَلَوْ بِشَاةٍ.
“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ Abdur-Rahmən ibn Aufun üzərində evlənənin sürtdüyü ətirin izini görüb dedi: “Bu nədir?” Abdur-Rahmən dedi: “Ey Allahın Elçisi, bir tum ağırlığında qızıl mehr qarşılığında bir qadınla evləndim”. Peyğəmbər ﷺ buyurdu: “Allah sənin üçün mübarək eləsin! Bir qoyun olsa belə, kəsib qonaqlıq ver”.”
İstinad
İbn Məcə, 1907 (Nikah, 63)
Sunən İbn Məcə — Nikaha aid fəsillər