Boşanmaya aid fəsillər

Sünnə olan boşanma

حَدَّثَنَا عَلِيُّ بْنُ مَيْمُونٍ الرَّقِّيُّ ، حَدَّثَنَا حَفْصُ بْنُ غِيَاثٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : فِي طَلاَقِ السُّنَّةِ : يُطَلِّقُهَا عِنْدَ كُلِّ طُهْرٍ تَطْلِيقَةً ، فَإِذَا طَهُرَتِ الثَّالِثَةَ ، طَلَّقَهَا ، وَعَلَيْهَا بَعْدَ ذَلِكَ حَيْضَةٌ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Sünnə olan boşanma belədir: hər dəfə qadın heyzdən təmizləndikdə onunla cinsi yaxınlıq etmədən ərinin onu boşamasıdır. Üçüncü dəfə qadın təmizləndikdən sonra əri onu boşamış sayılır. Bu son təmizlənmədən sonra qadın bir heyz müddəti gözlədikdən sonra tam boşanmış sayılır”.”

Abdullah
Səhih

İstinad

İbn Məcə, 2021 (Talaq, 6)

Sunən İbn Məcə — Boşanmaya aid fəsillər