Boşanmaya aid fəsillər

Kişinin boşanmada zövcəsini ixtiyar sahibi etməsi

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : لَمَّا نَزَلَتْ : {وَإِنْ كُنْتُنَّ تُرِدْنَ اللَّهَ وَرَسُولَهُ} ، دَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : يَا عَائِشَةُ ، إِنِّي ذَاكِرٌ لَكِ أَمْرًا ، فَلاَ عَلَيْكِ أَنْ لاَ تَعْجَلِي فِيهِ حَتَّى تَسْتَأْمِرِي أَبَوَيْكِ ، قَالَتْ : قَدْ عَلِمَ وَاللَّهِ أَنَّ أَبَوَيَّ لَمْ يَكُونَا لِيَأْمُرَانِي بِفِرَاقِهِ ، قَالَتْ : فَقَرَأَ عَلَيَّ : {يَا أَيُّهَا النَّبِيُّ قُلْ لأَزْوَاجِكَ إِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا} الآيَاتِ ، فَقُلْتُ : فِي هَذَا أَسْتَأْمِرُ أَبَوَيَّ ! قَدِ اخْتَرْتُ اللَّهَ وَرَسُولَهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bu ayə ”...Əgər Allahı, Onun Rəsulunu və Axirət yurdunu istəyirsinizsə...” (əl-Əhzab, 29) nazil olduqda Peyğəmbər ﷺ mənim otağıma daxil olub buyurdu: “Ey Aişə! Mən sənə bir məsələni danışacam. Bu məsələ haqda valideynlərindən soruşmayana qədər bir qərar verməyə tələsmə”. Allaha and olsun, o bilirdi ki, valideynlərim Ondan ayrılmağımı əmr etməzlər. Sonra bu ayəni oxudu: “Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bər-bəzəyini istəyirsinizsə, gəlin, sizi dünya malı ilə məmnun edib gözəl tərzdə sərbəst buraxım” (əl-Əhzab, 28). Mən dedim: “Bu məsələni valideynlərimdən soruşmalıyam ki?! Əlbəttə ki, mən Allahı və Onun Elçisini seçirəm”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 2053 (Talaq, 38)

Sunən İbn Məcə — Boşanmaya aid fəsillər