Boşanmaya aid fəsillər

Ərdə olan cariyə azad edilərsə, nikahını davam etdirib-etdirməməsi öz ixtiyarındadır

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ ، عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : مَضَى فِي بَرِيرَةَ ثَلاَثُ سُنَنٍ : خُيِّرَتْ حِينَ أُعْتِقَتْ , وَكَانَ زَوْجُهَا مَمْلُوكًا ، وَكَانُوا يَتَصَدَّقُونَ عَلَيْهَا فَتُهْدِي إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَيَقُولُ : هُوَ عَلَيْهَا صَدَقَةٌ ، وَهُوَ لَنَا هَدِيَّةٌ , وَقَالَ : الْوَلاَءُ لِمَنْ أَعْتَقَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bərira haqqında üç hökm tamamlanmışdır: o, köləlikdən azad edildikdə ərinin kölə olmasına görə boşanıb-boşanmamasında ixtiyar sahibi olması; səhabələr Bəriraya sədəqə verərdilər, o da bu sədəqədən Peyğəmbərə ﷺ verərdi. Peyğəmbər ﷺ buyurardı: “Bu, Bəriraya sədəqə, ondan mənə isə hədiyyədir”; azad edilən köləyə varis olmaq azad edənin haqqıdır”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 2076 (Talaq, 61)

Sunən İbn Məcə — Boşanmaya aid fəsillər