Ərdə olan cariyə azad edilərsə, nikahını davam etdirib-etdirməməsi öz ixtiyarındadır
حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ خَلاَّدٍ الْبَاهِلِيُّ ، قَالاَ : حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ الثَّقَفِيُّ ، حَدَّثَنَا خَالِدٌ الْحَذَّاءُ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : كَانَ زَوْجُ بَرِيرَةَ عَبْدًا ، يُقَالُ لَهُ : مُغِيثٌ ، كَأَنِّي أَنْظُرُ إِلَيْهِ يَطُوفُ خَلْفَهَا وَيَبْكِي ، وَدُمُوعُهُ تَسِيلُ عَلَى خَدِّهِ ، فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِلْعَبَّاسِ : يَا عَبَّاسُ ، أَلاَ تَعْجَبُ مِنْ حُبِّ مُغِيثٍ بَرِيرَةَ ، وَمِنْ بُغْضِ بَرِيرَةَ مُغِيثًا ؟ فَقَالَ لَهَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَوْ رَاجَعْتِيهِ ، فَإِنَّهُ أَبُو وَلَدِكِ , قَالَتْ : يَا رَسُولَ اللهِ ، تَأْمُرُنِي ؟ قَالَ : إِنَّمَا أَشْفَعُ ، قَالَتْ : لاَ حَاجَةَ لِي فِيهِ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bəriranın əri Muğis adlı bir kölə idi. Bərira köləlikdən azad olunduqda əri Muğis göz yaşı tökərək onun ətrafında olardı. Peyğəmbər ﷺ Abbasa dedi: “Ey Abbas! Muğisin Bəriraya olan məhəbbəti, Bəriranın da Muğisa olan nifrəti səni təəccübləndirmirmi?” Peyğəmbər ﷺ Bəriraya dedi: “(Muğisin) yanına qayıtsan yaxşı olar, axı o sənin uşaqlarının atasıdır”. Bərira dedi: “Ey Allahın Elçisi, bunu mənə əmr edirsənmi?” Peyğəmbər ﷺ dedi: “Sadəcə nəsihət edirəm”. Bərira dedi: “Xeyr, mənim ona ehtiyacım yoxdur”.”
İstinad
İbn Məcə, 2075 (Talaq, 60)
Sunən İbn Məcə — Boşanmaya aid fəsillər