حَدَّثَنَا أَبُو مَرْوَانَ مُحَمَّدُ بْنُ عُثْمَانَ الْعُثْمَانِيُّ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ السَّاعِدِيِّ ، قَالَ : جَاءَ عُوَيْمِرٌ إِلَى عَاصِمِ بْنِ عَدِيٍّ ، فَقَالَ : سَلْ لِي رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أَرَأَيْتَ رَجُلاً وَجَدَ مَعَ امْرَأَتِهِ رَجُلاً فَقَتَلَهُ ، أَيُقْتَلُ بِهِ ؟ أَمْ كَيْفَ يَصْنَعُ ؟ فَسَأَلَ عَاصِمٌ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنْ ذَلِكَ ، فَعَابَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ المَسَائِلَ ، ثُمَّ لَقِيَهُ عُوَيْمِرٌ , فَسَأَلَهُ ، فَقَالَ : مَا صَنَعْتَ ؟ فَقَالَ : صَنَعْتُ أَنَّكَ لَمْ تَأْتِنِي بِخَيْرٍ ، سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَعَابَ المَسَائِلَ ، فَقَالَ عُوَيْمِرٌ : وَاللَّهِ لآتِيَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَلأَسْأَلَنَّهُ ، فَأَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَوَجَدَهُ قَدْ أُنْزِلَ عَلَيْهِ فِيهِمَا ، فَلاَعَنَ بَيْنَهُمَا ، فَقَالَ عُوَيْمِرٌ : وَاللَّهِ ، لَئِنِ انْطَلَقْتُ بِهَا يَا رَسُولَ اللهِ ، لَقَدْ كَذَبْتُ عَلَيْهَا ، قَالَ : فَفَارَقَهَا قَبْلَ أَنْ يَأْمُرَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَصَارَتْ سُنَّةً فِي الْمُتَلاَعِنَيْنِ. ثُمَّ قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : انْظُرُوهَا ، فَإِنْ جَاءَتْ بِهِ أَسْحَمَ أَدْعَجَ الْعَيْنَيْنِ ، عَظِيمَ الأَلْيَتَيْنِ ، فَلاَ أُرَاهُ إِلاَّ قَدْ صَدَقَ عَلَيْهَا ، وَإِنْ جَاءَتْ بِهِ أُحَيْمِرَ ، كَأَنَّهُ وَحَرَةٌ ، فَلاَ أُرَاهُ إِلاَّ كَاذِبًا ، قَالَ : فَجَاءَتْ بِهِ عَلَى النَّعْتِ الْمَكْرُوهِ.
“Rəvayət edilir ki, Səhl ibn Səd əs-Səidi ﵁ demişdir: “Bir dəfə Uveymir (Bəni Aclan tayfasının başçısı) Asim ibn Adiyin yanına gəlib dedi: “Allah Elçisindən ﷺ soruş ki, bir kişi zövcəsini başqa bir kişi ilə (cinsi əlaqədə olarkən) görsə və o kişini öldürsə, o, qisas olaraq öldürülürmü? Yoxsa bunun başqa bir yolu var?” Asim Allah Elçisindən ﷺ bu haqda soruşdu, lakin bu suallar Peyğəmbərin ﷺ xoşuna gəlmədi, bunu ayıb hesab etdi. Uveymir bunun cavabını Asimdən: “Nə etdin?”, - deyə soruşduqda, o dedi: “Sən belə sual verdirməklə yaxşı şey etmədin. Allah Elçisinə ﷺ sual verdikdə bu, xoşuna gəlmədi və o bunu ayıb hesab etdi”. Uveymir dedi: “Vallahi, gedib özüm bu barədə Allah Elçisindən ﷺ soruşacağam!” Sonra Uveymir Allah Elçisinin ﷺ yanına gəldi və gördü ki, artıq onun haqqında ayə nazil olub. Onlar arasında lənətləşmə oldu. Uveymir: “Vallahi, əgər mən onunla yaşamağa davam etsəm, ey Allahın Elçisi, ona zülm etmiş olaram”– dedi və onu boşadı. Allah Elçisi ﷺ Uveymirə zövcəsini boşamağı əmr etməzdən əvvəl Uveymir özü zövcəsini boşadı. Bundan sonra bu hökm sünnə olaraq hər bir lənətləşən ər-arvada tətbiq olundu. Sonra Peyğəmbər ﷺ buyurdu: “O qadına nəzarət edin! Fikir verin, əgər doğulacaq uşaq qaradərili, qaragözlü və iri yanlı olarsa, mən Uveymirin o qadının əleyhinə dediyinin həqiqət olduğunu hesab edərəm. Yox, əgər uşaq qırmızıdərili, cılız doğulmuş olarsa, o, zövcəsinə böhtan və iftira atmışdır”. (Vaxtı yetişdikdə) qadın Peyğəmbərin ﷺ zina ilə vəsf etdiyi şəkildə bir uşaq dünyaya gətirdi”.”