Əri ölən hamilə qadın iddəsini (gözləmə müddətini) harda gözləməlidir?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ سُلَيْمَانُ بْنُ حَيَّانَ ، عَنْ سَعْدِ بْنِ إِسْحَاقَ بْنِ كَعْبِ بْنِ عُجْرَةَ ، عَنْ زَيْنَبَ بِنْتِ كَعْبِ بْنِ عُجْرَةَ ، وَكَانَتْ تَحْتَ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ أُخْتَهُ الْفُرَيْعَةَ بِنْتَ مَالِكٍ ، قَالَتْ : خَرَجَ زَوْجِي فِي طَلَبِ أَعْلاَجٍ لَهُ ، فَأَدْرَكَهُمْ بِطَرَفِ الْقَدُومِ ، فَقَتَلُوهُ ، فَجَاءَ نَعْيُ زَوْجِي وَأَنَا فِي دَارٍ مِنْ دُورِ الأَنْصَارِ ، شَاسِعَةٍ عَنْ دَارِ أَهْلِي ، فَأَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّهُ جَاءَ نَعْيُ زَوْجِي وَأَنَا فِي دَارٍ شَاسِعَةٍ عَنْ دَارِ أَهْلِي ، وَدَارِ إِخْوَتِي ، وَلَمْ يَدَعْ مَالاً يُنْفِقُ عَلَيَّ ، وَلاَ مَالاً وَرِثْتُهُ ، وَلاَ دَارًا يَمْلِكُهَا ، فَإِنْ رَأَيْتَ أَنْ تَأْذَنَ لِي , فَأَلْحَقَ بِدَارِ أَهْلِي ، وَدَارِ إِخْوَتِي , فَإِنَّهُ أَحَبُّ إِلَيَّ ، وَأَجْمَعُ لِي فِي بَعْضِ أَمْرِي ، قَالَ : فَافْعَلِي إِنْ شِئْتِ ، قَالَتْ : فَخَرَجْتُ قَرِيرَةً عَيْنِي لِمَا قَضَى اللَّهُ لِي عَلَى لِسَانِ رَسُولِهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، حَتَّى إِذَا كُنْتُ فِي الْمَسْجِدِ ، أَوْ فِي بَعْضِ الْحُجْرَةِ دَعَانِي ، فَقَالَ : كَيْفَ زَعَمْتِ ؟ قَالَتْ : فَقَصَصْتُ عَلَيْهِ ، فَقَالَ : امْكُثِي فِي بَيْتِكِ الَّذِي جَاءَ فِيهِ نَعْيُ زَوْجِكِ حَتَّى يَبْلُغَ الْكِتَابُ أَجَلَهُ ، قَالَتْ : فَاعْتَدَدْتُ فِيهِ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا.
“Səd ibn İshaq ibn Ucra ﵀ rəvayət edir ki, Zeynəb bint Kəb ibn Ucra Əbu Səidin zövcəsi idi. Əbu Səidin bacısı Furey'a bint Malik dedi: “Ərim qaçan kölələrini axtarmaq üçün çıxıb əl-Qadum adlı yerin yaxınlığında onlara çatdı. Kölələr ərimi orada öldürdülər. Mənə ərimin ölüm xəbəri çatdı. O vaxtlar mən ailəmin evindən uzaqda – ənsarın evlərindən birində qalırdım. Mən Peyğəmbərin ﷺ yanına gələrək dedim: “Ey Allahın Elçisi, ərimin ölüm xəbəri gəldi. Mən ailəmin və qardaşlarımın uzaq olduğu bir evdə qalıram. Ərim mənə nə xərcləmək üçün bir pul, nə miraslıq bir mal, nə də ev qoyub getdi. İstəyərdim ki, onların evinə getməyimə icazə verəsən”. Peyğəmbər ﷺ buyurdu: “İstəyirsənsə, onların evinə gedə bilərsən”. Furey'a deyir: “Mən Allah Elçisinin ﷺ dili ilə Allahın mənə verdiyi icazəyə sevinərək Peyğəmbərdən ﷺ uzaqlaşanda Peyğəmbər ﷺ məscidin və ya bəzi hücrələrin yanında məni çağırıb buyurdu: “Sən necə dedin?” Mən də dediklərimi ona təkrar etdim. O da mənə buyurdu: “Yazılmış iddə müddəti qurtarana qədər ərinin ölüm xəbərini aldığın evdə qal!” Mən də o evdə iddə müddəti olaraq dörd ay on gün qaldım”.”
İstinad
İbn Məcə, 2031 (Talaq, 16)
Sunən İbn Məcə — Boşanmaya aid fəsillər