İddəni gözləyən qadın evindən çıxa bilərmi?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ عَبْدِ اللهِ ، حَدَّثَنَا ابْنُ أَبِي الزِّنَادِ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : دَخَلْتُ عَلَى مَرْوَانَ ، فَقُلْتُ لَهُ : امْرَأَةٌ مِنْ أَهْلِكَ طُلِّقَتْ ، فَمَرَرْتُ عَلَيْهَا وَهِيَ تَنْتَقِلُ ، فَقَالَتْ : أَمَرَتْنَا فَاطِمَةُ بِنْتُ قَيْسٍ ، وَأَخْبَرَتْنَا أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَمَرَهَا أَنْ تَنْتَقِلَ ، فَقَالَ مَرْوَانُ : هِيَ أَمَرَتْهُمْ بِذَلِكَ ؟ قَالَ عُرْوَةُ ، فَقُلْتُ : أَمَا وَاللَّهِ لَقَدْ عَابَتْ ذَلِكَ عَائِشَةُ ، وَقَالَتْ : إِنَّ فَاطِمَةَ كَانَتْ فِي مَسْكَنٍ وَحْشٍ فَخِيفَ عَلَيْهَا ، فَلِذَلِكَ أَرْخَصَ لَهَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ.
“Hişam ibn Urva atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Mərvanın yanına daxil olub ona dedim: “Sənin qohumlarından bir qadın boşanmışdı, onun yanına getdim. O, yaşadığı evdən başqa evə köçürdü və belə dedi: “Fatimə bint Qeys bu evdən köçməyimizi əmr etdi və Allah Elçisinin ﷺ ona bu evdən başqa evə köçməsinə icazə verdiyini dedi”. Mərvan dedi: “O sizə bunu əmr etdi?” Urva dedi: “Mən dedim: “Allaha and olsun ki, Aişə Fatimənin bu dediyini qınamış və belə demişdir: “Fatimə adam olmayan bir yerdə qalırdı və orada qalması təhlükəli idi. Ona görə də Allah Elçisi ﷺ ona həmin yerdən başqa yerə köçməyə icazə vermişdi”.”
İstinad
İbn Məcə, 2032 (Talaq, 17)
Sunən İbn Məcə — Boşanmaya aid fəsillər